Şakir ağa türbəsi

Şakir ağa türbəsi — Bakının Balaxanı qəsəbəsində yerləşən XV əsr memarlıq abidəsi. Abidənin kitabəsində onun 1427-1428-ci illərdə Miriraxur Şakir ağa ibn-mərhum Mürtəzanın sifarişi ilə inşa edildiyi qeyd edilmişdir.

Şakir ağa türbəsi
Şakir ağa türbəsi
Xəritə
40°27′49″ şm. e. 49°55′12″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Balaxanı
Aidiyyatı AMEA
Sifarişçi Miriraxur Şakir ağa ibn-mərhum Mürtəza
Tikilmə tarixi 1427-1428
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
TipiMədəni
İstinad nöm.126
KateqoriyaTürbə
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Türbənin planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abidə planda xaçvaridir. Türbəyə giriş şimal tərəfdən portaldandır. Portalın iç məkanında, hər iki tərəfində oxvari arkaya ilə tamamlanan səkkizgüşəli prizma şəkilli taxçalar yerləşdirilib. Türbənin içində də müxtəlif ölçülü düzbucaqlı 8 ədəd taxça mövcuddur.

Şakir ağa türbəsi və Hacı Şəhla məscidi 1940-cı illərin əvvəllərində

Balaxanı qəbiristanlığında yerləşən Şakir ağa türbəsi 1427-1428-ci illərdə tikilib[1] və 1385-86-ci ildə tikilən Hacı Şəhla məscidindən altı metr məsafədə yerləşir. Abidə haqqında bilgilər məhduddur.

İmarətin tağlı giriş qapısının üstündə ərəbcə iki sətirlik kitabə var ki, mətni belə oxunur:

" Bu imarətin tikilməsinə millət və din böyüklərinin hamısı Miriraxur Şakir ağa ibn-mərhum Mürtəza əmr etmişdir. Səkkiz yüz otuz birinci il (831-1427/28)”.[2] "

Başqa bir mənbədə deyilir ki, İbrahim Şirvanşahın vəziri 1427-ci ildə oğlunun şərəfinə ucaltdığı Şakir ağa türbəsi xalq arasında İmarət adlandırılır.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Abidə planda xaçvaridir. Abşeronun daxili quruluşu xaç şəklində olan bir neçə abidə var. Lakin, Azərbaycanda Şakir ağa türbəsi kimi həm daxili, həm də xarici quruluşu xaç şəklində olan ikinci bir abidə yoxdur.[3]

Türbəyə giriş şimal tərəfdən portaldandır. Portalın iç məkanında, hər iki tərəfində oxvari arkaya ilə tamamlanan səkkizgüşəli prizma şəkilli taxçalar yerləşdirilib. Türbənin içində də müxtəlif ölçülü düzbucaqlı 8 ədəd taxça mövcuddur.[3]

Giriş alçaq oxvari tağ ilə tamamlanan qapıdandir. Qapıüstü tağ bütöv bir daşdan yonulub. Daşın üz səthi bitki ornamentilə bəzədilib. Giriş tağ daşının üstündə iki sətirli epiqrafik yazılı daha bir daş yerləşdirilib. Giriş və üstündəki yazı daşı profilli iri daş bloklarla çərçivəyə alınıb.[3]

1918-ci il mart soyqırımı

[redaktə | mənbəni redaktə et]

1918-ci ilin martında bir sıra Bakı kəndlərinin sakinləri, həmçinin Balaxanının əsasən iri sənayeçiləri, neft mədənləri sahibkarları, ziyalı insanları erməni silahlı dəstələrinin vəhşiliklərinin qurbanı olub. Onlardan bir hissəsi də məhz "Şakir ağa türbəsi"nin divarının qarşısına düzülərək güllələnib. Həmin güllə izləri bugünədək türbənin divarlarında olduğu kimi qalıb.[4]

  1. "Balaxanı qəsəbəsi" (az.). sabunchu-ih.gov.az. 24.01.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.05.2022.
  2. Elşən Məmmədəliyev. "Nobeli və Rokfelleri varlandıran Balaxanı" (az.). musavat.com. 18.09.2019. 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.05.2022.
  3. 1 2 3 Щеблыкин, 1943. səh. 33
  4. APA TV. "Balaxanı. Qan yaddaşı - sənədli film" (az.). YouTube. March 31, 2021. May 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 5, 2022.
  • Щеблыкин, И.П. Памятники Азербайджанского зодчества эпохи Низами. Баку: Изд-во АзФАН. 1943.