Badali — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı.[1][2]
Tarixi Azərbaycan əraziləri | |
Badali | |
---|---|
Ümumi məlumatlar | |
Bölgə | İrəvan quberniyası |
İndiki adı | Yexnazut |
Adının dəyişdirilmə tarixi | 1946 |
1920-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Yexnazut adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan xanlığının Göycə nahiyəsində Bədəli və Bədəlli adlı iki kəndin adı qeyd olunmuşdur.[3][4]
Yerli tələffüz şəkli Bədili. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Xasavyurt dairəsində Bada-Yurt (kənd adı)[5], həmin əyalətin Kızılyar dairəsində Bata-Yort (kənd adı) Azərbaycanda Yelizavetpol quberniyasında Badakənd, Badaçay, Badasu, Cavad qəzasında Badibad, Naxçıvanda Batabat, Talış-Lənkəran bölgəsində Badalan toponimləri ilə mənaca eynidir. XIX əsrdə Qazax qəzasında Bayta (qışlaq adı), Borçalı qəzasında Baytalı (qışlaq adı) toponimləri də bu sıraya aid edilə bilər. Musa Kalankatlının 'Alban tarixində V əsrə aid hadisə ilə əlaqədar olaraq Albaniyada Saz-Baday (saz qamışlıq deməkdir) kənd adı çəkilmişdir. (Alban tarixi, I kitab, 33-cü fəsil).