Müfsid

Müfsid (ərəb. مفسد‎) — İslam dini terminidir. Əfəl-i mükəlləfindəndir[1]. Ərəbcə "fsd" kökündən olub müfsid "fəsad törədən" mənasındadır. Lüğətdə "pozan", "fəsad törədən" deməkdir. Müfsid sözü İslam kəlamında imanı (etiqadı) batil edən vəziyyətlər və İslam fiqhində başlanmış ibadəti məhv etməklə işlənən bir termindir. Başqa sözlə desək, müfsidlər İslamda qanuni bir inancı və ya başlanmış ibadəti pozan şeylərdir. Misal üçün; İman və namazı pozmaq, nikah və həcc, zəkat, alqı-satqı kimi. Məsələn, Allahı və Quranı lənətləmək küfrdür və imanı yox edər. Namaz əsnasında gülmək dəstəmazı və namazı batil edir. Oruc tutarkən şüurlu olaraq yemək və ya içmək orucu pozar. Müfsid ibadətin təkrar edilməsini tələb edir, çünki bilərəkdən edilən ibadəti pozur. Bilə-bilə üzrsüz müfsid etmək günahdır. Əgər səhvən baş verərsə, günah və əzab yoxdur, ibadət batil olmaz. Məsələn, oruc tutarkən bilmədən və unudaraq yeyib-içmək; Namaz əsnasında gülməyi dayandıra bilməmək kimidir.

  1. "Müfsit - Müfsid Nedir?". 6 iyun 2021. 6 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fev 2024.