Bəyəhmədyurd — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Xızı kənd Sovetinin Bəyəhmədyurd kəndi Baxışlı kənd Sovetinin tərkibinə verilmişdir.[1]
Bəyəhmədyurd | |
---|---|
40°54′48″ şm. e. 48°57′40″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
XIX əsrdə Xızı kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1933-də Bəyəhməd Yurdu kimi qeydə alınmışdır. Bəyəhməd (şəxs adı) və yurd komponentlərindən düzəlib "Bəyəhmədin yurdu, Bəyəhmədə məxsus yaşayış yeri" mənasındadır.[2]
Kənd Xızı yaylasında yerləşir.
Xızı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |