Qaraçay-balkar musiqisi

Qaraçay-balkar musiqisi — qaraçay və balkarların xalq musiqisi. Bu musiqi həm də epik rəvayətləri, dastanları, mahnıları (Qaraç-balk:cırla) və musiqi melodiyalarını (Qaraç-balk:tartıula) özündə cəmləyir.

Qaraçay-balkar musiqisi
Balkarlar sıbızqı alətində musiqi ifa edirlər. Nalçik 1936-cı il
Tipik alət Qıl qopuz, Qopuz, Baraban, Qarmon, Svirel, Sıbızqı, Zurna, Hars,

Araşdırılmasının tarixi[redaktə | mənbəni redaktə et]

Qaraçay və balkarların musiqi mədəniyyətinin araşdırılmasına XIX əsrin ikinci yarısından başlanılıb. Tədqiqatçılar arasına rus mədəniyyətinin nümayəndələri (S.Taneyeva, M.Balakireva, V. Miller, M.Kovalevskiy, N.İvanenkova, N.Tulçinskaya)[1] ilə yanaşı bir sıra avropalı tədqiqatçılar (E.Levye,[2] H.Mertsbaxer,[3] V.Prelye, K.Xan) da var.

Qaraçay-balkar milli folklorunun populyarlaşmasında əsas rolu knyaz İsmayıl Urusbiyev və onun oğulları oynadılar. İsmayıl Urusbiyevin ifasında olan ifalar bəstəkar Milli Balakirev tərəfindən nota köçürülmüş melodiyalar sonradan fortepiano fantaziyası olan "İslamey"in əsasını təşkil etdi.[4][5]

Musiqi alətləri[redaktə | mənbəni redaktə et]

Milli musiqi alətləri[redaktə | mənbəni redaktə et]

  • Qıl qopuz və ya jaya - bu alətdə at telləri sim əvəzinə istifadə edilir. 2 simli olan bu alət ansamblda ifa edilməsi üçün uyğundur. Alətin korpusu tam bir ağacdan olur.Pərdələri isə ev heyvanlarının dərisindən və ya yumşaq ağac növlərindən çəkilir. Qıl qopuzun ifasının müşayiəti ilə nart əfsanələri, tarixi-qəhrəmanlıq mahnıları, oyun havaları və kişi mahnıları ifa edilir. Bu alətin qadının ifa etməsi cəmiyyətdə tabu sayılır. Bəzi ayinlərdə və rituallarda da istifadə edilib. Keçmişdə Qaraçay Balkariyada daha çox istifadə edilib. Bunu keçmişə aid bəzi yazılı mənbələr də təsdiqləyir. Qıl qopuz etno-folklor ansamblı "Gollu" tərəfindən yenidən düzəldilib.
  • Sıbızqı - nəfəsli musiqi aləti - açıq daha uzun fleyta. Eləcə də keçmişdə Qaraçay Balkariyada daha çox yayılmış musiqi aləti. 3 oyuqlu boru şəklindədir. Bəstəkar S.Taneyevin qeydlərinə əsasən o 6 oyuqlu sıbızqıya da rast gəlib. Bu alət əsasən çətirli bitkilərin gövdələrindən, qamışdan, yumşaq əsaslı ağac budaqlarından düzəldilir. XIX əsrdə və XX əsrin əvvəllərində sıbızqını silahın lüləyindən, XX əsrin yarısından etibarən isə dəmir borulardan düzəldirdilər. Alət insanların məişətində xüsusən də çobanların məişətində geniş yayılmışdı. Sıbızqı ifasının müşayiəti ilə nart əfsanələri, tarixi-qəhrəmanlıq mahnıları, oyun havaları və kişi mahnıları ifa edilir. Bəzi ayinlərdə və rituallarda da istifadə edilib.
  • Zurnay / zırnay / sırıyna - qoşa qamışlı nəfəsli musiqi aləti. Zurna daha çox Yaxın və Orta şərqdə, Qafqazda, Hindistanda, Kiçik Asiyada, Balkanlara və Orta Asiyada yayılıb.
  • Xars - uzunsov taxta lövhədən ibarət küylü musiqi aləti. Alətin əsas hissəsinə bir neçə eyni ölçülü balaca lövhələr bağlanır. Qalın ağaclardan düzəldilir. Alətin ilkin bənzər nümunəsi indi də istifadə edilir. İndiki dövrdə olan alət özlüyündə toqquşan iki düzbucaqlı taxtanı təşkil edir. Hars çox zaman mahnıları və rəqsləri müşayiət edir. Keçmişdə ritualların və ayinlərin keçirilməsi üçün istifadə olunub.

İtirilmiş musiqi alətləri

  • Qaqqan qopuz - ritm vuran qopuz. 3 simli lavta tipli musiqi aləti Bu alət rus etnoqraf qafqazşünas Q.Çursin tərəfindən qeydə alınıb.
  • Qınqır qopuz - əyri qopuz - künc arfası - 12 simli musiqi aləti. Alətin simləri at telindən hazırlanırdı. S. Taneyev tərəfindən qeydə alınıb.
  • Qıbıt qopuz -
  • Dauurbas - zərb aləti.

Musiqiçiləri və dastançıları[redaktə | mənbəni redaktə et]

  • Sultanbek Abayev - ilk professional balkar musiqiçi, skripkaçı.
  • Mazan Atabiyev (1902-1976) - fleytaçı musiqiçi, bir sıra musiqilərin və rəqs melodiyalarının müəllifi.
  • Kasbot Koçkarov - xalq musiqiçisi, dastançı.
  • Ömər Otarov - musiqiçi, xalq mahnılarının ifaçısı.
  • İsmail Semyonov - xalq şairi, bir çox mahnıların müəllifi.
  • Abuqali Uzdenov - xalq dastançısı, şair, bir çox mahnıların müəllifi.
  • Aznor Ulbaşov - müğənni, xalq mahnılarının ifaçısı.
  • İsmayıl Urusbiyev - bəy ( taubiy), xalq musiqilərinin və melodiyalarının ifaçısı.
  • Batırşa Uyanov (1884-1974) - fleytaçı musiqiçi, bir çox mahnıların və rəqs melodiyalarının müəllifi.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. A.Raxayev. Традиционный фольклор Карачая и Балкарии / Qaraçay Balkariyanın ənənəvi folkloru. Nalçik: "Эль-Фа" nəşriyyatı. 2002. səh. 12. ISBN 5-88195-536-6.
  2. Emile Levier. Retour du Caucase. Notes et Impressions d'Un Botaniste. LVII. Revue Suisse. 1893.
  3. Merzbacher, Gottfried. Aus Den Hochregionen Des Kaukasus. 1901. 669.
  4. . Советская музыка. 1979. 8.
  5. M.Balakirev. Воспоминания и письма. Sankt-Peterburq: Ленинградский государственный институт театра, музыки и кинематографий. 1962. səh. 432-453.