Balaxanı qum hamamı — Balaxanı qəsəbəsi ərazisində yerləşən XIV əsrə aid tarix-memarlıq abidəsi.
Balaxanı qum hamamı | |
---|---|
| |
40°27′50″ şm. e. 49°55′05″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Balaxanı |
Aidiyyatı | Şirvanşahlar dövləti |
Tikilmə tarixi | XIV-XV əsrlər |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
İstinad nöm. | 128 |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumilikdə hamam binası bir-biri ilə əlaqəli üç hissədən ibarətdir. Birinci hissə əsas girişdir. Burdan dəhliz soyunma, paltar saxlama və hamam geyimi geyinmə otaqlarına aparır. İkinci hissə isti və soyuq su hovuzları ilə təchiz olunmuş böyük çimmə zalıdır. Bu zala yanlardan müxtəlif fərdi proseslər üçün nəzərdə tutulmuş kiçik otaqlar da birləşir.
Balaxanı qum hamamı tədqiqatçılar tərəfindən XIV əsrə aid edilir.[1] Sonradan bu tip hamamlar Abşeron ərazisində geniş yayılmış, XVII, XVIII və XIX əsrlərdə Abşeron yarımadasının müxtəlif hissələrində Balaxanı qum hamamının memarlığını xatırladan hamam binaları tikilmişdir.
Ümumilikdə hamam binası bir-biri ilə əlaqəli üç hissədən ibarətdir. Birinci hissə əsas girişdir. Burdan dəhliz soyunma, paltar saxlama və hamam geyimi geyinmə otaqlarına aparır.[1]
İkinci hissə isti və soyuq su hovuzları ilə təchiz olunmuş böyük çimmə zalıdır. Bu zala yanlardan müxtəlif fərdi proseslər üçün nəzərdə tutulmuş kiçik otaqlar da birləşir.[1] Birinci və ikinci hissənin planının əsasını qeyri-bərabər tərəflərə malik səkkizguşəli iri zallar təşkil edir. Səkkizguşəli zalın böyük tərəflərinə birləşən otaqlar, mərkəzi zalla bir növ vəhdət təşkil edir. Səkkizguşəlinin kiçik tərəflərindən açılan qapılar hamam binasının müxtəlif otaqlarına aparır. Çimmə zalının mərkəzində hovuzlar yerləşir. Tikilinin bu hissəsi fənərli günbəzlə örtülmüşdür.[1]
Künclərdəki otaqlar kvadrat və düzbucaqlı formalara malik olmaqla, hamamın ümumi döşəmə səviyyəsindən 60-70 sm yuxarıda yerləşən daş döşəməyə malikdirlər. Künc otaqların üstü çatma tağla örtülmüşdür. Bu otaqların divarlarında çimən şəxsin əşyalarını saxlaması üçün nəzərdə tutulmuş kiçik nişlər də vardır.[1]