Balakişi Qasımov (azərb. Balakişi (Balaş) Ələkbər oğlu Qasımov; d. 20 oktyabr 1978, Bakı) — İctimai Televiziyanın baş direktoru (2018-ci ildən), "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə zaman?" oyununun aparıcısı və baş prodüseri, GameTV.az prodüser mərkəzinin rəhbəri.[1]
Balakişi Qasımov | |
---|---|
Balakişi Ələkbər oğlu Qasımov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | Prodüser, "Nə? Harada? Nə zaman?" oyunçusu |
Mükafatları |
Büllur bayquş, Brilyant bayquş, "Klubun ən yaxşı kapitanı" poqonu |
Bakı şəhər 1 saylı orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirmişdir.
2004-cü ildən klub oyunlarının iştirakçısıdır. 2004-cü ildə "Nə? Harada? Nə zaman?" oyununun idman variantı üzrə dünya çempionu olmuşdur. Tezliklə onun komandası bu növdə mütləq dünya çempionu olmuşdur. "Nə? Harada? Nə zaman?" üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə Azərbaycan çempionu, 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan Çempionu olmuşdur. Anar Əzimovun komandasında 1998[2], 2003[3] və 2010-cu illərdə Cənubi Qafqaz çempionu olmuşdur[4].
Beynəlxalq "Nə? Harada? Nə zaman?" klubları assosasiyası təfərinfən 2010-cu ildə ilin adamı seçilmişdir.[5].
2010-cu ilin yekunlarına əsasən "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülmüşdür.
29 aprel 2019-cu ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[6]