BT seriyalı tanklar və ya BT tank seriyası — (Rusca: Быстроходный танк; Rom: Bystrokhodnıy Tank; Azərbaycanca → Sürətli tank) 1932–1941-ci illər arasında SSRİ tərəfindən böyük miqdarda istehsal edilmiş, süvari tank sinfi də adlandırıla bilən yüngül dərəcəli tank idilər.[1] Yüngül olmasına baxmayaraq, yaxşı silahlandırılmış olan bu model tanklar öz sinfində tanklar arasında ən yaxşı hərəkət qabiliyyətinə malik tanklar idilər. Qırmızı Ordu daxilində onlara qısaca Betka, daha kiçik modellərinə isə Betuşka deyilirdi.[2] Tankın asqı sistemi Christie asqı sistemi olub, əməliyyat mənzili 200 km, maksimum sürəti isə saatda 72 km təşkil etmişdir.
BT | |
---|---|
Tipi | sürətli tank |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 1932 |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruktor |
J. Walter Christie Xarkov Komintern Lokomotiv Zavodu |
Konstruksiya tarixi | 1930-1931 |
İstehsal illəri | 1932-1941 |
Xüsusiyyətləri | |
Ağırlığı | 11,5 t |
Zireh | 6 - 13 mm |
Mühərrik | Model M-5 |
Güc nisbəti | 35 at gücü/ton |
Mühərrik gücü | 400 hp (298 kW) |
Əsas silah | 45 mm Model 32 |
Köməkçi silah | DT pulemyotu |
Uzunluğu |
|
Eni | 2,23 m |
Hündürlüyü | 2,25 m |
Ekipaj | 3 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
BT tankları konvertasiya edilə bilən (dəyişdirilə bilən) tank modelləri idilər. 1930-cu illərdə konstruktor J. Walter Christie çıxarıla bilən tırtılları olan bir tank üzərində işləməyə başlamışdır. Nəhayət, ekipajı tərəfindən 30 dəqiqə ərzində tamamilə tırtılları çıxarıla bilən və magistral yolda sadəcə olaraq təkərləri üzərində hərəkət edə bilən bir tanka çevrilə bilən bu model ortaya çıxmışdır. Bu yolla tank off-road yolda olduğu kimi magistralda da sürətlə hərəkət edə bilirdi. Tırtılları olmadan tankı, ön təkərləri hərəkət etdirirdi.
1930-cu ildə Sovet kənd təsərrüfatı təşkilatı kimi tanınan AMTORG-a bağlı OGPU və GRU kəşfiyyat xidməti agentləri Nyu Yorkdakı siyasi və hərbi hakimiyyəti razı salaraq Amerika istehsalı olan Christie tankının planlarını və texniki xüsusiyyətlərini əldə etdilər. Ən azı iki ədəd Christie M1931 tankı (qülləsiz) saxta sənədlərlə ABŞ tərəfindən SSRİ-yə satılmışdır.[3] İxrac sənədlərində texnika "kənd təsərrüfatı traktoru" kimi göstərilmişdir. Hər iki tank Xarkov Komintern Lokomotiv Zavodunun (KhPZ) obyektlərinə müvəffəqiyyətlə gətirilmişdir. Christie tankları Sovetlər tərəfindən sürətli tanklar kimi təsnif edilmişdirlər və qısaca BT adlandırıldılar. Mövcud plan və orijinal Christie prototipləri işığında 3 silahsız BT-2 tankı 1931-ci ilin oktyabrında, seriyalı BT-2 tankları isə 1932-ci ildə istehsal olunmağa başlanmışdır. Bir çox BT-2 tankları bir ədəd 37 mm top və bir ədəd də pulemyotla istehsal edilirdilər. BT-3 və sonrakı modellər 45 mm-lik silahla istehsal edilmişdirlər. Christie M1931 prototipində mövcud olan maili zireh sonralar sovet tanklarında saxlanılan əsas konstruksiya forması olmuşdur və daha sonra yan zirehlər də bu formada hazırlanmışdır.
