Başqırd üsyanları (VII-VIII əsrlər)

Başqırd üsyanları — XVII–XVIII əsrlərdə baş verən silsilə üsyanlar.

Başqırd üsyanları
Tarix XVII—XVIII
Yeri Başqırdıstan, Kazan xanlığı
Başqırd qadın və başqırd döyüşçüsü

VII əsr üsyanları[redaktə | mənbəni redaktə et]

1662–64-cü illər üsyanı çar hökumətinin başqırd feodallarının kalmıklar üzərinə basqınlarını qadağan etməsi və tutduqları əsirləri qaytarmaq tələbi ilə əlaqədar başlanmışdı. Üsyan bütün Başqırdıstanı və bəzi qonşu qəzaları bürümüşdü. Qiyam əsasən şərqdə İset, Miass çaylarının orta axarlarını, qərbdən Kama çayının orta axarlarını, cənubda isə Yaik çayından şimalala Çusovaya çayına qədər yayılmışdır. 1664-cü ildə çar hökuməti üsyanı yatırdı, lakin bəzi güzəştlərə də getdi. 1681– 83-cü illər üsyanı başqırdların çar hökuməti tərəfindən zorla xristianlaşdırılacağı haqqında xəbərin yayılması ilə əlaqədar başlanmışdı. Lakin üsyana kazak zadəganı (starşina) Seyid Sadiir başçılıq edirdi. 1682-ci ildə üsyan bütün Başqırdıstanı bürüdü. Geniş başqırd kütlələrinin hərəkatdan məyus qalması, həmçinin çar hökumətinin xristianlaşdırma haqqında heç bir sərəncam verməyəcəyini bildirməsi mübarizənin dayandırılmasında həlledici rol oynadı.

VIII əsr üsyanları[redaktə | mənbəni redaktə et]

1705 – 11-ci illər üsyanına səbəb 1704-cü ildə yeni vergilərin qoyulması və hökumətin rus ordusu üçün başqırdlardan at tələb etməsi idi. Hökumət kalmık dəstələrindən istifadə edərək üsyanı yatırdı, lakin yenə bəzi güzəştlərə getməli oldu. 1735 – 40-cı illər üsyanına səbəb çar hökumətinin qalalar və mədən zavodları inşa etmək yolu ilə başqırd torpaqlarını zəbt etməsi idi. Bu üsyan da yatırıldı və hökumət başqırd icmalarının daxili həyatını çar idarə orqanlarının nəzarəti altına salan inzibati islahatlar apardı.[1]

1755 – 56-cı illər üsyanının səbəbi rus zülmünün güclənməsi, çar hökumətinin əhalini zorla xristianlaşdırmaq və torpaqlarını müsadirə etmək siyasəti idi. Üsyanın hazırlanmasında molla Abdulla Əliyevin (Batırşa) cihada çağıran müraciətnaməsinin böyük rolu olmuşdur. Yerli feodalların üsyana qoşulmaması və çar hökumətinin yeritdiyi üsyançıları parçalamaq siyasətinin (könüllü təslim olanları bağışlamaq, tatarları, qazaxları, baş qırdları və digər xalqları bir-birinin üzərinə qaldırmaq) üsyanın yatırılmasında mühüm rolu oldu.[2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.
  • Акманов И. Г. Башкирские восстания 17–18 вв. // Башкирская энциклопедия / гл. ред. М. А. Ильгамов. — Уфа : ГАУН "Башкирская энциклопедия", 2015–2020. — ISBN 978-5-88185-306-8.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Витевский В. Н. И. И. Неплюев и Оренбургский край в прежнем его составе до 1758 г. Казань, 1897. Т. 1. с.146.
  2. Акманов И. Г. Восстание 1755–56 гг. // Башкирская энциклопедия / гл. ред. М. А. Ильгамов. — Уфа : ГАУН "Башкирская энциклопедия", 2015–2020. — ISBN 978-5-88185-306-8.