Car — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Car | |
---|---|
41°40′19″ şm. e. 46°41′14″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zaqatala rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 754 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 3244 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6214[1] |
Car kənd Zaqatala şəhərinin şimalında, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. Kəndin ərazisindən 2 dağ çayı (Bəkməz çayı və Zilban çayı) axır.
Car kəndi 5 obadan (Kiqooba, Laçıntaxta, Laçındərə, Cinitaxta, Kusataxta) ibarətdir. Kənddə bir orta və bir əsas məktəb, həkim məntəqəsi, 35 yerlik uşaq baxçası, məscid binası, 3 hücrə, Axaxdərə kəndində 1 ibtidai məktəb vardır.
Tarixi abidələr: 1 məscid (XVII əsr), 3 hücrə, 2 qədim qəbiristanlıq. Ərazidə "Gülüstan" turist bazası yerləşir. Hazırda turist bazasında məcburi köçkünlər yerləşdirilib.
Kənddə XVI əsrə aid və müdafiə məqsədləri üçün tikilmiş, hündürlüyü 10–12 metr olan Cingizqala vardır.
Car ərazi nümayəndəliyi rayon mərkəzindən 1 km şimalda, Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşir. Şərq tərəfdən Tala çayı, şimaldan Qafqaz dağları, qərb tərəfdən Kebeloba kəndi, cənubdan isə Zaqatala şəhəri ilə həmsərhəddir. Nümayəndəlik özündə üç kəndi (Car, Zilban, Axaxdərə) birləşdirir.
Nümayəndəliyin ərazisi 1314 hektardır.
Əhalisi 3245 (Car — 2405, Zilban — 551, Axaxdərə — 289) nəfər, əsasən avarlardır. Dini mənsubiyyəti müsəlman.
Nümayəndəlik, RİHB-nin ərazi İcra nümayəndəsi və Car Bələdiyyəsi tərəfindən idarə olunur.
Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Zaqatala rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |