Bahadur Tağıyev

Bahadur Hüseyn oğlu Tağıyev (13 mart 1934, Türkoba, Masallı rayonu7 yanvar 2020[1], Bakı) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü (2014), Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri.

Bahadur Tağıyev
Doğum tarixi 13 mart 1934(1934-03-13)
Doğum yeri
Vəfat tarixi 7 yanvar 2020(2020-01-07)[1] (85 yaşında)
Vəfat yeri
Elm sahəsi fizika
Elmi dərəcəsi
Elmi adı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2018 Azərbaycan SSR Dövlət mükafatı — 1988
"Şöhrət" ordeni — 2005 "Şərəf nişanı" ordeni — 1986 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1970 "Əmək veteranı" medalı

Bahadur Tağıyev 13 mart 1934-cü ildə Masallı rayonunun Türkoba kəndində anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fizika ixtisası üzrə bitirmişdir. O, 1965-ci ildə fizika üzrə fəlsəfə doktoru, 1978-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1984-cü ildə isə professor elmi adını almış, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir. Rusiya Elmlər Akademiyasının lümenessensiya şurasının üzvü olmuşdur.[2]

Bahadur Tağıyev əmək fəaliyyətinə 1959-cu ildə başlayamışdır. O, AEA Fizika İnstitutunda aspirant, elmi işçi, laboratoriya müdiri işləmişdir. Sonralar isə bu institutun baş elmi işçisi olmuşdur. B.Tağıyev 1996–2009-cu illərdə Milli Aviasiya Akademiyasında əvəzçi professor olmuş, 2009-cu ildən isə burada Fizika kafedrasının müdiri və Elmi-tədqiqat Nəqliyyat və Aviakosmik Problemlər İnstitutunun (ETNAPİ) direktoru vəzifəsində işləmişdir.[2]

Bahadur Tağıyev 7 yanvar 2020-ci ildə vəfat etmişdir.[3] İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.[4]

Elmi nəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Alimin fəaliyyəti nəticəsində müxtəlif kristal quruluşu olan (zəncirvari, laylı, kubik və s.) elementar (selen) və mürəkkəb yarımkeçiricilərdə (GaSe, Ga2 Se3, EuGa2Se4, CaGa2 S4 və s.) 77300K temperatur intervalında, qüvvətli elektrik sahəsində (10–105 V/sm) elektrikkeçirmə mexanizminin yüksək daşıyıcıların injeksiyası və termoelektron ionlaşma ilə əlaqədar olması müəyyənləşdirilmişdir. Yüksək müqavimətli və enli zolaqlı yarımkeçiricilərdə injeksiya olunmuş yükdaşıyıcıların dərin tələlər tərəfindən tutulmaları ilə bağlı olan elektret və fotoelektret effekti aşkar edilmiş, bu effektlər əsasında müxtəlif çeviricilər hazırlanmış (mikrofon, seysmoqəbuledici və s.). Nadir torpaq elementləri ilə aktivləşdirilmiş CaGa2S4 tipli birləşmələr əsasında mexanizmi atomdaxili elektron keçidləri ilə bağlı olan sarı, mavi, yaşıl və qırmızı rəngli effektiv şüalanma alınmış, Bakı "Azərelektrik işıq" istehsalat birliyində həmin rənglərdə lümenessent lampaları istehsal olunmuşdur. Yapon alimləri ilə birlikdə dünyada ilk dəfə CaGa2S4:Eu2+ monokristallarında lazer alınmışdır.[5]

Bahadur Hüseynov 1999–2001-ci illərdə Beynəlxalq İsveç Kral Akademiyasının qrantı, 2001–2003-cü illərdə Fransa-Azərbaycan qrantı, 2001–2003-cü illərdə NATO-CLG (Fransa-Rusiya-Azərbaycan), 2002–2004-cü illərdə NATO-CLG (Almaniya-Türkiyə-Azərbaycan-Gürcüstan), 2002–2003-cü illərdə NATO, 2003–2005-ci illərdə İNTAS və respublika (EİF) qrant layihələrinin qalibi olmuşdur.[2]

Alim 300 məqalə, eləcə də 40-a yaxın müəllif şəhadətnaməsi və patentin müəllifidir. O, 28 fəlsəfə və 8 elmlər doktoru yetişdirmişdir.

  1. 1 2 https://news.day.az/politics/1191938.html // (unspecified title).
  2. 1 2 3 "Tağıyev Bahadur Hüseyn oğlu". nkpi.az (az.). AMEA Neft-Kimya Prosesləri İnstitutu. 26 mart 2016. 2021-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2020.
  3. "Президент Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева подписали некролог в связи с кончиной Бахадура Тагиева". 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-11.
  4. Lider TV. "Bahadır Tağıyev vəfat etdi" (az.). Youtube.com. 12.01.2020. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-13.
  5. "Tağıyev Bahadur Hüseyn oğlu". science.az. 3 aprel 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2020.
  6. "Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 14 dekabr 2005. 2020-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2020.
  7. "Prezident İlham Əliyevin Sərəncamı ilə akademik Bahadır Tağıyev "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb". science.gov.az (az.). Azərbaycan Milli Elmlər Akademiyası. 1 iyun 2018. 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2020.
  8. "Azərbaycan Respublikasının mülki aviasiya işçilərinə fəxri adlar verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 31 may 2018. 22 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2020.