Belçikalı Klementina

Belçikalı Klementina Albertina Mariya Leopoldina (fr. Clémentine Albertine Marie Léopoldine de Belgique; 30 iyul 1872[1][2], Laken sarayı[d]8 mart 1955[1][2], Nitsa) — Belçika kralı II Leopoldun qızı, de-yure Fransa kraliçası.

Belçikalı Klementina
fr. Clémentine de Belgique
alm. Clementine von Belgien
nid. Clementine van België
Şəxsi məlumatlar
Doğum tarixi 30 iyul 1872(1872-07-30)[1][2]
Doğum yeri
Vəfat tarixi 8 mart 1955(1955-03-08)[1][2] (82 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası II Leopold
Anası Avstriyalı Mariya Henretta (Belçika kraliçası)
Ailəsi Bonapartlar
Elmi fəaliyyəti
Elm sahəsi siyasət
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

30 iyul 1872-ci ildə Brüsseldə dünyaya gəldi. Atası Belçika kralı II Leopold, anası isə onun xanımı Avstriyalı Mariya Henrettadır. Atasının ən kiçik övladı kimi öz səltənətində dünyaya gəldi və 3 sentyabrda vəftiz edildi. Gənclik illərində əmisi Şahzadə Filippin böyük oğlu Boduenə aşiq olsa da, bu sevgisi qarşılıqlı deyildi. Üstəlik, gənc şahzadə hələ 21 yaşında ikən tutulduğu qrip epidemiyası səbəbilə vəfat etdi. Anasıyla münasibətləri yaxşı deyildi və bu səbəblə, anasının onu 1896-cı ildə Bavariya taxt-tacının vəliəhdi Şahzadə Ruprextlə evləndirmək istəyini qəbul etmədi.

Anasının ölümündən sonra Fransa taxt-tacının Bonapartist iddiaçısı və de-yure kralı Şahzadə Napoleon Viktor Bonapartla sevgi yaşamağa başlayan Klementina atasının qarşı çıxması səbəbilə evlənə bilmədi. Yalnız atasının 1909-cu ildəki vəfatından sonra cütlük nişanlandı və 1910-cu ildə evləndilər. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.

Birinci Dünya Müharibəsi başladığı əsnada Klementina və ailəsi Böyük Britaniyaya sığındılar. Müharibənin ardından Belçikaya qayıdan Klementina xeyriyyə işləriylə məşğul oldu. Tez-tez əriylə birlikdə TurinRomaya səyahət etdi. Ərinin 1926-cı ildə iflic keçirərək vəfat etməsinin ardından onun Fransa taxt-tacındakı iddiasını davam etdirmək istəsə də, heç bir siyasi uğur qazana bilmədi. 1937-ci ildən etibarən Fransada yaşamağa başlayan Klementina 1955-ci ildə Nitsada vəfat etdi.

  • de Belgique, Louise (1921). Autour des trônes que j'ai vu tomber (in French). Paris: Albin Michel. ISBN 978-2-87106-192-2
  • de Belgique, Stéphanie (2003). Je devais être impératrice: Mémoires des filles de Léopold II (in French). Brussels: Le Cri – Preface by Georges-Henri Dumont. ISBN 978-2-87106-324-7
  • de Windisch-Graetz, Ghislaine (1990). L'archiduchesse rouge: La vie d'Élisabeth-Marie, orpheline de Mayerling 1883-1963 (in French). Paris: Duculot. ISBN 978-2-8011-0881-9
  • Defrance, Olivier (2001). Louise de Saxe-Cobourg: Amours, argent, procès (in French). Brussels: Racine. ISBN 978-2-87386-230-5
  • Schiel, Irmgard (1980). Stéphanie princesse héritière dans l'ombre de Mayerling (in French). Translated by Dominique Mols. Gembloux: Duculot. ISBN 978-3-421-01867-0
  • Damien Bilteryst (2013). Le prince Baudouin: Frère du Roi-Chevalier (in French). Brussels: Éditions Racine. p. 27. ISBN 978-2-87386-847-5
  • Amable de Fournoux (2019). "XI". Sissi et Venise (in French). Paris: Éditions de Fallois. ISBN 979-1-03210-142-1
  • Fürstin von Lónyay Prinzessin Stephanie von Belgien (1935). Ich sollte Kaiserin werden, Kronprinzessin Stefanie Die Lebenserinnerungen der letzten (in German). Koehler & Amelang. ISBN 978-0239123220
  • Alan Warwick Palmer (1997). Twilight of the Habsburgs: The Life and Times of Emperor Francis Joseph. Atlantic Monthly Press. p. 249. ISBN 9780871136657
  • Jean Bérenger (1990). Histoire de l'Empire des Habsbourg (1273-1918) (in French). Fayard. p. 337. ISBN 978-2-213-02297-0
  • Lutz D. Schmadel (2007). "(220) Stephania". Dictionary of Minor Planet Names. Springer Berlin Heidelberg. p. 35. doi:10.1007/978-3-540-29925-7_221. ISBN 978-3-540-00238-3
  1. 1 2 3 4 Lundy D. R. Clémentine Albertine Marie Léopoldine de Belgique, Princesse de Belgique // The Peerage (ing.).
  2. 1 2 3 4 Bibliothèque nationale de France Clémentine Bonaparte // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Find a Grave (ing.). 1996.