Bəxtiyar Ersay (8 fevral 1969, Çemişgezek[d], Tuncəli ili) — Türkiyə hərbi xadimi, general-leytenant (türk. korgeneral),[3] Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı[4] Azərbaycan Müdafiə Nazirinin müşaviri.[5]
Bəxtiyar Ersay | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 fevral 1969 (55 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Milliyyəti | türk |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Türkiyə |
Qoşun növü | quru qoşunları, komando |
Xidmət illəri | 1991-ci ildən |
Rütbəsi |
General-leytenant (türk. korgeneral) |
Vəzifəsi |
Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı[1] |
Bəxtiyar Ersay haqda məlumatlar çox azdır. Yalnız onun əslən Türkiyənin Tunceli bölgəsinin Çemisgezek mahalından olduğu bildirilir. Ersay ilk hərbi təhsilini İşıklar hərbi liseyində alıb. Daha sonra isə Türkiyə Quru Qoşunları Hərbi Məktəbinə qəbul olub. Hərbi məktəbi artilleriya üzrə başa vurub və leytenant rütbəsi alıb. O, kapitan rütbəsində hərbi akademiyanı bitirib. Hərbi ataşşe olaraq Tunisdə xidmət etdiyi illərdə də diqqət mərkəzində olub.[6]
Müəmmar Qəddafinin ölümü ilə Liviya və Tünisdə başlayan qarmaqarışıq hadisələr zamanı minlərlə türk vətəndaşının bu ölkədən sağ-salamat təxliyəsini təmin edən əməliyyatın başında general Ersay dayanıb.
Bəxtiyar Ersay Türkiyədə Balyoz hadisələri zamanı həbs edilib, barəsində 16 il həbs qərarı çıxarılıb. Dövlət çevrilişində ittiham edilsə də, cəmi 31 ay həbsdə yatıb. Azad edildikdən sonra Türkiyə Silahlı Qüvvələrinə qayıdıb. FETÖ-nün 15 iyul 2016-cı ildəki dövlət çevrilişi cəhdindən sonra general-mayor rütbəsi alıb.[7]
PKK-ya qarşı ən böyük əməliyyatlar həyata keçirən generallardan biri də Bəxtiyar Ersaydır. 2016-cı ildə o, Hakkaridəki Çukurca 2-ci sərhəd birqadasının komandanı vəzifəsini yerinə yetirib. İlk vəzifəsindən biri Kaletepe bölgəsində toplanan və hücum planları həyata keçirən PKK qrupunu zərərləşdirmək olub. Yüzlərlə PKK terrorçusunu özündə birləşdirən bu qrup 7 dəfə sərhədi pozmağa çalışıb. General Ersayın komandanlığındakı briqada PKK terrorçularının gözləmədiyi halda əməliyyat keçirib. Məlumatlarda qeyd edilir ki, bu əməliyyatla 207 terrorçu məhv edilib. Əməliyyat zamanı general Ersay Kaletepe Dağbaşında əsgərləri ilə günlərlə birlikdə yatıb, birlikdə yeyib, onlarla birlikdə savaşıb.[8]
5 avqust 2022-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Bəxtiyar Ersaya korgeneral (general-leytenant) rütbəsi verilib.[9]
General Bəxtiyar Ersay Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb. 2021-ci ildən o, Azərbaycanda Xidmət Qrupu Komandanlığında xidmətə başlayıb.[10]