Özəlləşdirmə

Özəlləşdirmə

Özəlləşdirmə və dövlətsizləşdirmənin əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Dövlət mülkiyyətinin ümumi üstünlüyü ilə müəyyən olunan bazar təsərrüfatının formalaşmasının əsası, sahibkarlığın quruluşunun optimallaşma yolu kimi dövlətsizləşdirmə və özəlləşmənin labüdlüyünü tələb edir. Dövlətsizləşdirmə dövlət mülkiyyətinin dəyişdirilməsi üzrə tədbirlər məcmusudur ki, bu da dövlətin iqtisadiyyatda hədsiz rolunu aradan qaldırmağa yönəldilir. Dövlətsizləşdirmə dövlətdən təsərrüfat idarəçiliyinin əksər vəzifələrinin alınması, müvafiq səlahiyyətlərin müəssisələrə verilməsi, şaquli təsərrüfat əlaqələrinin üfüqilərlə əvəz olunmasını bildirir.

Dövlətsizləşdirmə dövlətin iqtisadi sahədən tam çıxması ilə nəticələnmir. Müasir istehsal dövlətin tənzimləməsi olmadan müvəffəqiyyətli inkişaf edə bilmir ki, bu da yalnız müəyyən hədlər daxilində səmərəlidir. Əgər bu hədlər pozularsa, ictimai istehsalın səmərəliliyi azalar. Hazırda dövlətsizləşdirmə xətti ümumdünya xarakteri daşıyır. Dövlətsizləşdirmə müxtəlif istiqamətlər üzrə həyata keçirilə bilər:

  • mənimsəmə prosesinin dövlətsizləşdirməsi, hər bir işçinin və əmək kollektivinin mənimsəmənin, inhisarsızlaşmanın bərabərhüquqlu iştirakçısı kimi tanınması;
  • müxtəlif təsərrüfatçılıq formalarının yaradılması, müəssisələrin bütün formalarına qanun çərçivəsində təsərrüfat fəaliyyətində eyni dərəcədə sərbəstlik verilməsi;
  • yeni təşkilati quruluşların formalaşması, üfüqi əlaqələrin aparıcı rol oynadığı sahibkarlıq fəaliyyətinin yeni formalarının (konsernlər, şirkətlər, assosiasiyalar) yaradılması.

Dövlətsizləşdirmə inhisarçılığın dəf edilməsinə, rəqabətin və sahibkarlığın inkişaf etdirilməsinə yönəldilir. Bu bazar iqtisadiyyatına keçidin mərkəzi problemidir. Dövlətsizləşdirmə özəlləşdirmə ilə sıx əlaqədədir.

Özəlləşdirmə mülkiyyətin dövlətsizləşdirmə istiqamətlərindən biridir ki, bunun da mahiyyəti onun ayrı-ayrı vətəndaşların və hüquqi şəxslərin xüsusi mülkiyyətinə verilməsidir. Dövlət və bələdiyyə müəssisələrinin özəlləşdirilməsi vətəndaşların və səhmdar cəmiyyətlərinin (şirkətlərin) dövlətdən və yerli hakimiyyət orqanlarından aşağıdakıları mülkiyyətə almasını bildirir:

