Baqrationlar[1] və ya Baqrationilər[2] (gürc. ბაგრატიონები) — Gürcüstanın qədim kral nəsli; Gürcüstanın bir çox, Rusiyanın isə bir neçə nəfər görkəmli dövlət və hərbi xadimi bu nəsildən çıxmışdı. Gürcü tarixi mənbələrində Baqrationilərin xronologiyası VI əsrdən hesablanır.[3] Bəzi mənbələrə görə Avropada ən qədim kral nəslidir.[4][5][6][7][8]
Baqrationlar | |
---|---|
Ölkə |
|
Hissəsidir | Pakraduni sülaləsi |
Banisi | Adarnase |
Sonuncu hökmdar | XII Georgi |
Əsası qoyulub | 813 |
Soyun kəsilməsi | davam edir |
Milliyyət | Gürcü |
Titullar | |
İberiya kral Kaxetiya kralı Tao Klarceti knyazı & kralı Gürcüstan kralı Kartli kralı İmeretiya kralı Kartli-Kaxetiya kralı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Qədim erməni mənbələrinə görə Baqrationilər Hay nəslindəndirlər, qədim gürcü mənbələrində isə Baqrationilər Farnavaz nəslinin davamçıları hesab edilir. Həmçinin, erməni mənbələri ənənəvi olaraq Baqrationilərin soykökünü İran şahı I Artakserksin dövründə - b.e.ə. V əsrdə, Ermənistan satrapı olmuş yəhudi əsir Şambata (Sumbata) bağlayırlar. Amma daha sonrakı erməni-gürcü mənbələrində bir qayda olaraq Baqrationilər Davud peyğəmbərin (Davud padşahın) törəmələləri hesab edilir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
XI-XII əsrlərdə Gürcüstan Baqrationilərin hakimiyyəti altında xeyli gücləndi. Kral IV David (Qurucu David) (1089-1125) Gürcüstanı müstəqilliyini bərpa etdi və bütün gürcü torpaqlarını öz hakimiyyəti altında birləşdirdi. O cümlədən, Tiflisi də ələ keçirərək, oranı Gürcüstanın paytaxtı etdi. Onun nəvəsi III Georginin (1156-1184) hakimiyyəti dövründə isə Gürcüstanın ərazisi şimal və şərqə doğru daha da genişləndi.
III Georginin qızı kraliça Tamara (Böyük Tamara) (1184 - təxm.1210/1213) bütün Yaxın Şərqin ən qüdrətli hökmdarlarından biri oldu.