Bəni Nadirin mühasirəsi

Bəni Nadir və ya Bəni Nəzir qəzvəsi (غزوة بني النضير) - Məhəmmədin Mədinə yəhudilərinə qarşı etdiyi qəzvələrdən birinin adıdır. Bu qəzvə Məhəmmədin Mədinə yəhudiləri ilə etdiyi ikinci müharibədir ki, hicrətin dördüncü ili Ribiüləvvəl ayında başvermişdir[1]. Bəni Nəzirlə birlikdə Mədinədə yaşayan digər iki yəhudi qəbilələri- Bəni QeynuqaBəni qureyzə- də Məhəmməd ilə müttəfiq olmalarəna baxmayarqaq hər üçü xəyanət etdilər. Bu Müharibə Müsəlmanları qələbəsi və Bəni Nadir qəbiləsinin Mədinədən sürgün edilməsi ilə nəticələndi.

Bəni Nadir tayfasının Mədinədəki tarixçəsi

[redaktə | mənbəni redaktə et]

İslamdan öncə Yəsribdə (Mədinə) məskunlaşan Bəni Nadir tayfasının mənşəyi haqqında müxtəlif rəvayətlər nəql olunur. Yəqubi, onları Cuzam qəbiləsindən olan yəhudi bir tayfa olduğunu qeyd edir və Nadir dağının ətrafında yaşadıqları üçün Bəni Nadir adı ilə tanınmışlar[2]. Bəziləri isə onların Harun ibn İmranın nəslindən olduğunu, Musanın vəfatından sonra və Övs və Xəzrəc qəbilələrinin hicrətindən isə öncə orada məskunlaşdıqlarını qeyd ediblər[3]. İbn Səd isə onların məskunlaşdığı yerin adının " Əl Ğərs" olduğunu qeyd edir[4]. Bəni Nadir və Mədinədə yaşayan digər yəhudi qəbilələri çox zəngin idilər. Buna görə də, Ərəb olan Övs və Xəzrəc qəbilələri onlara qələbə çalmaq üçün Qəssani qəbiləsindən kömək aldılar. Qəssanilər də bir ordu ilə Hicaza gələrək yəhudilərin çoxunu öldürdülər və bundan sonra onlar üzərində hakimiyyəti ələ aldılar[5]. Bəni Nadir tayfası, Övs və Xəzrəc qəbilələri arasında baş verən qarşıdurmalarda Övs qəbiləsi tərəfində olublar[6].

Bəni Nadirin sülhə əməl etməməsi

[redaktə | mənbəni redaktə et]

İslamın zuhuruna yaxın, Uhud döyüşündən öncə Bəni Nadir qəbiləsinin Əbu Süfyanla əlaqələri var idi[7]. Məhəmmədin Mədinəyə hicrətindən sonra digər yəhudi qəbilələləri ilə birlikdə Bəni Nadir də Müsəlmanlarla sülh müqaviləsi bağladı və düşmənlərin Mədinəyə hücumu zamanı Müsəlmanlar tərəfindən çıxış edəcəklərinə söz verdilər, eyni zamanda da Qureyş kafirlərinə heç bir hərbi və ticari yardım etməyəcəklərinə söz verdilər[8]. Bəni Nadirin sülh müqaviləsinə əməl etmədiklərinə görə, hicrətin dördüncü ili Rəbiüləvvəl ayında Bəni Nadir qəzvəsi baş verdi[9]. Hicrətin dördüncü ili Əmr ibn Uməyyə Biri Məunə səriyyəsindən qayıdarkən Məhəmmədin himayəsidə olan Bəni Amir qəbiləsindən iki nəfəri qətlə yetirdi. Amir ibn Tufeyl Məhəmməddən diyə tələb etdi[10], HZ. Məhəmməd diyənin ödənməsi üçün Bəni Amir qəbiləsinin müttəfiqi olan Bəni Nadir qəbiləsindən kömək istədi[11]. Bəni Nədir kömək etməyi qəbul etdi, Amma hiləgər bir planla Məhəmmədi qətlə yetirməyi Əmr ibn Cihaşa tapşırdılar belə ki, Məhəmməd qala divarının yaxınlığında olanda üzərinə bir daş atıb O həzrəti qətlə yetirməyi planladılar[12]. Məhəmməd vəhy vastəsi ilə onların bu məkirli planından xəbərdar oldu və onlara on gün ərzində silahlarından başqa bütün daşına bilən əmlakları ilə Mədinə şəhərini tərk etməyi əmr etdi. İldə bir dəfə olmaqla şəhərə gəlib xurma məhsullarını yığıb qayıda bilərlər[13].

