Banqladeş Televiziyası (benq. বাংলাদেশ টেলিভিশন) və ya qısaca BTV (benq. বিটিভি) — Banqladeş hökumətinin tabeliyində yaradılan, Banqladeşin milli televiziya kanalı. 1964-cü ilin dekabr ayının 25-də yaradılan televiziya kanalının verilişləri Banqladeşin müstəqilliyindən əvvəl Pakistan Televiziyası (PTV) adı altında aparılırdı. Banqladeş istiqlal müharibəsindən sonra kanalın adı Banqladeş Televiziyası olaraq dəyişdirildi.[2]
BTV | |
---|---|
| |
Ölkə | Banqladeş |
Yayım ərazisi |
Banqladeş Orta Şərq |
Dil | Benqal dili |
Baş qərargah | Rampura, Dəkkə |
Yaranma tarixi | 25 dekabr 1964 |
Sahibi | Banqladeş höküməti |
Rəhbərlik | Harun-or-Rəşid (14 yanvar, 2016 — h.h)[1] |
Keçmiş adları | Pakistan Televiziyası (1964-1971) |
Qardaş kanallar | BTV Dünya |
Sayt | btv.gov.bd |
Vikianbarda əlaqəli mediafayllar |
BTV-in Dəkkədə yerləşən ölkə miqyaslı bir televiziya stansiyası mövcuddur. Çittaqonqda regional bir stansiya da mövcuddur. 1990-cı illərin ortalarında, milli televiziya kanalı BBC və CNN xəbər proqramlarının yayımlarına başlamışdır. 2004-cü ildə BTV, peyk əsaslı filialı olan BTV Dünya vasitəsilə dünya səviyyəsində verilişlər aparmaq imkanı olmuşdur.[3]
BTV 1964-cü ilin dekabr ayının 25-də Pakistanın özəl televiziya kanalı olan Pakistan Televiziyası adı altında yaradılmışdır. Kanalın adı 1971-ci ildə, Banqladeşin müstəqilliyindən sonra Banqladeş Televiziyası (BTV) olaraq dəyişdirilmişdir. Televiziya kanalı 1972-ci ilə qədər özəl qalmışdır. Daha sonra BTV-yə, Banqladeşin İnformasiya Nazirliyinin rəhbərliyi altında Hökumət Dairəsi statusu verilmişdir.[4]
BTV, 1980-ci ildə verilişlərini rəngli aparmağa başlamışdır. 2003-ci ilə qədər ölkənin hər tərəfində 14 ötürücü stansiya qurulmuşdur. Beləliklə ölkənin 93%-i BTV-in ötürücü əhatə dairəsində idi.[4]