Balkar xalqının repressiya qurbanlarına həsr olunmuş abidə — 1944-1957-ci illər arası sürgün edilmiş balkar xalqına həsr olunmuş abidə.[1] Memorial abidənin açılışı 8 mart 2002-ci ildə Kabardino-Balkariya respublikasının Nalçik şəhərində Kanukoyeva küçəsində baş tutub.[2] Abidənin ətrafında hər il matəm mitinqləri keçirilir.[3][4][5]
Balkar xalqının repressiya qurbanlarına həsr olunmuş abidə | |
---|---|
43°28′22″ şm. e. 43°32′49″ ş. u.HGYO | |
Ölkə | Kabardino-Balkariya |
Şəhər | Nalçik |
Yerləşir | Nalçik |
Layihə müəllifi | Malik Quziyev |
Memar | Malik Quziyev |
Tikilmə tarixi | 1989-2002-ci illər |
Material | qranit, daş[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Abidənin qoyulması ilə bağlı qərar 8 mart 1989-cu ildə balkar xalqının deportasiyasının 45-ci ildönümü münasibətilə qəbul olunub. Məhz bu tarixdə "Balkar xalqının soyqırım qurbanlarına" yazılmış simvolik daş gələcəkdə abidənin tikiləcəyi özülə qoyulmuşdur.[6]
Abidənin mmemarlıq xüsusiyyətləri orta asiya məqbərə tərzindədir. Abidənin divarında balkar xalqının sürgün edildiyi tarix - 8 mart 1944-cü il - 28 mart 1957-ci il qeyd olunub. Memorialın ekspozisiyasına yüzlərlə toplanmış sənədlər, şəxsi əşyalar daxildir. Ekspozisiya 2 mərtəbədə yerləşir eləcə də burada, müvəqqəti ekspozisiyalar üçün sərgi zalı, akt zalı, arxiv və işçi bölmələri mövcuddur.[7]