Özəlləşdirmə və dövlətsizləşdirmə arasındakı fərq ondan ibarətdir ki, özəlləşdirmə mülkiyyət münasibətlərinin kökündən dəyişilməsi prosesini əks etdirir, dövlətsizləşdirmə isə mövcud təsərrüfat sisteminin, dövlət diktatının dağıdılmasına və iqtisadiyyatın dövlətdən asılı olmayaraq fəaliyyət göstərməsinə istiqamətlənmiş dəyişilməsinin bütün kompleksini əhatə edir. Özəlləşdirmənin obyektləri: iri sənaye, xırda və orta sənaye və ticarət müəssisələri, xidmət sahələri müəssisələri, mənzil fondu, mənzil tikintisi, kənd təsərrüfatı müəssisələri və s. ola bilər. Özəlləşdirmədən sonra xüsusi şəxslər, özəlləşdirilmiş müəssisənin işçisi, əmək kollektivi, banklar, holdinqlər, səhmdar cəmiyyətləri (şirkətlər) və s. mülkiyyət subyektləri olur. Bu və ya digər ölkədə özəlləşdirmənin miqyası əvvəlki dövrdə orada xüsusi bölmənin milliləşdirilməsi metodunun nə dərəcədə geniş istifadə olunmasından asılıdır. Milliləşdirmə metodunun nadir hallarda tətbiq olunduğu ölkələrdə (ABŞ, AFR, Yaponiya) özəlləşdirməyə meyl zəif təzahür edir. Milliləşdirmə prosesinin həddindən çox güclü getdiyi ölkələrdə (Böyük Britaniya, Fransa) isə özəlləşdirmə geniş miqyasda həyata keçirilir. Dövlətsizləşdirmə və özəlləşdirmə müxtəlif metodlarla, məsələn, mülkiyyətin pulsuz verilməsi, müəssisələrin güzəştli şərtlərlə alınması, səhmlərin satışı, müəssisənin icarəyə verilməsi, xırda müəssisələrin hərracda müsabiqəylə, yaxud da miisabiqəsiz satışı əsasında həyata keçirilə bilər. Özəlləşdirmədən alınan maliyyə vəsaitləri ilk növbədə bazar infrastrukturunun inkişafına, eləcə də müstəqillik əldə etmiş müəssisələrin xüsusi kapitalla təmin olunmasına yönəldilməlidir. Təcrübə göstərir ki, özəlləşdirmə yalnız müəyyən şərtlər daxilində uğur ola bilər. Bunlara ilk növbədə aşağıdakılar aiddir:

  • əks-milliləşdirmənin həyata keçirilməsinin etibarlı hüquqi əsasının olması;
  • inkişaf etmiş bazar infrastrukturunun (ilk növbədə fond bazarının) yaradılması;
  • dövlət müəssisəsinin yaxşı düşünülmüş satış proseduru;
  • iqtisadiyyatın xüsusiləşdiriləcək sektoruna (yaxud sahələrinə) olan tələbin həcminin əvvəlcədən qiymətləndirilməsi.

Yalnız bu şərtlər daxilində iqtisadiyyatda əks-milliləşdirmənin həyata keçirilməsi səmərəli ola bilər. İnkişaf etmiş bazar iqtisadiyyatlı və keçid iqtisadiyyatlı ölkələrdə özəlləşdirmənin məqsədləri müxtəlifdir. Özəlləşdirmənin lideri olan Böyük Britaniya özəlləşdirmənin aşağıdakı üsullarını təklif etmişdir:

  • səhmlərin satılması və pulsuz paylanması;
  • xidmət göstərməyə podrat işi;
  • dövlət mənzilinin kirayə götürənə satışı;
  • rəqabəti artırmaq məqsədilə dövlət inhisarından imtina.

Dövlət mülkiyyətinin və onun funksiyalarının xüsusi bölməyə tam və ya qismən ötürülməsinin bütün dünya üzrə 22 müxtəlif üsulu mövcuddur.

Azərbaycanda özəlləşdirmənin xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan özəlləşdirməyə gec başlayan respublikalardan biridir. Gecikdirilmiş özəlləşdirmə neqativ hallardan biri olsa da , müsbət cəhəti ondan ibarətdir ki, bu yolu keçmiş ölkələrdən coxlu təcrübə toplayıb.

Azərbaycanda özəlləşdirmənin başlıca məqsədləri aşağıdakılardır:

  • təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsiləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması;
  • xalq təsərrüfatı strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması;
  • iqtisadi prosesə bütöv növ istifadə olunmamış ehtiyatların cəlb edilməsi;
  • milli iqtisadiyyata investisiyaların , o cümlədən xarici investisiyaların cəlb edilməsi;
  • əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşəlaşdırılması.

