Böyükağa Mustafayev

Böyükağa Hacıağa oğlu Mustafayev (1911, Bakı1976, Bakı) — Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943).

Böyükağa Mustafayev
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti vokalçı-aktyor
Fəaliyyət illəri 1936-cı ildən
Təhsili Azərbaycan Dövlət Konservatoriyası
Teatr Azərbaycan Dövlət Opera və Balet Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943

Böyükağa Mustafayev 1911-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının skripka sinfində təhsil alıb və ikinci kursdan Üzeyir Hacıbəyovun rəhbərlik etdiyi xorda oxumağa başlayıb. 1936-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrı truppasına qəbul edilib.[1]

Gur bas səsə malik olan Böyükağa Mustafayev Üzeyir Hacıbəyovun "Koroğlu" operasında İbrahim xan rolunun ilk ifaçısı olmuşdur. O, "Əsli və Kərəm" operasında Keşişin obrazını da yaratmışdır.[2]

Aktyor 1976-cı ildə Bakıda vəfat edib.[1]

İfa etdiyi əsas rollar

[redaktə | mənbəni redaktə et]
Rol Tamaşa Müəllif
İbrahim xan Koroğlu Üzeyir Hacıbəyov
Keşiş Əsli və Kərəm Üzeyir Hacıbəyov
Vəzir və İbn Tahir Şah İsmayıl Müslüm Maqomayev
Həsən kişi Nərgiz Müslüm Maqomayev
Mayor Sergeyev Vətən Qara Qarayev, Cövdət Hacıyev
Şah Xosrov və Şirin Niyazi
Əmir Haris Nizami Əfrasiyab Bədəlbəyli
Məmmədəli bəy Sevil Fikrət Əmirov
Əsir gürcü Vaqif Ramiz Mustafayev
Suniqa Karmen Jorj Bize
Lodoviqo və Montano Otello Cüzeppe Verdi
Sparafuçil Riqoletto Cüzeppe Verdi
Don Bazilyo Sevilya bərbəri Coakkino Rossini
Aşıq Səməd və Aşıq Həmid Şahsənəm Reynqold Qlier
Narumov Qaratoxmaq qadın Pyotr Çaykovski
  1. 1 2 Rəhimli, 2016. səh. 247–248
  2. Үзејир Һаҹыбәјов енсиклопедијасы, 1996, сәһ. 132
  • Үзејир Һаҹыбәјов енсиклопедијасы. Бакы: «Азәрбајҹан» нәшријјаты. Елми-редаксија шурасынын сәдри: Н. С. Ибраһимов. 1996. 304 сәһ.
  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7.