1937, KhPZ zavodunda işləyən baş konstruktor Mixail I. Koshkinin rəhbərliyi altında yeni konstruksiya qrupu yeni nəsil BT tanklarının konstruksiyasını hazırlamışdılar. Komanda A-20 adlı yeni bir model də hazırlayır. Bunun bir nüsxəsi olan, lakin daha ağır zireh və silahla təchiz edilmiş A-32, daha sonra T-26 piyada tankını və BT-8 süvari tankını əvəz etmişdir. Konstruksiyası onsuz da mübahisəli olan tankla bağlı ən mühüm şübhə, bu tankdan daha zirehli olan T-34 tankı mövcud olduğu halda, Alman Blitzkrieg hücum təhlükəsi qarşısında nə qədər hücum və müdafiə gücünə malik olması idi.
İstehsal miqdarları:
BT-2 | BT-5 | BT-7 | BT-7A | BT-8 | |
---|---|---|---|---|---|
ekipajı | 3 | 3 | 3 | 3 | 3 |
çəkisi | 10.2 t | 11.5 t | 14 t | 14.5 t | 14.7 t |
uzunluğu | 5.58 m | 5.58 m | 5.66 m | 5.66 m | 5.66 m |
eni | 2.23 m | 2.23 m | 2.29 m | 2.29 m | 2.29 m |
hündürlüyü | 2.20 m | 2.25 m | 2.42 m | 2.52 m | 2.42 m |
zirehi | 6–13 mm | 6–13 mm | 6–13 mm | 6–13 mm | 6–22 mm |
əsas silahı modeli |
37 mm Model 30 |
45 mm Model 32 |
45 mm Model 35 |
76.2 mm Model 27/32 |
45 mm Model 38 |
Əsas silahın cəbbəxanası | 96 mərmi | 115 mərmi | 146 mərmi | 50 mərmi | 146 mərmi |
pulemyotu | DT MT | DT MT | DT MT | 2×DT MT | 3×DT MT |
mühərrik gücü tipi |
400 at gücü Liberty |
400 bg M-5 |
500 bg M-17T |
500 bg M-17T |
450 bg V-2 |
yanacağı | 400 l benzin |
360 l benzin |
620 l benzin |
620 l benzin |
620+170 l dizel |
magistral yol sürəti | 100 km/s | 72 km/s | 86 km/s | 86 km/s | 86 km/s |
güc/çəki | 39 a.g./t | 35 a.g./t | 36 a.g./t | 34 a.g./t | 31 a.g./t |
magistral yol mənzili | 300 km | 200 km | 250 km | 250 km | 700 km |
off-road mənzili | 100 km | 90 km | 120 km | 120 km | 400 km |
BT seriyalı tanklar İkinci Dünya Müharibəsindən əvvəl hərbi tarix baxımdan bir sıra mühüm münaqişələrdə iştirak etmişdirlər. Bu münaqişələrdən birincisi 1936-cı ildə başlanmış olan İspaniya vətəndaş müharibəsində baş vermişdir.[13] Beynəlxalq Briqadanın tərkibində qarşıdurmalarda iştirak edən BT-5 tankları 45 mm-lik əsas topları ilə alman və ispan yüngül tanklarına qarşı müvəffəqiyyətli nəticələr əldə etmişdirlər.[14]
1939-cu ildə Monqolustan sərhədində Yaponiya ilə Sovetlər arasında baş verən sərhəd toqquşmalarında general Jukov BT-5 və BT-7 tanklarından ibarət tanklarını qruplar halında və sürətli manevrlərlə istifadə edərək müvəffəqiyyət əldə etmişdir.[15][16][17][18][19][20][21][22][23][24]
“Qış müharibəsi” olaraq da bilinən Fin müharibəsində isə BT-2 və BT-5 tanklarının nazik ön zirehləri xizəkli tank əleyhinə elementlərin təsirindən qeyri-kafi nəticələr əldə etmişdir.[23]
1939-cu il sentyabrın 17-də Polşa sərhədini keçən sovet qoşunlarının tərkibindəki BT seriyalı tanklar çox çətinlik çəkməmişdirlər, çünki Polşa ordusu almanların hücumları nəticəsində onsuzda artıq dağılmışdı.
