Balkan dilləri— Balkan dilləri beş ayrı qrupa ayrılmaqdadır. 1. Slavyan dillərini danışanlar, 2. Latın mənşəli dilləri danışanlar, 3. Rumca danışanlar, 4.Albanca danışanlar, 5.Türkcə danışanlar.
1. Slavyan dillərini danışanlar :Bu dil qrupu da üç əsas hissəyə ayrılır. Ən başda Serbiyada serbcə, Bosniya Herseqovinada boşnaq dilində, Monteneqroda monteneqro dilində və Xorvatiyada xorvat dilində təxminən 20 milyon insan tərəfindən danışılan serb və xorvat aksentləri gəlir. İkinci qrupa makedon dili və bolqar dilində danışanlar və ümumi olaraq 9 milyona yaxınlaşan köhnə Yuqoslaviya və Bolqarıstanda yaşayan slavyanlar təşkil edir. Üçüncü Slavyan qrupuna isə slovenlər və sayları az olan çexlərlə, slovaklar meydana gətirir. Bunların əksəriyyəti balkan yarımadasının şimalında yaşayırlar.
2. Latın mənşəli dilləri danışanlar: Balkanlarda ikinci və ən geniş yayılan dil Latın mənşəli rumun dilidir. Rumun dilində danışanların 19 milyonu Ruminiyada , yarım milyonu Serbiyanın Voyvodina vilayəti ilə Bolqarıstanda Timok çayı sahili boyu yaşayırlar. Son latın mənşəli dilləri danışanlar italyan əsillilər Dalmasiya sahillərində kiçik bir toplum olaraq yaşayırlar.
3 Rumca danışanlar: Bu dil qrupuna rumca danışanlar aiddir. Onlar çoxluq halında Yunanistanda az bir qismi isə Makedoniya, Albaniya və Bolqarıstanda yaşayırlar. Rumca danışanların ümumi sayı 9.5 milyon nəfərə qədərdir.
4. Albanca danışanlar: Bu dil qrupu albanca danışanlardan təşkil olunub. Bu qrup Albaniya və Kosova bölgəsində üstünlük təşkil edir və onların sayı 5 milyona yaxındır.
5. Türkcə danışanlar: Bu dil qrupunu türkcə danışanlar meydana gətirir kiç onların sayları 15 milyona yaxınlaşmaqdadır. Bu sayın 10.5 milyonu Türkiyənin Avropa hissəsindəki ərazisində(Trakya) 2 milyona qədəri Bolqarıstanda qalanı isə Yunanistan (Qərbi Trakya) Makedoniya (Skopye) və Ruminiyada (Dobruca) yaşamaqdadırlar[1].
Ölkə adı | Əhali | Dil quruluşu |
---|---|---|
Albaniya | 3.029.278 | Albanca 98,8 %(rəsmi), rumca 0,5 %, digər 0,6% (2011). |
Bolqarıstan | 7.186.893 | Bolqarca (rəsmi) 76,8%, türkcə 8,2%, roma dili 3,8% , digər 0,7%, dəqiqləşdirilməmiş 10,5% (2011). |
Bosniya və Herseqovina | 3.867.055 | Boşnaq (rəsmi), xorvat (rəsmi), serb (rəsmi). |
Xorvatiya | 4.464.844 | Xorvat(rəsmi) 95,6%, serb 1,2 %, digər 3%, dəqiqləşdirilməmiş 0,2% (2011). |
Yunanıstan | 10.775643 | Yunanca (rəsmi) 99%, digər 1%. |
Kosova | 1.870.981 | Albanca(rəsmi) 94,5%, boşnaq 1,7%, serbcə(rəsmi) 1,6%, türkcə 1,1%, digər 0,9%, dəqiqləşdirilməmiş 0,1%. |
Makedoniya | 2.096.015 | makedon(rəsmi) 66,5%, alban(rəsmi) 25,1 %, türkcə 3,5%, roma dili 1,9 %, serb 1,2 %, digər 1,8% (2002). |
Monteneqro | 647.073 | serbcə 42,9%, monteneqro dili (rəsmi)37%, boşnaq 5,3%, alban 50,3 %, serb-xorvat 2%, digər 3,5% |
Rumıniya | 21.666350 | Rumun(rəsmi) 85,4 %, macar 6,3%, çingənə 1,2%, digər 1%, dəqiqləşdirilməmiş 6,1% (2011). |
Serbiya | 7.176.794 | Serb (rəsmi) 88,1%, macar 3,4%, boşnaq 1,9%, rumun 1,4%, digər 3,4%, dəqiqləşdirilməmiş 1,8%. |
Sloveniya | 1.983.412 | Sloven (rəsmi) 91,1%, serb-xorvat 4,5%, digər və dəqiqləşdirilməmiş 4,4 % (2002). |
Türkiyə | 10.434.511 | Türkcə (rəsmi), digər etnik azlıqların dili . |
Bu məqalə qaralama halındadır. |