Bədiüzzaman mirzə Səfəvi


Bədiüzzaman Mirzə Səfəvi (həmçinin 1624-cü ildən sonra Şahnəvaz xan) — Səfəvi sülaləsindən gələn şahzadə və Böyük Moğol imperiyası sarayında ən güclü əmirlərdən biri. Moğol imperatoru Sultan Şahcahanın hakimiyyəti dövründə onun gücü özünün zirvəsinə çatmışdır. Bədiüzzaman Mirzə Səfəvi moğol imperatoru Övrəngzibin və onun oğlu şahzadə Murad Baxşın qayınatası olmuşdur.

Bədiüzzaman Mirzə Səfəvi
Şəxsi məlumatlar
Digər adları Şahnəvaz xan və ya Mirzə Dəkkən
Doğum tarixi Bilinmir
Doğum yeri Herat, Səfəvi imperiyası
Vəfat tarixi 14 mart
Vəfat yeri Əcmər, Racastan, Böyük Moğol imperiyası
Vəfat səbəbi Döyüş
Dəfn yeri Əcmər Şərif dərgahı, Əcmər, Racastan, Hindistan
Dəfn tarixi 1659 mart
Vətəndaşlığı
Həyat yoldaşı Nauras Banu Bəyim
Uşaqları Dilras Banu Bəyim
Səkinə Banu Bəyim
Mirzə Məhəmməd Əhsən Səfəvi
Mirzə Müəzzəm Səfəvi
Atası Sultan Rüstəm mirzə
Hərbi fəaliyyəti
Mənsubiyyəti Böyük Moğol imperiyası ordusu
Xidmət illəri 1624-1659

Sultan Rüstəm mirzənin oğlu idi.[1] Bədiüzzaman Mirzə Səfənin aid olduğu Səfəvi sülaləsi tirəsinin kökü I İsmayılın oğlu Bəhram Mirzəyə gedib çıxırdı. O, Nauras Banu Bəyimlə evlənmişdi. Nauras Bəyim Mirzə Məhəmməd Şərifin qızı idi və onların bu evlilikdən iki oğlanları və beş qızları olmuşdu.[2] Onların övladlarından biri də Dilras Banu Bəyim idi ki, keçmiş şahzadə Muhi-ud-din, yəni imperator adı ilə Övrəngziblə 1637-ci ildə evlənmişdi. Övrəngzib moğol imperatoru Sultan Şahcahanın üçüncü oğlu idi. Onun bir digər qızı Övrəngzibin kiçik qardaşı Murad Baxşla 1638-ci ildə ailə qurmuşdu.[3][4]

Cahangir şahın sarayında əsas yerlərdən birini tutmuşdur. 1633-1636-cı ildə Aqra qarnizonunun komandiri, 1636-1640-cı illərdə quşbəyi, 1640-1643-cü ildə Orissa hakimi, 1643-1647-ci ildə Caunpur qarnizonunun komandiri, 1648-1650 və 1652-1653-cü illərdə Məlva, 1648-1649 və 1657-1658-ci illərdə Dəkkə, 1653-1657-ci illərdə Aud, 1658-1659-cu illərdə Qucarat hakimi olmuşdur. 1649-1650-ci illərdə şahın oğlu Murad Bəxşin atabəyi idi. O, Murad Baxş ilə birlikdə Dəkkəni də idarə etmişdi.

Bədiüzzaman Mirzə Səfəvi 1658-ci ildə kürəkəni Övrəngzib tərəfindən Burhanpur qalasında həbs edildi. Ona qarşı əsas ittiham hakimiyyət uğrunda mübarizə aparan Dara Şükuh və Övrəngzib arasında Dara Şükuhu dəstəkləməsi idi. Bədiüzzaman Mirzə Səfəvi vərəsat savaşında öz kürəkəni əvəzinə, onun böyük qardaşı Dara Şükuhu dəstəkləməkdə idi. Qeyd etmək lazımdır ki, Dara Şükuh Sultan Şahcahanın böyük oğlu idi və əvvəlki imperator sağlığında onu özünə varis seçmişdi. Gümanki, Bədiüzzamanın seçim etməsində bu amil mühüm rol oynamış və Övrəngziblə münaqişə yaranmasına səbəb olmuşdu. Həbs edilən Bədiüzzaman Mirzə 7 ay həbsdə qaldı və daha sonra Dilras Banu Bəyimdən olma nəvəsi Zeb-un Nisə Bəyimin müdaxiləsi ilə həbsdən azad edildi. Zeb-un Nisə Bəyim babasını həbsdən buraxmasını öz atasından xahiş etmişdi. Azad edildikdən sonra o, Qucaratın canişini təyin edildi.[5][6]

Bədiüzzaman Mirzə Səfəvi və ya digər adı ilə Şahnəvaz xan Səfəvi 14 mart 1659-cu ildə Əcmər döyüşündə həyatını itirdi və Övrəngzibin əmri ilə Racastanda yerləşən Əcmər Şərif dərgahında dəfn edildi.[6]

  1. Mirzə Məsum xan (ö. 1670) — Tarxat qarnizonu rəisi.
  2. Dilras Banu BəyimÖvrəngziblə evlənmişdi.
  3. Səkinə bəyim — Şahzadə Murad Bəxş ilə evlənmişdi.
  4. 3 başqa qız
  1. Koch, 1997. səh. 104
  2. Indian Historical Records Commission (1921). Proceedings of the ... Session. III. 1921. səh. 18.
  3. Krynicki, 2005. səh. 1, 84, 92
  4. Waldemar, 1986. səh. 124
  5. Balabanlilar, 2015. səh. 186
  6. 1 2 Sarkar, 1925. səh. 35
  • Ebba Koch. King of the world: the Padshahnama. Azimuth Ed. 1997.
  • Annie Krieger-Krynicki. Captive Princess: Zebunissa, Daughter of Emperor Aurangzeb. Oxford University Press. 2005. ISBN 9780195798371.
  • Hansen Waldemar. The Peacock Throne: The Drama of Mogul India. Motilal Banarsidass. 1986.
  • Lisa Balabanlilar. Imperial Identity in the Mughal Empire: Memory and Dynastic Politics in Early Modern South and Central Asia. I.B.Tauris. 2015. ISBN 0857732463.
  • Sir Jadunath Sarkar. Anecdotes of Aurangzib. M.C. Sarkar & Sons. 1925.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]