Bəni Nadir

Bəni Nadir və ya Bəni Nəzir (ərəb. بَنُو ٱلنَّضِير‎, ivr.בני נצ'יר‏‎) — Ərəbistanın şimalında, VII əsrə qədər Mədinə vahəsində yaşamış yəhudi ərəb qəbiləsi. Onlar Uhudda qureyş qəbiləsi ilə döyüşdə məğlub olduqdan sonra islam peyğəmbəri Məhəmməd tərəfindən yaşadıqları ərazidən qovulmuşdular.[1] Qəbilə daha sonra qureyşilər ilə birlikdə Xəndək döyüşünü planlaşdırmışdı.[2] Onlar daha sonra Xeybər döyüşündə iştirak etmişdilər.[3]

Bəni Nadir
بَنُو ٱلنَّضِير, בני נצ'יר
Məhəmmədin Bəni Nadirin təslimiyyətini qəbul etməsi
Etnik mənsubiyyətərəb
YerMədinə, Ərəbistan
Diniiudaizm

Ərəb tarixçisi Səmaninin yazdığına görə, Bəni Nadir qəbiləsinin üzvləri Yəhudiyyədən Ərəbistana köçmüş yəhudi Nadirin nəslindəndir.[4] Ehtimal olunur ki, Nadir adı ivrit dilində Ha-Nazir adından götürülmüşdür. Ərəb tarixçisi İbn Həzmə görə, onlar bibliyadakı Harunun birbaşa nəsilləridir.[5]

  1. Buhl, Welch, 1993
  2. V. Vacca, Encyclopedia of Islam, Banu Nadir
  3. "witness-pioneer.org". www.witness-pioneer.org. 2011-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-14.
  4. Abdulkarim al-Sam'ani. Al-Ansab.Jinan Publish house. Beirut. 1988. v4 p475 & v5 p503
  5. Ibn Hazm. Jawame Al-Syira Al-Nabawyia. Dar Al-Kotob Al-ilmiyah. Beirut. 2009. p26