1992-ci ildə Dövlət Əmlak komitəsi yaradılmışdır. Özəlləşdirmənin strategiyataktikasının müəyyən edilməsi həmim dövlət strukturuna tapşırılmışdır. 1993 –cü ilin yanvar ayında “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” qanun qəbul edilməsi ilə respublikada özəlləşdirmə prosesinə başlanmışdır. 1995-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının qanununa uyğun olaraq “Azərbaycan Respublikasında 1995-1998 – ci il illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” təsdiq olunmuşdur. Bu proqram qanunlara müvafiq olaraq hazırlnmışdır və özəlləşdirmənin məqsədi və vəzifələri, istiqamətləri, mərhələləri öz əksini tapmışdır.

Azərbaycanda özəlləşdirmə prosesi 4 mərhələdən ibarətdir:

I mərhələ 1996-1998-ci illər əhatə edən birinci mərhələ ən çətin və məsuliyyətli dövrdür. Çünki özəlləşdirməyə inam xalq arasında cox az idi , hüquqi normativ baza ancaq yaradıldı.Bu mərhələ əsasən kiçik müəssisələrin özəlləşdiriləsini əhatə etməklə xırda mülkiyyətçilərin yarnması ilə məhdudlaşdı.

II mərhələ 1998-2000- ci illər – özəlləşdirmənin həlledici dövrü sayılır, cünki bütövlükdə özəlləşdirmənin gələcək taleyi bu mərhələnin necə aparılmasından asılıdır. Məhz bu dövrdə strateji özəlləşdirmə başladı , orta və iri mülkiyyətçilər təbəqəsi meydana gəldi. Bazar iqtisadiyyatının əsas atributları – qiymətli kağızlar bazarı , Milli Depozit Sistemi, Dövlət registri , fond birjaları , yeni iqtisadi mühit formalaşdı.

III mərhələ 2000-2001 -ci illər əvvəlki və sonrakı illərlə əlaqələndirici rol oynaya bilər. Əvvəlki mərhələdə mülkiyyətçi olmuş şəxslər yeni iqtisadi münasibətlər əsasında qurulacaq gələcək fəaliyyətləri üçün zəmin yaradırlar.

IV mərhələ 2001-2005- ci illər mülkiyyətçilər, səhmdarlar təbəqəsinain, qiymətli kağızlar bazarının təşəkkül tapması , respublika müəssisələrinin səhm-lərinə xarici ölkələrdə fəaliyyət göstərən məşhur birjalarda alıcıların maraq göstər-məsi ilə xarakterizə olunurdu.

Azərbaycanda özəlləşdirmə iki model əsasında aparılmışdır:çeklərin əhaliyə pulsuz verilməsi və dövlət müəssisələrinin özəlləşdirilməsinin pullu hərraclarda satılması yolu ilə həyata keçirilmişdir. Azərbaycanda özəlləşdirmənin xüsusiyyət-lərindən biri onun kənd təsərrüfat¬ından başlanmasıdır.

1996-cı ildə “ Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qəbul edilmiş qanunda torpaqların özəlləşdirilməsi və onların xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycanda özəlləşdirmə iki istiqamətdə həyata keçirilir:

1) kiçik;

2)orta və iri dövlət müəssisələrinin özəlləşdirilməsi.

Özlləşdirilən müəssisələr işçilərin sayına görə 3 qrupa bölünür : müəssisələrin təsnifatı zamanı kiçik müəssiələrə 10-50 , orta müəssisələrə 50-300, iri müəssisələrə isə 300-dən çox işçisi olan müəssiələr daxil edilir.

Sahibkarlığın inkişafında özəlləşdirmənin rolu

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda dövlət müstəqilliyi bərpa olunduqdan sonra ictimai həyatda və dövlət quruculuğunda köklü islahatlar ölkəmizi beynəlxalq aləmin bərabərhüquqlu üzvünə çevirdi.

