Balıkəsir Milliyyətçi Qüvvələr Muzeyi — Türkiyənin Balıkəsir şəhərində Türk Milli Hərəkatı zamanı yaranmış Millətçi Qüvvələrə (türk. Kuvâ-yi Milliye) həsr olunmuş muzey. Muzey 1996-cı ildə açılıb.
Balıkəsir Milliyyətçi Qüvvələr Muzeyi | |
---|---|
Əsası qoyulub | 1996 |
Ölkə | |
Yerləşir | Balıkəsir |
39°38′46″ şm. e. 27°52′44″ ş. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey iki mərtəbəli Osmanlı dəbində tikilən binada yerləşir. Hər mərtəbəsi 120 m²-dir. Binanın 1-ci mərtəbəsində muzeyin qurulmasında iştirak etmiş şəxslərin aldıqları yazılı qərarlar, qurultay qərarları, bu şəxslərin şəxsi əşyaları, Atatürkün Balıkəsirə gəlişi ilə bağlı çəkdiyi fotoşəkillər, 2-ci mərtəbədə Balıkəsir və onun ətrafında aşkar edilmiş arxeoloji və etnoqrafik əsərlər toplusu sərgilənir.[1]
Muzeyin yerində olan əvvəlki bina 1840-cı ildə Karasi Sancağının[2] xəzinədarı Giridizadə Mehmet Paşa üçün tikilmiş malikanə idi. 1900-cü ildə malikanə yanandan sonra xəzinədarın nəvəsi Xəlil paşa yeni malikanə tikdirir. Türkiyə İstiqlaliyyət müharibəsi zamanı bina yerli millətçi qüvvələrin görüş yeri kimi xidmət edirdi.
İzmirin işğalının ertəsi günü Balıkəsirlilərin bu binaya toplaşaraq Qərbi Anadoluda silahlı mübarizə aparmaq qərarına gəldiyi üçün böyük tarixi əhəmiyyətə malik olan bu bina İkinci Dünya müharibəsi illərində uzun müddət korpusun qərargahı kimi istifadə olunurdu.
1988-ci illərdə bələdiyyə xidməti binası kimi istifadə olunduqdan sonra bina bərpa edilərək muzeyə çevrilmişdir.[3]
Muzey 1996-cı il sentyabrın 6-da bərpa və artefakt toplama işləri başa çatdıqdan sonra istifadəyə verildi.