Bünab

Bünab (yerli xalqın ləhcəsində bəzən Binab) (fars. بناب‎)— İranın Şərqi Azərbaycan ostanındakı Bünab şəhristanının inzibati mərkəzi.

Bünab
بناب
37°20′25″ şm. e. 46°03′22″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.291 m
Əhalisi
Əhalisi
  • 85.274 nəf. (2016)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +98 492
Digər
bonabcity.org.ir
Xəritəni göstər/gizlə
Bünab xəritədə
Bünab
Bünab
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 75 332 nəfərdir.[2] Əhalisi azərbaycanlılardan ibarətdir və regionun ümumi dili Azərbaycan dilidir. Bünab şəhəri Marağa şəhəriUrmiya gölünün arasında yerləşir.

Göy məscidin interyeri

Səvər kəndi, Qoyunlar və Çaxmaqlar köhulləri, Geymasxan kəndi, Siçan təpəsi, Erməni təpəsi, Çimən təpəsi, Supigan Qara Təpəsi, Gəzöviş Qara Təpəsi, Garaküllük təpəsi, Quruq təpəsi, Pus təpəsi, Süpigan yer altındakı köhüllər, Zuvara qəbirləri, İskəndər qalası, Qızlar qalası, Qarqa dərəsi,…

Beş gözlü körpü, Meydan məscidi, Mehrava məscidi, Zərgərlər məscidi, İsmayıl bəy məscidi, Göy məscid, Həci Fətulla Hamamı, Mehrava hamamı, Seyfullama evi, Hac Əli Bəzzaz evi,…

Bünabın Kababı bütün dünyada tanınmışdır. Binabın Zuvara kəndinin üzümü dünyada ən yaxşı üzümdür və habelə binab xiyarı iranda tanınmışdır.

İndilikdə Binabda olan Universitetlər (Kolleclər) bunlardılar:

Azad İslam Universiteti, Pəyam-i Nur Universiteti (PNU), Enginering state university (Tabriz university), Power state university, Səhənd Universiteti, IT university.

Bünabda olan fabrikaların sayı 100-dən artıqdır.

Bünab kəndlərində yaşayanlar əkinçiliklə də məşğuldurlar.