Mülkiyyətin özəlləşdirilməsi isə ölkəmizin özəlləşdirməqabağı iqtisadi vəziyyət , ümumi sosail-iqtisadi göstəricilər və tənnəzül meyilləri ilə şərtlənirdi. Həmin dövr üçün idarəetmə sistemlərinin pozulması , respublikalar və müəssisə¬lərarası iqtisadi əlaqələrin tamamilə iflic olması , dövlət mülkiyyətində müəssələrin səmərəli idarə olunmasını əvvəlki səviyyədə saxlamaq mümükün deyildi. Eyni zamanda dövlət tərəfindən müəssisələrə investisiya qoyuluşlarının birdən-birə kəsilməsi , müəssisələrin isə dövriyyə vəsaitlərinin olmaması artıq iqtisadi təsiretmə faktoru olaraq onların təsərrüfat fəaliyyıtinə təsir edirdi.

Özəlləşdirmənin başladığı dövrdən indiyədək xidmət, iaşə , ticarət və s. sahələrə aid 50 minə yaxın kiçik dövlət müəssisəobyekti özəlləşdirilmişdir. Bu proses zamanı orta və iri dövlət müəssiələrinin bazasında 1600-ə yaxın səhmdar cəmiyyəti yardılaraq və sonradan özəlləşdirilmişdir. İnidiyədək müəssisə və obyektlərin özəlləşdirilməsindən təxminın 1 milyard manat dövlət büdcəsinə vəsait daxil olmuşdur ki, bu da müvafiq qaydada ölkəinin sosial iqtisadi problemlərinin həllinə yönəldilmişdir. 100-ə yaxın dövlət müəssisə və obyekti investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmişdir. Bu isə müəssisələrin və cəlb edilmiş investorların fəaliyyəti üçün əlverişli şərait yaratmışdır. İnvestisiya müsabiqələrinin qalibləri həmin müəssisələrdə istehsal fəaliyyətinin bərpası , iş yerlərinn açılması , yeni texnologiyalarınidarəetmə təcrübəsinin tətbiqinə 1 milyard manatdan cox investisiya qoyulmuşdur. İnvestisiya müsabiqəsi yolu ilə özəlləşdirilmiş dövlət müəssisələrinin fəaliyyətində özəlləşdirmədən sonra əsaslı dönüş yaranmış , müəssisələrin istehsal ahəgi bərpa edilmiş , zəruri investisiyalar cəlb olunmuş və rəqabət qabiliyyətli istehsal-texniki və istehlak təyinatlı məhsulların istehsalına nail olunmuşdur.

Vaxtıilə özəlləşdirilmiş müəssisələrə iqtisadiyyatımızın bütün sahələrində görmək olar. Bunlara sənaye , kənd təsrrüfatı , turizm , bankçılıq, rabitə , nəqliyyat və s sahələrdə rast gəlmək olar. Bu sırada “Qaradağ Sement”, “Bakıelektroqaynaq”, “Siyəzən Broyler”, “Dəvəçi Broyler”, “Gəncə Şərab-2”, “Hilton” hotel ,“Alov Qüllələri” , “Həyat Recensi” , “Azərcell” və “ Bakcell” BM, ölkənin ikinci böyük bankı “Kapitalbank” və s. Bu müəssisələrdə 100 minlərlə insan işləyir,həmin müəssisələr həm tikinti, həm taxılçılıq , çörək istehsalı , şərabçılıq, quşçuluq , xidmət sahələri ölkənin daxili istehsalında əsas yerləri tuturlar.

Dövlət əmlakının özəlləşdirilməsində 2012-ci ildən başlayaraq elektron xidmətlər tətbiq olunur. Komitənin 31 elektron xidmətindən 8-i məhz hərraclarda iştirakı ilə bağlıdır. Bu xidmətlərə səhmdar cəmiyyətlərinin səhmlərinin, nəqliyyat vasitələrinin , müsadirə edilmiş əmlakların satışı, əmək kollektivi üzvlərinin güzəştli satışa dair hərraclarda iştirak üçün müraciətin qəbulu aiddir. Belə xidmətlər komitənin elektron xidmətlər portalıElektron Hökumət” portalı üzərindən vətəndaşlara və digər istifadəçilərə təqdim olunur.