Baş Kov

Baş KovTiflis quberniyasının Borçalı qəzasında dağ adı.

Toponimkası[redaktə | mənbəni redaktə et]

Dağın adı mənbədə Baş Koy kimidir. İrəvan quberniyasının Aleksandropol qəzasında Baş Kov yaylaq (yenə orada) və Azərbaycanda Qovdağ (İsmayıllı rayonu) adı ilə eynidir. Peçeneqlərin qədim rus salnamələrində Kou (Kov) tayfasının adını əks etdirir.

Orta əsrlərdə peçeneqlərin və ya qıpçaqların Kov (Qov) tayfasının adındandır. Rus salnaməsində 1097-ci ilə aid məlumatda peçeneqlərlə yanaşı Berendə, 1146-cı ilə məlumatda Qarabörk, yaxud Qarapapax (rusca yazılışda mənbədə Çernıy klobuk) və 1151-ci ilə aid məlumatda Kou (Kov) tayfalarının adları çəkilmişdir. 1170–1172-ci ilə aid məlumatdan aydın olur ki, kovlar bərəndələrin bir hissəsi idi. N.A.Baskakova görə rus salnaməsində adı çəkilən Tork (Türk), Berende və Kov tayfaları Uz tayfa birləşməsinə mənsub idi. Mənşəcə peçeneqlərə ya da uzlara mənsub olmuş Qov, Bərəndə (Vərəndə) və Qarabörk (Qarapapax) tayfaları Cənubi Qafqazda bir sıra coğrafi adlarda saxlanılmalıdır. Rus mənbələrində Kou kimi yazılmış Qov tayfasının adı Azərbaycanda Qovlar (Sabirabad rayonu) və Qovlar-Sarılı (Xanlar rayonu), Qovdərə (Lerik rayonu) və Qovdağ (İsmayıllı rayonu) adlarında saxlanılmışdır. XIX əsrin ortalarında 96 ailədən ibarət Qov tayfası Azərbaycanda Cavad qəzasında yaşayırdı. Sözsüz ki, Sabirabad rayonundakı Qovlar kəndi (bu rayonun ərazisi Cavad qəzasına daxil idi) məhz bu tayfaya mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Xanlar rayonundakı Qovlar-Sarılı kənd adı da məhz Borçalı bölgəsində məskunlaşmış qıpçaqlarla əlaqədardır. Qovlar Sarılı kənd adı "Qovlar kəndi yaxınlığında Sarılı (kəndi)" mənasındadır. Qov tayfasının adı danışıqda təhrif olunmuş formada Qoy və Koy kimi toponimlərdə də saxlanılmışdır. İrəvan əyalətinin Karbi nahiyəsində Qoylu (əsli Qovlu), Şamaxı rayonuda Göylər (Qovlardan təhrif) kənd adları qədim Qov tayfasının adını əks etdirir. Cavad qəzasında XIX əsrdə yaşamış Qovlar elinin bir hissəsi Şamaxı rayonunda yaylaq yerində Göylər (dağ) kəndini yaratmışdır. Cənubi Qafqazda peçeneq ya da qıpçaq mənşəli Qov tayfası həm Qov, həm də Kov formasında bir sıra toponimlərdə saxlanılmışdır.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Tiflis quberniyası

İstinad[redaktə | mənbəni redaktə et]

  1. Gürcüstanda Türkmənşəli Toponimlərin İzahlə Lüğəti. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Bakı."Nurlan",2008.