Bəsrənin yağmalanması (923)

Bəsrənin yağmalanmasıAbbasilərin Bəsrə şəhərinin Bəhreyn qərmətiləri tərəfindən 923-cü ilin avqustunda tutulması və talan edilməsi. Bu, qərməti basqınlarından birincisi idi ki, kulminasiya nöqtəsi 927–928-ci illərdə qərmətilərin İraqa yürüşü idi.

Bəsrənin yağmalanması
QərmətiAbbasi münaqişəsi
İraqın xəritəsi. IX–X əsrlər.
İraqın xəritəsi. IX–X əsrlər.
Tarix 11–28 avqust 923
Yeri Bəsrə, Cənubi Mesopotamiya
Nəticəsi Qərmətilərin qələbəsi
Münaqişə tərəfləri

Bəhreyn qərmətiləri

Abbasilər xilafəti

Komandan(lar)

Əbu Tahir Cənnəbi

Sabuk Müflihi

Tərəflərin qüvvəsi

1,700[1]

Naməlum

890-cı illərdə ismaili missioneri Əbu Səid Cənnəbi Bəhreyndə müstəqil qərməti dövləti qurmuşdur.[2][3][4] Əbu Səidin hakimiyyəti altında Bəhreyn qərmətiləri 900-cü illərdə Suriyaİraqda Abbasilər xilafətinə qarşı qərmətilərin qaldıqları üsyanlarda, eləcə də İfriqiyədə Fatimilər xilafətinin qurulmasında iştirak etməmişdilər. Onlar 912-ci ildə Bəsrə şəhərinə etdikləri basqın istisna olmaqla, Abbasilərlə sülhü qorumuş və Abbasi vəziri Əli ibn İsa ibn Cərrahdan pul və silah ianələri almışlar.[4][5]

923-cü ilin yanvarında Əbu Səidin 16 yaşına çatmış kiçik oğlu Əbu Tahir Cənnəbi qərmətilərin başçılığına keçmişdir.[6][7] Eyni zamanda Əli ibn İsa öz mövqeyini itirmiş və onun yerinə hərbi əməliyyatlara üstünlük verən daha döyüşkən rəqibi İbn Fərat gəlmişdir.[7][8] Müasir tarixçilərə görə, iddialı olan Əbu Tahir,[9] çox güman ki, bundan Abbasilərə hücum etmək üçün bəhanə kimi istifadə etmişdir.[7]

  1. Ахундова, 2004. səh. 309
  2. Halm, 1991. səh. 37–38, 58–60
  3. Daftary, 2007. səh. 116–117, 121
  4. 1 2 Kennedy, 2004. səh. 287
  5. Halm, 1991. səh. 176, 225–226
  6. Daftary, 2007. səh. 121, 147–148
  7. 1 2 3 Halm, 1991. səh. 226
  8. Kennedy, 2004. səh. 191
  9. Kennedy, 2013. səh. 34
  • Ахундова Н. Ч. Тюрки в системе государственного управления Арабского Халифата: VIII--сер. Х вв. Bakı: Elm. 2004. ISBN 58-066-1650-9.
  • Daftary, Farhad. The Ismāʿı̄lı̄s: Their History and Doctrines (ingilis) (Second ed.). Kembric: Cambridge University Press. 2007. ISBN 978-0-521-61636-2.
  • Halm, Heinz. Das Reich des Mahdi: Der Aufstieg der Fatimiden (alman). Münhen: C. H. Beck. 1991. ISBN 3-406-35497-1.
  • Kennedy, Hugh. The Armies of the Caliphs: Military and Society in the Early Islamic State (ingilis). London və Nyu-York: Routledge. 2001. ISBN 0-415-25093-5.
  • Kennedy, Hugh. The Prophet and the Age of the Caliphates: The Islamic Near East from the 6th to the 11th Century (ingilis) (Second ed.). Harlout: Longman. 2004. ISBN 978-0-582-40525-7.
  • Kennedy, Hugh. The Reign of al-Muqtadir (295–320/908–32): A History // Crisis and Continuity at the Abbasid Court: Formal and Informal Politics in the Caliphate of al-Muqtadir (295-320/908-32) (ingilis). Leyden: Brill. 2013. 13–47. ISBN 978-90-04-25271-4.