Bəni Nadir və ya Bəni Nəzir (ərəb. بَنُو ٱلنَّضِير, ivr. בני נצ'יר) — Ərəbistanın şimalında, VII əsrə qədər Mədinə vahəsində yaşamış yəhudi ərəb qəbiləsi. Onlar Uhudda qureyş qəbiləsi ilə döyüşdə məğlub olduqdan sonra islam peyğəmbəri Məhəmməd tərəfindən yaşadıqları ərazidən qovulmuşdular.[1] Qəbilə daha sonra qureyşilər ilə birlikdə Xəndək döyüşünü planlaşdırmışdı.[2] Onlar daha sonra Xeybər döyüşündə iştirak etmişdilər.[3]
Bəni Nadir بَنُو ٱلنَّضِير, בני נצ'יר | |
---|---|
Etnik mənsubiyyət | ərəb |
Yer | Mədinə, Ərəbistan |
Dini | iudaizm |
Ərəb tarixçisi Səmaninin yazdığına görə, Bəni Nadir qəbiləsinin üzvləri Yəhudiyyədən Ərəbistana köçmüş yəhudi Nadirin nəslindəndir.[4] Ehtimal olunur ki, Nadir adı ivrit dilində Ha-Nazir adından götürülmüşdür. Ərəb tarixçisi İbn Həzmə görə, onlar bibliyadakı Harunun birbaşa nəsilləridir.[5]