Şah Səfi karvansarası

Şah Səfi karvansarasıBalaxanı qəsəbəsində yerləşən XVII əsrə aid tarix-memarlıq abidəsi. Şah Səfi karvansarası 1635–1636-cı ildə usta Bürhan və sərkər Behbud tərəfindən inşa edilmişdir. Karvansarayın inşasını I Şah Səfi sifariş etmişdir.

Şah Səfi karvansarası
Şah Səfi karvansarası
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Balaxanı
Aidiyyatı AMEA
Memar usta Bürhan və sərkər Behbud
Sifarişçi I Şah Səfi
Tikilmə tarixi 1635-1636
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti Qənaətbəxş
TipiMədəni
İstinad nöm.3220
Kateqoriyakarvansara
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şah Səfi karvansarası planda, tərəfləri 1:3 nisbətinə malik uzadılmış düzbucaqlı formasına malikdir. Karvansarayın giriş qapısı şimal-şərq istiqamətinə yönəlmişdir.

Şah Səfi karvansarası 1635–1636-cı ildə usta Bürhan və sərkər Behbud tərəfindən inşa edilmişdir. Karvansarayın inşasını Səfəvi hökmdarı I Şah Səfi sifariş etmişdir. Yerli əhalinin "Xacə Ruhulla imarəti" də adlandırdığı abidə qəsəbənin mərkəzində yerləşir. Sovet işğalından sonra uzun illər bu karvansaradan anbar kimi istifadə edilib.[1] Müstəqilliyin ilk illərində isə restoran kimi istifadə olunub.[1] Sonradan qəsəbə sakinlərinin səyi nəticəsində karvansaranın içi təmizlənərək ətrafında abadlıq işləri aparılıb.[2]

Abidənin çatma tağlı taxta qapısı üzərində vaxtilə kitabə olmuşdur. Hal-hazırda bu kitabə yerində olmasa da onun foto-neqativi AMEA-nın Tarix İnstitunun elmi arxivində "Şah Səfi karvansarası" adı altında 68–14 saylı inventar kimi saxlanılır.[2]

1968–1969-cu illərdə abidədə restavrasiya işləri aparılmışdır. Abidənin kitabəsində yazılmışdır:

" Bu binanı inşa etməyi əmr etdi. Əzəmətli sultanım, şöhrətli şahanşahımızın hakimiyyəti günlərində:
Şah Səfiəddin əl-Hüseyn əl-Bahadır xan tanınmış Haca Ruhullanın dayağı:
Mövlanə Hikmət Allah Badu-Kubeyi, Rəcəb ayı - min qırx beşinçi Hicri ilində, ustad - Burhan, Sərkar Behdud düzəldib.
[2]
"

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Şah Səfi karvansarası planda, tərəfləri 1:3 nisbətinə malik uzadılmış düzbucaqlı formasına malikdir. Karvansarayın giriş qapısı şimal-şərq istiqamətinə yönəlmişdir. Tikilinin uzadılmış həcmi daxildən bel çıxıntıları vasitəsiylə üç hissəyə bölünmüşdür. Tikilinin bir divarından çıxan bel, qarşı tərəfdəki divara keçərək onu üç hissəyə bölür və dəhlizvari formanın yaranmasının qarşısını alır. Eyni zamanda həmin bellər oxvari tağ kimi də fəaliyyət göstərərək binanın həm divarlarını, həm də tavanını möhkəmləndirir. Binanın künclərində (əsas fasad istisna olmaqla) və yan fasadların ortalarında qüllələr yerləşir. Bütün qüllələr eyni diametrə malik olmaqla yuxarı qalxdıqca daralır.[3]

Karvansarayın əsas fasadındakı oxvari tağın içində yerləşdirilmiş giriş qapısınnın üstündə kitabə yerləşdirilmişdir. Kitabədə binanın inşa tarixi qeyd edilmişdir.[3]

  1. 1 2 Elşən Məmmədəliyev. "Nobeli və Rokfelleri varlandıran Balaxanı" (az.). musavat.com. 18.09.2019. 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.05.2022.
  2. 1 2 3 "Balaxanı qəsəbəsi" (az.). sabunchu-ih.gov.az. 24.01.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.05.2022.
  3. 1 2 Salamzadə, Əbdülvahab. Архитектура Азербайджана XVI-XIX вв (rus). Bakı: Издательство Академии наук Азербайджанской ССР. 1964. 71. 2023-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-31.
  • Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.