1941-ci ildə Barbarossa əməliyyatının birinci ilində BT seriyalı tanklar alman tanklarının qalın qabaq zirehinə və atəş gücünə qarşı böyük itkilər vermişdirlər. Almanların Leninqrada doğru irəliləməsinə qarşı göndərilmiş olan bu tanklar müvəffəqiyyətsizliyə düçar olmuşdurlar. Xüsusilə Uman regionunda gedən tank döyüşlərində üç sovet tank korpusu demək olar ki, tamamilə döyüşlərdə məhv edilmişdir. Uman döyüşü Kursk döyüşündən sonra tarixdə ikinci ən böyük tank döyüşü olaraq qalmışdır.
Alman ordusu Barbarossa əməliyyatına başladıqdan sonra Qırmızı Ordu BT seriyalı tankları T-34 modeli ilə əvəz etməyə başlamışdır.
Qırmızı Ordu 1945-ci ildə Mançuriyada Avqust Fırtınası əməliyyatı zamanı Yapon ordusuna qarşı çoxlu sayda BT tanklarından istifadə etmişdir. Bu, BT seriyalı tankların müharibələrdəki son missiyası olmuşdur.
Qırmızı Orduya məxsus BT seriyalı "süvari sinfi" tanklar müharibədən əvvəlki dövrdə öz sinfindəki tank dizaynları arasında hərəkətlilik baxımından ən yaxşı texnika hesab olunurdu. Buna görə də bir çox sınaq modellərinin işlənib hazırlandığı bu tanklar Ukraynanın Xarkov şəhərindəki KhPZ zavodunda istehsal edilirdi.
Bu gün tank dünyasında bir əfsanə hesab olan T-34 tankı BT tankının təkmilləşdirilmiş bir modeli idi. T-34 tankında görülən bir çox yeniliklər əslində BT seriyasında qazanılan təcrübələrlə təmin edilmişdir. Onların arasındakı nəsil bağı danılmaz idi. Dizayn dövründə mühüm texniki kəşflər edilmişdir. Xüsusilə, BT-IS və BT-SW-2 seriyalı sınaq modellərində ağır və maili zirehlər mövcud idi. Bu ixtiralardan daha sonrakı dövrlərdə T-34 tanklarında istifadə edilmişdir.
BT-lər həmçinin mühəndis vasitələri və şassilər üçün də sınaq vasitələrinə çevrilmişdirlər. Körpü döşəmə modelinin T-38 qülləsi mövcud idi. Bush paketləri standart tanklara quraşdırılmışdır. RBT-5 modelində isə qüllənin sağında və solunda iki ədəd raket buraxılış qurğusu var idi. Bir neçə model də isə çox dar tırtıllardan və hətta taxta xizək dəstlərindən istifadə edilmişdir.
KBT-7 modeli isə təkmilləşdirilmiş zirehli komanda tankı kimi hazırlanmışdır. Lakin istehsalına başlanılmadan əvvəl İkinci Dünya Müharibəsi başa çatmışdır.
1936-cı ildəki Kiyev manevrləri zamanı hərbi müşahidəçilərə yüzlərlə BT tankının keçidi göstərilmişdir. Daha sonra ölkələrinə qayıdan Britaniya Ordusunun müşahidəçiləri eyni asma sisteminin ingilis tanklarında da istifadə olunmasını istəyirdilər. Nəticədə, BT tankında istifadə ediləndən əldə edilən Christie asqısı Britaniyanın A-13, Crusader və Cromwell tanklarına da quraşdırılmışdır. Maraqlıdır ki, Britaniyanın Matilda tanklarının ön gövdə zirehləri BT tankına çox oxşardır.