Nailə Dadaşova

Dadaşova Nelli Hacı qızı (17 avqust 1947, Bakı) — Azərbaycan kino montajçısı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019).

Nailə Dadaşova
Dadaşova Nailə Hacı qızı
Digər adı Nelli Dadaşova
Doğum tarixi (77 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2019

Dadaşova Nailə Hacı qızı 1947-ci ilin avqustun 17-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1954-cü ildə Bakı şəhər 26 saylı orta məktəbə daxil olub və 1965-ci ildə bitirib. 1967—72-ci illərdə M.F.Axundov adına Pedoqoji İnstitutunun filologiya fakultəsində təhsil alıb.

Nailə Dadaşova 1964-cü ilin noyabrın 20-dən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının səs yazma sexində səs yazma texniki kimi işləməyə başalayıb. 1973-cü ildə isə kinostudiyanın montaj sexinə keçib. Dövrünün ən məşhur Azərbaycan filmləri üzərində işləyən Nailə Dadaşova tez bir zamanda adi montajçıdan ali dərəcəli kinemantajor rütbəsinə yüksəlib. Onlarla sənədli, bədii və cizgi filmini montaj edib.

2004-cü ildə isə təqaüdə çıxıb. 40 il iş təcrübəsi olan Nailə Dadaşova hələ də fəaliyyətini davam etdirir. Əmək veteranıdır. Ailəlidir, iki övladı var. Həyat yoldaşı tanınmış rejissor Rafiq Dadaşovdur.Övladları-Dadaşova İradə, Dadaşov Murad.

31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.[1]

Bədii Filməri

[redaktə | mənbəni redaktə et]
  1. Qəm pəncərəsi (film, 1986)
  2. Araqarışdıran (film, 1987)
  3. Pirverdinin xoruzu (film, 1987)
  4. Yaramaz (film, 1988)
  5. Sahilsiz gecə (film, 1989)
  6. Bəxt üzüyü (film, 1991)
  7. Qətldən yeddi gün sonra (film, 1991)
  8. Qəzəlxan (film, 1991)
  9. Fəryad (film, 1993)
  10. Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-montaj edən
  11. Bir anın həqiqəti (film, 2003)
  12. Məkanın melodiyası (film, 2004)
  13. Arxada qalmış gələcək (film, 2005)
  14. Biz qayıdacağıq (film, 2007)
  15. Dəvətnamə (film, 1989)
  16. Fatehlərin divanı

Cizgi və sənədli filmlər

[redaktə | mənbəni redaktə et]
  1. Torpaq-Kosmos qarşılıqlı əlaqə (film, 1977)]]
  2. Toplan və kölgəsi (film, 1977)
  3. Toral və Zəri (film, 1979)
  4. Sandıq (film, 1982)
  5. Yatmaq vaxtıdır (cizgi filmi, 1984)
  6. Arzunu yarat (cizgi filmi, 1977)
  7. Akvarium (film, 1983)
  8. Bir axşam… (film, 1985)
  9. Ad gunu (cizgi filmi, 1992)
  10. Yaxşı adam tapmaq çətindir (film, 1993)
  11. Simenslər Azərbaycanda (film, 1993)
  12. Udinlər (film, 1993)
  13. Sumqayıtın əks-sədası (film, 1991)

"Azərbaycantelefilm" də çəkilmiş filmlər

[redaktə | mənbəni redaktə et]
  1. Cücələrim (film, 1996)
  2. Yeni nəsil, yeni məhsul (film, 2000)
  3. İmamverdi Əbilov (film, 2001)
  4. Daşları dindirən alim (Məşədixanım Nemətova) (film, 2001)
  5. Poçtalyon Həcər (film, 2002)
  6. Bir mahnının işığı (film, 2002)
  7. Mirzə Fətəli Axundov Adına Kitabxana (film, 2003)
  8. Sara Qədimova (film, 2003)
  9. Əbilov klubu (film, 2004)
  10. Ağ adam (film, 2004)
  11. Rəssam Ponomaryev (film, 2004)
  12. Seyid Nigari (film, 2004)
  13. Dəf çalan (film, 2005)
  14. Su dəyirmanı (film, 2005)
  15. Xilasedici (film, 2005)
  16. Rus icmaları (film, 2006)
  17. Şövkət Məmmədova (film, 2006)
  18. Sufilər (film, 2006)
  19. Musiqi aləmi (film, 2006)
  20. Uluxanlı məktəbi (film, 2007)
  21. Gəncə kukla teatrı (film, 2007)
  22. Aşiqlər (film, 2008)
  23. Zəngəzur (film, 2008)
  24. İmla yaddaşı (film, 2008)
  25. Bizim rəqslər (film, 2009)
  26. Tarix Muzeyi (film, 2010)
  1. President.az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2019-07-31. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-31.