Bəxtiyar Əsgərov (siyasətçi)

Bəxtiyar Əsgərov (Əsgərov Bəxtiyar Hüseynalı oğlu; 10 fevral 1981, Noraşen, Culfa rayonu) — Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri (2014-indi). Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), Yeni Azərbaycan Partiyasının üzvü (1999). Filologiya üzrə fəlsəfə doktoru (2010).

Bəxtiyar Əsgərov
Şəxsi məlumatlar
Doğum tarixi 10 fevral 1981(1981-02-10) (43 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • filologiya elmləri namizədi[d]

Bəxtiyar Əsgərov 1981-ci ildə Naxçıvan MSSR Culfa rayonunun Göydərə kəndində anadan olmuşdur. 2002-ci ildə Bakı Dövlət Universiteti Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə isə magistratura təhsil pillələrini fərqlənmə diplomları ilə bitirmişdir.[1]

2001–2005-ci illərdə Bakı Dövlət Universiteti Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini işləmiş, 2004–2007-ci illərdə Bakı Dövlət Universitetində aspirantura təhsili almışdır. 2004-cü ildən Bakı Dövlət Universitetinin müəllimi vəzifəsində çalışır.

2010-cu ildə "M. S. Ordubadinin dramaturgiyası" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2012-ci ildən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin doktorantı kimi "XX əsr Azərbaycan tarixi romanlarında gərçəklik və təxəyyülün sintezi" adlı filologiya elmləri doktoru dissertasiya işini uğurla tamamlamışdır.[2]

5 kitab, eləcə də 2 monoqrafiya, bir çox nüfuzlu jurnal və qəzetlərdə çap edilmiş, 50-dək elmi və 100-dən çox siyasi-publisistik məqalələrin müəllifidir.

İngilis, rustürk dillərini bilir.

2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2005–2011-ci illərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ideoloji məsələlər üzrə sədr müavini(Respublika üzrə) vəzifəsinə secilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səlahiyyətli nümayəndəsi, respublika üzrə kecirilmiş Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərlə bağlı referendumda vəkil kimi fəaliyyət göstərmişdir.

28 fevral 2014-cü ildən Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinə rəhbərlik edir.

1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

  1. Sevgi qatarı // Bakı: Bakı Universiteti nəşriyyatı, 2001, 110 səh.
  2. Zamansız yaşam // Bakı: Bakı Universiteti nəşriyyatı, 2002, 90 səh.
  3. Dərdimi sözə danışdım // Bakı: Borçalı nəşriyyatı, 2011, 116 səh.
  1. Məmməd Səid Ordubadinin dramaturgiyası // Bakı: "E. L." NPŞ MMC, 2013. 184 səh.
  2. Azərbaycan tarixi romanlarında gerçəklik və bədii təxəyyül // Bakı: "Elm və təhsil", 2015. 280 səh.
  1. M. S. Ordubadinin dramaturgiyasında sənətkarlıq məsələləri // Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası 2004, № 4 s.125–130
  2. M. S. Ordubadi bir dramaturq kimi // Dil və ədəbiyyat jurnalı. Bakı, № 3(45), 2005 s.93–96
  3. M. S. Ordubadinin həyat və yaradıcılığına bir nəzər // Dil və ədəbiyyat jurnalı. Bakı, № 4(46), 2005 s.100–103
  4. M. S. Ordubadinin çap olunmuş dramları // Dil və ədəbiyyat jurnalı. Bakı, № 1(49), 2006 s.116–119
  5. Особенности исторических пьес М.С.Ордубади // Вестник Пятигорского государственного лингвистического университета. 2009 № 1 с.207–209
  6. Sosialist-realizmdə Tarixi roman və ona münasibət məsələsi // Tağıyev oxuları. Mütərcim nəşriyyatı, 2016, № 1. s.234–239

Ailəlidir, iki övladı var.

  1. "Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin Rəhbəri Bəxtiyar Əsgərovun doğum günüdür" (az.). analoq.az. 2018-02-10. 2018-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-12.
  2. "Əsgərov Bəxtiyar Hüseynalı oğlu: Bakı Şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin Rəhbəri" (az.). naxrepresentation.com. 2017. 2018-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]