Avstriyalı Mariya Henretta (Belçika kraliçası)

Avstriyalı Mariya Henretta (fr. Marie-Henriette d'Autriche; 23 avqust 1836[1][2], Buda[1]19 sentyabr 1902[3], Spa (şəhər), Valloniya[d]) — Müqəddəs Roma imperatoru II Leopoldun nəvəsi, II Belçika kraliçası. Ömrünün son 7 ilini Spa şəhərində keçirdiyi üçün, Spa kraliçası olaraq anılmışdır.

Avstriyalı Mariya Henretta
alm. Marie Henriette Anne von Österreich
10 dekabr 1865 – 19 sentyabr 1902
ƏvvəlkiOrleanlı Luiza
SonrakıBavariyalı Yelizaveta
Şəxsi məlumatlar
Doğum tarixi 23 avqust 1836(1836-08-23)[1][2]
Doğum yeri
Vəfat tarixi 19 sentyabr 1902(1902-09-19)[3] (66 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Fəaliyyəti consort[d]
Həyat yoldaşı
Uşaqları Luiza Mariya Amaliya
Stefaniya Mariya Şarlotta
Klementina Albertina Mariya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

23 avqust 1836-cı ildə Buda şəhərində dünyaya gəldi. Atası Müqəddəs Roma imperatoru II Leopoldun oğullarından Avstriyalı İosif, anası isə onun üçüncü xanımı Vürttemberqli Mariya Doroteyadır. 22 avqust 1853-cü ildə Belçika kralı I Leopoldun böyük oğlu və varisi Şahzadə Leopoldla evləndirildi. Məqsəd isə yeni yaradılan Belçika krallığının bölgədəki nüfuzunu gücləndirmək və katolik Habsburq sülaləsindən bir qız alaraq ölkədəki katolik-prostestant tarazlığını qorumaq idi. Ancaq cütlük bir-birini heç vaxt sevmədi.

Avstriya taxt-tacındakı bütün haqlarından imtina etdikdən sonra Mariya Henretta 8 avqust 1853-cü ildə Vyanada evlilik sazişini imzaladı və öncə 10 avqustda Şönbrunn sarayında, ardından 22 avqustda Brüsseldəki kral iqamətgahında keçirilən mərasimlə cütlük evləndi. Mərasimin ardından cütlük Belçika əyalətlərini dolaşdı və Birləşmiş Krallığa səyahət etdi.

1854-cü ilin aprelində Brabant hersoqu və hersoqinası olaraq Laykendəki kral iqamətgahında yaşamağa başlayan cütlük burada kral I Leopold və onun 2 övladıyla birlikdə yaşadılar. Heyvansevərliyi ilə tanına Mariya Henretta sarayda meymun, at, it və tutuquşu saxlamağa başladı. Saraydakı ən yaxın dostu isə baldızı Şarlotta idi və onun gələcəkdə yaxın qohumu Şahzadə Maksimilyanla evlənməsində vasitəçilik etdi. Üstəlik cütlüyün bir-birini görməsi üçün qohumunu 1856-cı ildə Laykenə dəvət etdi.

Ərinin səhhətinin pisləşməsi və həkim nəzarətində daha isti iqlimlərdə vaxt keçirməsi tövsiyə edilməsinin ardından 1855-ci ildə onunla birlikdə Vyana-Triest-Korfu istiqamətində səyahət edərək Misirə, ordan isə Qüdsə yollandı. Ancaq ərinin 18601864-cü illərdə çıxdığı səyahətlərdə hamiləliyi səbəbilə iştirak etmədi. Cütlüyün bu nigahdan 4 övladı doğulsa da, yeganə oğlu və kralın varisi olan Şahzadə Leopold 10 yaşında ikən vəfat etdi.

Qaynatasının vəfatının ardından 10 dekabr 1865-ci ildə əri II Leopold taxta çıxdı. Ancaq onun istəyilə xanımı üçün tacqoyma keçirilmədi və Mariya Henretta mərasimə sadəcə izləyici olaraq qatıldı. Belçika kraliçası olduğu ilk 7 il boyunca Mariya Henretta əriylə birgə yaşadı və bir çox tədbirlərə, eləcə də opera və teatr dəvətlərinə qatıldı. 1867-ci ildə baldızı Meksika imperatriçası Şarlotta əriylə birlikdə taxtdan endirildi və dəli damğası vurularaq Habsburqlar tərəfindən Triestdə bir qalada nəzarət altına alındı. Onun azadlığa buraxılması və Belçikaya geri göndərilməsi üçün isə II Leopold xanımını vəzifələndirdi və bu məqsədlə Mariya Henretta Vyanaya yollandı. Burada apardığı danışıqların ardından baldızı və onun 2 övladını da alaraq Laykenə qayıtdı. Burada onunla yaxından məşğul oldu və səhhətinin düzəlməsinə çalışdı. Ancaq Şarlottanın vəziyyəti daha da ağırlaşdı və 1869-cu ildə Laykendən uzaqlaşdırıldı.

1872-ci ildə ən kiçik qızları Klementinanın doğumunun ardından cütlük tamamilə ayrıldılar. Rəsmi olaraq evli qalsalar da, ölümlərinə qədər ayrı yaşadılar. Üstəlik kralın Karolina Lakroks adlı bir məşuqəsi və ondan doğulan 2 oğlu vardı. Qalan illərini olduqca aktiv keçirən Mariya Henretta tez-tez ehtiyac sahiblərinə maddi yardımlar etdi. Üstəlik Belçikanın şərqindəki Baverlo kazarmasını ziyarət edərək ordunu təftiş etdi. Sedan döyüşünün ardından Brüsseldəki kral sarayını hospital olaraq xidmət etməsi üçün kralı təşviq etdi və burada müalicə alan yaralılarla şəxsən məşğul oldu. 1871-ci ildə Brüsseldəki çiçək xəstəliyi epidemiyası əsnasında xəstələrlə məşğul oldu.

Yeganə oğlu Şahzadə Leopoldun ölümündən sonra digər övladlarının baxımını mürəbbiyələrə verdi. Ancaq mürəbbiyələr uşaqlarla olduqca sərt və kobud rəftar edirdi. Üstəlik öz vəzifə və öhdəliklərini sui-istismar edirdilər. Qızlarının yaxın qohumlarla evlənməsini planlaşdırdı və bu səbəblə onların evliliklərini dəstəklədi. 1895-ci ildə bütün rəsmi vəzifələrini kiçik qızı Klementinaya həvalə edərək Spa şəhərində sakit bir həyat yaşamağa başladı. 19 sentyabr 1902-ci ildə burada vəfat etdi və cənazəsi Brüsselə gətirilərək Layken Məryəm Ana kilsəsindəki ailə məzarlığına dəfn olundu.

  1. 1 2 3 4 Wurzbach D. C. v. Habsburg, Maria Henriette (alm.). // Biographisches Lexikon des Kaiserthums Oesterreich: enthaltend die Lebensskizzen der denkwürdigen Personen, welche seit 1750 in den österreichischen Kronländern geboren wurden oder darin gelebt und gewirkt haben Wien: 1856. Vol. 7. S. 48.
  2. 1 2 Erzherzogin) Marie (1836 Österreich // Artists of the World Online, Allgemeines Künstlerlexikon Online, AKL Online (alm.). / Hrsg.: A. Beyer, B. Savoy B: K. G. Saur Verlag, Verlag Walter de Gruyter, 2009. ISSN 2750-6088 doi:10.1515/AKL
  3. 1 2 Deutsche Nationalbibliothek Record #130258083 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.