Nikolay Dubrovin (tam adı: Nikolay Fyodoroviç Dubrovin, türk. Николай Фёдорович Дубровин; 26 noyabr (8 dekabr) 1837 və ya 2 (14) dekabr 1837, Korıtovo[d], Velikolukski qəzası[d], Pskov quberniyası[d], Rusiya imperiyası – 12 (25) iyun 1904, Sankt-Peterburq[1]) — Rusiya tarixçisi, akademiki, general-leytenantı.
Nikolay Dubrovin | |
---|---|
Николай Фёдорович Дубровин | |
Doğum tarixi | |
Doğum yeri | Korıtovo kəndi[rus.], Velikolukski qəzası[rus.], Pskov quberniyası[rus.], Rusiya imperiyası |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Sankt-Peterburq, Rusiya imperiyası |
Vətəndaşlığı | Rusiya imperiyası |
Atası | Fyodor |
Elm sahəsi | tarix |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Polşa kadet korpusunda[rus.] (1853) və Konistantinov artilleriya məktəbində[rus.] (1856) təhsil almışdır. Mixaylov artilleriya akademiyasını[rus.] bitirdikdən sonra Leyb-qvardiyada[rus.] – I artilleriya briqadasında, daha sonra qvardiya korpusunun artilleriya qərargahında və Peterburq dairə artilleriya idarəsində xidmət etmişdir. 1869-cu ildə hərbi-tarixi mövzular üzərində işləməsi üçün Baş qərargaha?! ezam olunur. 1878-ci ildə general-mayor rütbəsi alır, 1882-ci ildə Baş qərargah yanında hərbi təhsil komitəsinə üzv təyin edilir. 1888-ci ildə rütbəsi artırılır – general-leytenant olur[2].
1886-cl ildən — Peterburq Elmlər Akademiyasının üzvü, 1893-cü ildən — Peterburq Elmlər Akademiyasının mövcud bütün tarixlər üzrə baş elmi katibi[rus.] idi.
Nikolay Dubrovin hərbi-ədəbi fəaliyyətə 1859-cu ildən – “Artilleriya Jurnalı”nda[rus.] dərj olunmuş məqalələri ilə və "Rassvet" jurnalında dərv olunmuş “Dünya üçün ağıl” (rus. Ум для света) adlı povesti ilə başlamışdır. Daha sonra o, başlıca olaraq, rus hərb tarixini tədqiq etməyə çalışmış, Napolyonun Rusiyaya hücumunu (1812)[rus.] (rus. Отечественная война 1812 года), Qafqaz müharibəsini və Krım müharibəsini ilk olaraq arxiv materialları əsasında işıqlandırmışdır.
Tanınmış hərb tarixçisi Lübomir Beskrovnıya[rus.] görə,
N. K. Dubrovin XIX əsrin ikinci yarısının hərb tarixçiləri arasında xüsusi yer tutur. O, həmin dövrün hərb tarixi elmində məxsusi dəsti-xəttə malik olmaqla başqalarından fərqlənirdi. N. K. Dubrovinin maraq dairəsi geniş idi. O, hərb tarixi məsələləri ilə yanaşı, həm də Rusiyanın diplomatik və daxili siyasət tarixi ilə məşğul olmuşdu[3].