Təzəkənd (Xızı)

TəzəkəndAzərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Təzəkənd kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Tıxlı kənd Sovetinin tərkibinə verilmişdir.[1]

Təzəkənd
40°53′11″ şm. e. 49°10′14″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Təzəkənd xəritədə
Təzəkənd
Təzəkənd

Təqribən 150 il bundan əvvəl yaranıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xızı-Bərmək yurdunda ilk məktəb bu kənddə yaradılıb. Məktəb Hacı Yəhyanın evində yerləşirdi. Cümhuriyyət süqut etdikdən sonra Məhəmməd Əmin Rəsulzadə Lahıca gedərkən Müsavat Partiyasının sonuncu gizli iclasını məhz Təzəkənddə keçirmişdir, iclasda Seyid Hüseyn Sadiq partiyanın sədri, Cəfər Cabbarlı isə katibi seçilmişdir. Sovetlər qurulduqdan sonra "Yeni yol" kolxozu yarandı. 1959-cu ildə kolxoz dağıldı və ardınca Xızı rayonu inzibati-ərazi vahidi olaraq ləğv edildi, beləcə kəndi camaat tərk etdi. Kənddə yalnız "Yeni yol" kolxozunun sədri Bəxtiyar Ələsgər oğlu Abbasov öz ailəsi ilə qaldı.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd rayon mərkəzi, Bakı və digər bölgə mərkəzləri ilə əlaqə baxımından çox əlverişli nöqtədə yerləşirdi. Kəndin şəhər tərəfdən girişində TıxGəmşər çayları qovuşur. Kənd Baybəgim dağının ətəyində yerləşir. Təbiəti heyvandarlıq üçün çox əlverişlidir, kənd qışlaq funksiyası daşıyır.

Əsrin əvvəllərində kənddə 104 ailə yaşayırdı. Kənddə 3 nəsil vardı: Hacıhəmzəlilər, Lohəsənlilər (Səyyad Xızılılar - 1630-cu ildə İrandan gəlmə) və Hacıbabalılar (Şıx Xızılılar). Hazırda kənddə 8 ailə yaşayır.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

XX əsrin əvvəllərində kənddə heç bir bölgədə analoqu olmayan, gözətçisiz, sahibsiz, özünəxidmət üsulu ilə işləyən Qonaq evi var idi. Bu layihə və ev kənd sakini Əbdülhəsən dayıya məxsus idi. Bundan başqa kənddə Məscid və Dəyirman fəaliyyət göstərirdi. 1961-ci ildən etibarən kəndin yeganə məktəbi öz fəaliyyətini dayandırdı. XXI əsrin əvvəllərində isə məktəb, məscid və dəyirman dövlət tərəfindən sökülmüşdür.

  1. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.