Münafiqlərin fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Mədinə münafiqlərinin rəhbəri Abdullah ibn Ubəy, Bəni Nadir qəbiləsini Müsəlmanlara tabe olmaqdan çəkindirərək Bəni Qureyzə ilə birlikdə onlara kömək edəcəklərinə söz verdi[14].

Döyüşün başlanması

[redaktə | mənbəni redaktə et]
Döyüşün adı İslam ordusu Düşmən ordusu Baş verdiyi yer Tarixi Nəticəsi
Bəni Nadir qəzvəsi Mədinəli müsəlmanlar Bəni Nadir yəhudiləri Mədinə ətrafı hicri 4-cü il Rəbiüləvvəl (625,Avqust) Bəni Nadir qəbiləsinin Mədinədən çıxarılması

Məhəmməd Abdullah ibn Ummu Məktumu Mədinədə canişini təyin etdi. Əli ibn Əbu Talibin[15] komandirliyi altındakı qoşunla Bəni Nadiri onbeş gün[16] və ya altı gecə[17] mühasirədə saxladı. Mühasirə müddətində Məhəmmədə sui-qəsd etmək istəyən Əzvək adlı bir yəhudini Əli öldürdü[18]. Bu hadisədən sonra Məhəmməd, Bəni Nədirin "Buveyrə"də olan xurma ağacları kəsməyi əmr etdi[19].

Döyüşün nəticəsi

[redaktə | mənbəni redaktə et]

Mühasirənin sonunda təslim oldular və silah,qızıl və gümüş istisna olmaqla daşına bilən mülklərindən yalnız bir dəvə yükü götürməklə Mədinə şəhərini tərk etməyi qəbul etdilər[20]. Onlardan (Hicrətin yeddinci ilində Xeybərin fəthindən sonra Məhəmmədin həyat yoldaşı olan Səfiyyənin atası) Huyey ibn Əxtab və Əbil-Huqayq (Səfiyyənin birinci əri) kimi bəziləri Xeybərə, bəziləri isə Şama getdilər[21].

Qənimətin bölünməsi

[redaktə | mənbəni redaktə et]

Müharibə olmadığına görə Bəni Nadirdən qalan mülklər qənimət hökmündə olmayıb təsərrüf haqqı yalnız Məhəmmədə aitdi[22]. Buna görə Məhəmməd Ənsarla razılaşıb əldə olunan malları mühacirlər arasında böldü ki, ənsarın himayəsindən azad olsunlar[23]. Həşr surəsinin 1-17 ci ayələri Bəni Nədir qəzvəsi və onların Mədinədən çıxarılması ilə əlaqəlidir.

  • İbn Əsir,Əl-Kamil fit-Tarix,Beyrut,1405/1985.
  • İbn Səd,Ət-Təbəqatul Kubra,Araşdırmaçı,İhsan Əbbas,Beyrut,Daru Sadir, Birinci çap,1968-M.
  • İbn kəsir,Əl-Bidayə vən-Nihayə,Beyrut,1415/1995.
  • İbn Hişam,Əs-Sirətun Nəbəvi,Mustafa Səqqa çapı,İbrahim abyari,Əbdul Həfiz Şəlbi,Misir,1936.
  • Əbul Fərəc İsfəhani,Əli ibn Hüseyn,Əl-Ğani,Beyrut,Daru Ehyayit-Turasil Ərəbi,Birinci çap,1415-Q.
  • Bəkri,Abdullah ibn Əbduləziz,Mucəmi ma İstəcəmə min Əsmail Biladi və əl-Məvadi, Mustafa Səqqa çap, Beyrut-1403/1983
  • Həsəni, Hişam Məruf, Sirətul-Mustafa, Beyrut-1406/1986
  • Hələbi, Əli ibni İbrahim, əs-Siratul-Hələbiyyə, Beyrut
  • Zəhəbi, Məhəmməd ibni Əhməd, Tarixul-İslam və Vəfayatul-Məşahir vəl-Əəlam, əl-Məğazi Ömər Əbdüs-Səlam Tədmiri çap, Beyrut-1410/1990
  • Təbəri, Məhəmməd ibni Cərir, Tarixut-Təbəri, Tarixul-Uməm vəl-Muluk, Məhəmməd Əbdül-Fəzl İbrahim çap, Beyrut-1382-1387/1962-1967
  • vaqidi, Məhəmməd ibni Ömər, Kitabul-Məğazi, Marsden Johannes, London-1966
  • Yəqut Həməvi, Mucəmul-Buldan, Beyrut-1399/1979
  • Yəqubi, Əhməd ibni İshaq, tarixul-Yəqubi, Beyrut, Daru Sadir

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Bəni Nədir

  1. واقدی، محمد بن عمر؛ کتاب المغازی، ج۱، ص۳۶۳ \ Vaqidi,Məhəmməd ibn Ömər,Kitabul Məğazi,c,1,s,363
  2. یعقوبی، تاریخ یعقوبی، دار صادر، ج۲، ص۴۹ \ Yəqubi,Tarixi yəqubi,Daru Sadir,c,2,s,49
  3. ابوالفرج اصفهانی، الأغانی، ۱۴۱۵ق، ج۲۲، ص۳۴۳ـ۳۴۴ / Əbul-Fərəc İsfəhani,Əl-Ğani,C,22,s,343,344,İl, 1415-Qəməri
  4. ابن سعد، الطبقات الکبری، ۱۹۶۸م، ج۲، ص۵۷/ İbn Səd, Ət-Təbəqatul Kubra,c,2,s,57, il,1968-Miladi
  5. ابوالفرج اصفهانی، الأغانی، ۱۴۱۵ق، ج۲۲، ص۳۴۴ـ ۳۴۵ \ Əbul-Fərəc İsfəhani,Əl-Ğani,C,22,s,344-345,İl, 1415-Qəməri
  6. حلبی، ج۲، ص۲۶۴ / Hələbi,c,2,s,264
  7. اسلام، چاپ دوم، ذیل «‌نضیر، بنو » \İslam,ikinci çap,Nadir və Bənu kəlmələri
  8. ابن هشام، ج۲، ص۱۴۸ـ۱۵۰ \İbn Hişam,c,2,s,148-150
  9. ابن سعد، الطبقات الکبری، ۱۹۶۸م، ج۲، ص۵۷ \İbn Səd,Ət-Təbəqatul Kubra,c,2,s,57,il,1968-M
  10. ابن هشام، ج۳، ص۱۹۹؛ حلبی، ج۲، ص۲۶۳ \İbn Hişam,c,3,s,199;Hələbi,c,2,s,263
  11. طبری، ج۲، ص۵۵۱؛ واقدی، ج۱، ص۳۶۴ \Təbəri,c,2,s,551;Vaqidi,c,1,s,364
  12. ابن هشام، ج۳، ص۱۹۹ـ۲۰۰ \İbn Hişam,c,3,s,199-200
  13. واقدی، ج۱، ص۳۶۹ \Vaqidi,c,1,s,369
  14. واقدی، ج۱، ص۳۶۸؛ طبری، ج۲، ص۵۵۳ \Vaqidi,c,1,s,368;Təbəri,c,2,s,553
  15. واقدی، ج۱، ص۳۷۱؛ ابن هشام، ج۳، ص۱۹۹ـ۲۰۰ \ Vaqidi,c,1,s,371;İbn Hişam,c,3,a,199-200
  16. Təbəri;İbn Səd,c,2,a,57
  17. ابن هشام، ج۳، ص۲۰۰ \ İbn Hişam,c,3,s,200
  18. واقدی، ج۱، ص۳۷۱ \ Vaqidi,c,1,s,371
  19. یاقوت حموی، همانجا؛ ابن کثیر، ج۴، ص۷۷؛ بکری، ج۱، ص۲۸۵ \Yaqut Həməvi;İbn Kəsir,c,4,s,77;Bəkri,c,1,s,285
  20. یعقوبی، تاریخ یعقوبی، دار صادر، ج۲، ص۴۹؛ حلبی، ج۲، ۲۶۶؛ واقدی، ج۱، ص۳۷۲ \Yəqubi,Tarixi Yəqubi,Daru Sadir,c,2,s,49;Hələbi,c,2,s,266;Vaqidi,c,1,s,372
  21. حلبی، ج۲، ص۸۴، ۲۰۷؛ ابن کثیر، ج۴، ص۷۵ـ۷۶، ۱۹۶ـ ۱۹۸؛ ابن اثیر، ج۲، ص۱۲۲ \ Hələbi,c,2,s,84,207;İbn Kəsir,c,4,s,75-76,196-198:İbn Əsir,c,2,s,122
  22. سوره حشر، آیات ۶ـ ۸ / Həşr surəsi, ayə,6-8
  23. ابن هشام، ج۳، ص۲۰۱ـ۲۰۲؛ ابن اثیر، ج۲، ص۱۱۹؛ حلبی، ج۲، ص۸۵؛ حسنی، ص۴۳۹ / İbn Hişam,c,3,s,201-202;İbn Əsir,c,2,s,119;Hələbi,c,2,s,85;Həsəni,s,439