Baxçasaray müqaviləsi (rus. Бахчисарайский мирный договор, türk. Bahçesaray Antlaşması) və ya Çexrin müqaviləsi (türk. Çehrin Antlaşması) — 1676-1681 Osmanlı-Rusiya müharibəsinin sonunda Osmanlı İmperiyası, Krım xanlığı və Rusiya Çarlığı arasında Krımın Bağçasaray şəhərində 3 yanvar 1681-ci ildə imzalanmış sülh müqaviləsi.[1] Eyni zamanda da Rusiya çarlığı ilə Osmanlı İmperiyası arasında imzalanmış ilk rəsmi müqavilədir.
Baxçasaray müqaviləsi | |
---|---|
Müqavilənin tipi | Sülh müqaviləsi |
İmzalanma tarixi | 3 yanvar 1681 |
İmzalanma yeri | Bağçasaray, Krım xanlığı, Osmanlı İmperiyası |
Tərəflər |
Osmanlı İmperiyası, Krım xanlığı Rusiya Çarlığı |
Dili |
Osmanlıca Rusca |
Bu müqavilənin maddələrinə görə Osmanlı İmperiyası və Moskva mərkəzli Rusiya çarlığı arasında 20 il müddətinə sülh olmalı idi. İki dövlətin əsas sərhədi kimi isə Dnepr çayı nəzərdə tutulmuşdu. Hər iki tərəf də Dnepr çayı ilə cənubdakı Buq çayı arasında yaşayış məskəni salınmayacağını öhtəsinə götürürdü. Noqay köçərilərinin Ukraynanın cənub steplərində köçəriliklə məşğul olmaları qəbul edilirdi. Zaporojye Kazaklarının Dnepr çayı və onun qolları üzərində balıqçılıq etmə, cənubda duzlaq işlətmə, Dnepr çayı və Qara dənizdən istifadə haqları dəyişmədən qalırdı.[2]
Sağsahil Ukrayna, yəni Ukraynada Dnepr çayının şərqi və Zaporojye Kazaklarının bölgələrinin Rusiya çarlığının nəzarətində olduğunu Osmanlılar qəbul edirdi. Buna qarşılıq isə, Kiyev bölgəsinin cənubu (xüsusilə Çexrin), Bratislava bölgəsi və Podolye Osmanlı İmperiyasının nəzarətində qalırdı.[2]