Türkoba — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1]
Türkoba | |
---|---|
38°52′46″ şm. e. 48°42′13″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Masallı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi 2662 nəfərdir.[2]
Oykonim türk etnonimi və oba "yaşayış yeri" komponentlərinin birləşməsindəndir.[3]
Türkoba kəndi 1284-cü ildə Elxanlılar sülaləsi tərəfindən Mərkəzi Asiyadan Azərbaycana, o cümlədən Azərbaycan ərazisinə köçəri Türk tayfalarının köçürülməsi nəticəsində salınıb. Bununla bağlı əsas mənbələrdən biri Elxanlıların (Hülakülər) vəziri Fəzlullah Rəşidəddinin "Cami ət-Təvarix" əsəridir və orada bu əraziyə köçürülmüş müxtəlif tayfaların və yerlərin adları, o cümlədən Türkoba adı qeyd edilir. Azərbaycan ərazisində bir sıra obalar salan köçəri boylardan birinin Türkobanı məskunlaşdırdığı bildirilir. Bu barədə bir sıra müasir araşdırmalarda, o cümlədən bölgənin tarixini və toponimlərini araşdıran kitablarda da qeyd edilir. Məsələn, Mirhaşım Talışlının "Lənkəran" adlı kitablnda və digər əsərlərdə bu barədə ətraflı məlumat verilir. Qeyd edilən tarixdə Azərbaycan ərazisində məskən salan və din baxımından tenqriçi olan həmin köçəri Türk tayfaları İslam dinini yerli əhali vasitəsilə qəbul etdikdən sonra oturaq həyata keçmişdir.
2.Fəzlullah Rəşidəddin, "Cami-ət-təvarix" əsəri
3.Mirhaşım Talışlı, "Lənkəran" kitabı