Bencamin Qeza Afflek-Boldt (ing. Benjamin Geza Affleck-Boldt) — daha çox Ben Afflek kimi tanınan — amerikalı aktyor və rejissordur. Onun qazandığı mükafatlar arasında iki Oskar, iki BAFTA və üç Qızıl Qlobus mükafatı var. Afflek karyerasına uşaq ikən PBS təhsil seriyası "Miminin səyahəti" (1984–1988) filmində oynayaraq başladı. Daha sonra müstəqil komediya filmi olan "Çaşqın və çaşdırıcı" (1993) və Kevin Smitin "Emini izləmək" (1997) daxil olmaqla bir neçə komediya filmlərində rol aldı.
Ben Afflek | |
---|---|
Ben Affleck | |
| |
Doğum adı | Benjamin Geza Affleck |
Doğum tarixi | |
Doğum yeri | Berkli, Kaliforniya, Amerika Birləşmiş Ştatları |
Milliyyəti | Amerikalı |
Vətəndaşlığı | ABŞ |
Həyat yoldaşı |
Cennifer Qarner (e. 2005 - a. 2015) Cennifer Lopez (e. 2022 - a. bu günədək) |
Uşağı | 3 |
Partnyorları |
|
Fəaliyyəti |
Aktyor Kinorejissor |
Fəaliyyət illəri | 1981 - günümüz |
Təhsili |
University of Vermont Occidental College |
Boyu | 192 sm |
Mükafatları | |
IMDb | ID0000255 |
Vikianbarda əlaqəli mediafayllar |
Afflek Matt Deymon ilə "Ağıllı Vill Hantinq" (1997) filminin ssenarisini yazdılar və buna görə üçün Ən Yaxşı Orijinal Ssenari üzrə Oskar mükafatı qazandılar. Onlar həmçinin həmin filmdə baş rollarda çıxış etdilər. O, studiya filmlərində önəmli sima kimi özünü göstərdi, o cümlədən fəlakət filmi "Armageddon" (1998), aksiyon-triller "Şimal maralı oyunları" (2000), müharibə dramı "Pörl Harbor" (2001) və triller "Bütün qorxuların məbləği" (2002) kimi filmlərdə rol aldı. Karyerasında eniş dövründən sonra Afflek bioqrafik film "Hollivud Torpağı" (2006) filmində Corc Rivzi canlandıraraq geri döndü və Venesiyada Ən Yaxşı Aktyor mükafatı olan Volpi Kubokunu qazandı.
Onun rejissorluq debütü, həmçinin ssenarisini yazdığı "İtmiş uşaq" (2007) müsbət qarşılandı. Daha sonra cinayət dramı "Şəhər" (2010) və siyasi triller "Arqo" (2012) filmlərini həm rejissor kimi çəkdi, həm də baş rollarda oynadı; hər iki film tənqidçilər tərəfindən bəyənildi və kommersiya uğurları qazandı. Sonuncu film üçün Afflek Ən Yaxşı Rejissor üzrə BAFTA mükafatı, həmçinin BAFTA və Oskar mükafatı ilə Ən Yaxşı Film kateqoriyasında təltif olundu. Daha sonra o, "İtmiş qız" (2014) adlı psixoloji triller filmində baş rol oynadı və 2016-2023-cü illər arasında DC Kinematoqrafiya Kainatında superqəhrəman Betmen obrazını canlandırdı. O, "Mühasib" (2016) trillerində və "Geri dönüş yolu" (2020) idman dramında baş rolu oynadı. Afflek "Sonuncu duel" (2021), "Tender Bar" (2021) və "Air" (2023) dramlarında ikinci dərəcəli rollar oynadı; sonuncu filmi həm də rejissorluq etdi.
Afflek, qrant və dəstək əsaslı qeyri-kommersiya təşkilatı olan Şərqi Konqo Təşəbbüsünün həmtəsisçisidir. O, Demokrat Partiyasını dəstəkləyir. Afflek və Deymon, "Artists Equity" adlı prodüserlik şirkətinin və "Pearl Street Films"in həmtəsisçiləridir.
Ben Kaliforniyanın Brekli şəhərində anadan olub.[1][2] "Afflek" soyadı şotland mənşəlidir. O həmçinin ingilis, alman, irland və isveçrə kökənlidir.[3][4][5] 11 yaşı olarkən valideynləri ayrıldıqdan sonra anası yenidən evləndi və o anası ilə yaşadı.[6][7][8][9]
Rod-Aylenddan olan atası Timoti Bayers Afflek 1960-cı illərdə Theater Company of Boston-da aktyor idi.[10][11][12] İki yaşında ailəsi Massaçusetsə köçdü və burada qardaşı Kesi doğuldu.[13][14] Qardaşlar səhnə arxasında çalışan və teatr ilə əlaqəli olan insanların ətrafında böyüdülər.[15] Tez-tez anaları tərəfində teatrlara aparılırdılar.[16] On üç yaşında olarkən Meksikada uşaqlar üçün televiziya proqramı ekranlaşdırdı. Bir il ərzində burada yaşayan və ölkəni səyahət edən Ben ispan dilinidə öyrəndi.[17][18][19] Ben sonradan verdiyi müsahibələrin birində uşaq aktyorluğu ilə bağlı hisslərinin qarışdığını vurğulamışdı.[20][21][22]
Səkkiz yaşında o, on yaşlı Mətt Demon ilə dost oldu.[23] Onların anaları təhsil sahəsində çalışan tanışlar idilər və onların tanış olmalarınada məhz anaları səbəb oldu.[24][25][26][27] Cambridge Rindge and Latin məktəbindəki tələbəlik illərində onlar çox yaxın dostlara çevrildilər.[14] Fərqli dərəcələrdə olmalarına baxmayaraq, tənəffüslərdə birgə vaxt keçirərək gələcəkdə aktyor olmaq planları haqqında söhbətlər aparırdılar.[14][25][28] Hər ikisi dram məktəbindəki Qerri nSpesdən ilhamlanaraq[29][30][31] yeniyetmə olarkən pul yığaraq Nyu-Yorka kastinq müraciəti üçün getmişdilər.[28][32] Yay vaxtında birlikdə tikinti və kinoteatrda biletyoxlayan kimi bir çox işlərdə çalışıblar.[27][33][34]
SQT-dən yüksək bal almasına baxmayaraq[35][36] məktəbdə davamiyyəti zəif idi.[35][37][38] Vircinia Universitetinə qəbul olsa da sevgilisinə görə o, Vermont Universitetinə getdi və burada ispan dili dərslərinə yazıldı.[36] Zəif qiymət, budunun qırılması və sevgisinin cavabsız olmasına görə 1 aydan sonra universiteti tərk etdi.[39] Daha sonra Los-Ancelesə köçərək bir il yarım ərzində Yaxın Şərq İşləri üzrə Okkidental Kollecində təhsilə başladı.[40][41][41][42] Yaxın Dostum Uill Hauntinq filmi üçün ssenari yazılmağa başlayanda Ben universiteti tərk etdi.[43][44]