Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bandunq konfransı — 1940-cı ilin sonu və 1950-ci illərin ortalarında Asiya və Afrikada bir sıra yeni müstəqil dövlətlər yarandı. Bu dövlətlərin xarici siyasəti və diplomatik fəaliyyəti beynəlxalq münasibətlərdə özünəməxsus yer tutmağa başladı.
1947-ci ildə Dehlidə 26 ölkənin nümayəndələrindən ibarət keçirilən müşavirə Asiya ölkələrini əməkdaşlığa çağırırdı. Bu ölkələr bloklara qoşulmamaq xətti götürdülər. Həmin məqsədlə 1955-ci il aprelin 18-də Bandunq şəhərində konfrans çağırıldı. Konfrans İndoneziya prezidentinin nitqi ilə öz işinə başladı. O qeyd etdi ki, Asiya və Afrika yalnız birliyi saxlamaqla çiçəklənə bilər. Bu konfransda Türkiyə, Birma, Hindistan, İndoneziya, Pakistan, Seylon, Əfqanıstan, Kamboca, ÇXR, Misir, Mərakeş, Qızıl Sahil, İran, İraq, Yaponiya, İordaniya, Laos, Livan, Liberiya, Liviya, Nepal, Filippin, Səudiyyə Ərəbistanı, Sudan, Suriya, Tailand, VDR(keçmiş Vyetnam Demokratik Respublikası), Yəmən və Cənubi Vyetnam nümayəndə heyətləri iştirak edirdilər.
İlk dəfə olaraq keçmiş müstəmləkəçi dövlətlər öz maraqlarını əks etdirən məsələləri həll etmək üçün toplaşmışdılar. Bu, Bandunq konfransına xüsusi əhəmiyyət verdi. Konfransda dünyada baş verən dəyişiklikləri nəzərə alaraq müstəmləkəçiliyi tamamilə ləğv etmək fikirləri irəli sürüldü.
Konfrans iştirakçıları siyasi, iqtisadi və mədəni məsələlər üzrə komitələr təsis etdilər. Gündəliyə aşağıdakı məsələlər daxil olundu:
Yekdilliklə qəbul olunan son bəyannamədə konfrans Asiya və Afrika ölkələri arasında hərtərəfli əməkdaşlığın inkişafına və bu məqsədlə bir-birinə köməklik göstərməyə çağırdı. Konfransda qəbul olunan "Ümumdünya sülh və əməkdaşlığa yardım etmək haqqında qətnamə" xüsusi əhəmiyyət kəsb edirdi. Bu qətnamə müstəmləkəçiliyə son qoymaq qətiyyətini ifadə etdi və hərbi blokları pislədi.