Bəxt üzüyü tammetrajlı bədii filmi rejissor Ramiz Əzizbəyli[1] tərəfindən 1991-ci ildə ekranlaşdırılmışdır. "Qara Qayafilm" studiyasında istehsal edilmişdir. Film Saranın (Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur.[2] Əsas rolları Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Ayşad Məmmədov, Firəngiz Rəhimbəyli, Nəsir Sadıqzadə və Rəfael Dadaşov ifa edirlər. 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival müsabiqəsində quruluşçu rejissor Ramiz Əzizbəyliyə tamaşaçı rəğbətinə görə Mükafat verilmişdir.
Bu qrotesk film qəhrəmanlardan biri-Saranın (Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əslində isə burada söhbət bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir. Moşu (Valeh Kərimov) kimilər isə bu itirilmiş bəxti axtarmaqdansa, "xoşbəxtliyə" qafiyə axtarmaqla məşğul olur, öz-özünü və ətrafındakıları aldadırlar.[3]
İnsanlar, bir-birinizə laqeyd qalmayın, diqqətli olun. Axı, siz İnsansınız, pul, əşya deyilsiniz, saqqızla aldanmamalısınız. Bu çağırış filmin əsasını təşkil edir. Film bizim bir-birimizə, ətrafdakılarımıza münasibətimiz barədədir.[3]
1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival müsabiqəsində quruluşçu rejissor Ramiz Əzizbəyliyə tamaşaçı rəğbətinə görə Mükafat verilmişdir.[3]
- Quruluşçu rejissor — Ramiz Əzizbəyli
- Ssenari müəllifləri — Ramiz Əzizbəyli, Orxan Fikrətoğlu
- Əsərin müəllifi — Vaqif Səmədoğlu
- Quruluşçu operator — Amin Novruzov
- Quruluşçu rəssam — Rafiq Nəsirov
- Səs operatoru — Kamal Seyidov
- Rejissor — Elman Şeydayev
- Operator — Kamal Məlikov
- Bəstəkar — Eldar Mansurov
- Qrim üzrə rəssam — Rəna Əliyeva
- Geyim üzrə rəssam — Nizami Bəydəmirov
- Montaj edən — Nailə Dadaşova
- Mahnıları ifa edirlər — Ramiz Əzizbəyli (titrlərdə yoxdur), Firəngiz Rəhimbəyli, Mübariz Tağıyev, Səxavət Məmmədov, Tac (qrup)
- Mahnıların mətni — Ramiz Əzizbəyli ("Həyat yolu"), Vahid Əziz ("Bu sevgi"), İsmayıl Dadaşov ("Tanqo"), Vaqif Səmədoğlu ("Bir sabah") (titrlərdə yoxdur)
- Redaktor — Ramiz Rövşən
- Filmin direktoru — Akif Musayev
- Afaq Bəşirqızı — Söylü
- Valeh Kərimov — Moşu Göyəzənli
- Gülşad Baxşıyeva — Sara
- Ayşad Məmmədov — Hüseyn
- Firəngiz Rəhimbəyli (Firəngiz Rəhimbəyova kimi) — Sevda
- Nəsir Sadıqzadə — Tanrıbəy
- Rəfael Dadaşov — Rasim
- Muxtar Maniyev — Zırpı
- Cahangir Novruzov — milis rəisi
- Arif Quliyev — milis nəfəri
- Ramiz Əzizbəyli — sərxoş
- Vaqif Səmədoğlu - su satan
- Ramiz Əzizbəyli — milis nəfəri(Arif Quliyev), qatıqsatan (titrlərdə yoxdur)
- Azəri, L. 20 ilin "Bəxt üzüyü": [rejissor Ramiz Əzizbəylinin "Bəxt üzüyü" filmi haqqında] //Mədəniyyət.- 2012.- 7 mart.- S. 10.
- Əsgərova, A. Azərbaycanın "Bəxt üzüyü": və xoşbəxtliyin itmiş qafiyəsi: [eyniadlı filmin 20 illiyi münasibətilə] //Olaylar.- 2012.- 17–19 mart.- S.13.
- Kərimov, V. "Xoşbəxtlik elə anlamdır ki, ona qafiyə tapılmır" "20 ildən sonra yenə xoşbəxtliyi də axtarıram, qafiyəni də": [Sumqayıt Dram Teatrının aktyoru, Xalq artisti Valeh Kərimovla müsahibə] //Olaylar.- 2012.- 2 mart.- S.10.
- Ramizqızı, C. 20 yaşlı "Bəxt üzüyü": [Ramiz Əzizbəylinin eyniadlı filminin 20 illiyi münasibətilə] //525-ci qəzet. — 2012.-7 mart.- S. 4.
- Reyhan. "Bəxt üzüyü": 20 il sonra: [rejissor Ramiz Əzizbəylinin eyniadlı filmi Nizami Kino Mərkəzində] //Mədəniyyət.- 2012.- 14 mart.- S. 6.
- Rüstəmov, Ə. Bəxtimizin 20 illik üzüyü: [Ramiz Əzizbəylinin eyniadlı filminin 20 illiyi münasibətilə] //525-ci qəzet. — 2012.- 10 mart.- S. 17.
- Oqtay. "İtmiş bəxt üzüyü və tapılmış talelər". //Xalq cəbhəsi.-2013.- 15 mart.- səh.14.
- Kamal. "Hələlik "Bəxt üzüyündən" muğayat olun" : [Ramiz Əzizbəylinin eyni adlı filminin 20 illiyi, yaradıcılığının isə 55 illiyi münasibətilə] //Azad Azərbaycan.- 2012.- 29 aprel.- S. 7.
- Eldarqızı, Z. İtmiş bəxt üzüyü və tapılmış talelər: "Bəxt üzüyü" — 20: [rejissoru Ramiz Əzizbəyli olan eyniadlı film haqqında] //Bakı xəbər.- 2012.- 12–14 oktyabr.- S. 14.
- Eldarqızı, Z. İtmiş bəxt üzüyü və tapılmış talelər: [rejissor Ramiz Əzizbəylinin "Bəxt üzüyü" filmi haqqında] //Qobustan: sənət toplusu.- 2012.- № 4.- S.72–74.
- Rəhimbəyova, F. "Ürəyim Bakıda qalıb": Xeyli vaxt gözlədim ki, "Bəxt üzüyü" filminin zəngin fanatları maddi dəstək verərək, rejissor Ramiz Əzizbəylini filmin ikinci seriyasını çəkməyə ruhlandıracaqlar": [ABŞ-də yaşayan sənətçi, həmyerlimiz Firəngiz Rəhimbəyova ilə müsahibə] //Xalq cəbhəsi.- 2010.- 26 avqust.- S. 11.