Qalina Serebryakova

Qalina İosifovna Serebryakova (rus. Гали́на Ио́сифовна Серебряко́ва ; 7 (20) dekabr 1905, Kiyev30 iyun 1980, Moskva) — rus, sovet yazıçısıjurnalisti, Karl MarksFridrix Engels haqqında romanların müəllifi.

Qalina Serebryakova
Doğum tarixi 7 (20) dekabr 1905
Doğum yeri
Vəfat tarixi 30 iyun 1980(1980-06-30) (74 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Peredelkino qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti yazıçı, jurnalist
Fəaliyyət illəri 1927-ci ildən
Əsərlərinin dili rus dili
Janr roman
Üzvlüyü
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni

Qalina Serebryakova 1905-ci ildə Kiyevdə inqilabçılar ailəsində anadan olub. Atası İosif Moiseyeviç Buk-Bek (1882–1936) zemstvo həkimi, Sovet dövründə daxili qoşunlarının siyasi şöbəsinin rəisi, Xarəzm Sovet Sosialist Respublikasında səlahiyyətli nümayəndə, A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinin direktoru (1933–1935),[1] kurort trestinin direktoru olub. O, 1936-cı ildə güllələnib. Anası Bronislava Sigizmundovna Krasutskaya (Krasutskaya), partiya işçisi, inqilabdan sonra Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyasında və partiya orqanlarında işləyib. G. G. Tartykova-Sokolnikovanın yazdığına görə,[2] o, Lublin fabrik sahibinin qızı idi[3] və piano üzrə musiqi məktəbi bitirmişdi. Sonra Varşava Konservatoriyasında təhsil alıb: "Mən bir inqilabçı götürdüm — bütün bəşəriyyəti xoşbəxt etmək istəyən babam, onu özü ilə apardı. Onun atası, yəni mənim ulu babam qapını açıb dedi: "Çıx buradan!". Beləliklə, o, cehiz qaldı.[4]"

Qalina Serebryakova 1919-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. O, 1920–1925-ci illərdə Moskva Dövlət Universitetinin tibb fakültəsində təhsil alıb. Ancaq təhsilini başa vurduqdan sonra fərqli bir sahəyə, opera müğənniliyinə, sonra isə jurnalistikaya və ədəbiyyata üz tutub. Əvvəlcə yerli qəzetlərdə, sonra isə "Komsomolskaya pravda" qəzetində işləyib. Jurnalistika fəaliyyətinin ilk illərindən imzası ilə tanınan Qalina 1927–32-ci illərdə Çinə, Fransaya, İspaniyaya, İsveçə ezamiyyətlərə göndərilib, maraqlı yazıları ilə diqqəti cəlb edib. 1930–1932-ci illərdə Karl Marks haqqında yazacağı romana materiallar toplamaq üçün Qalina Serebryakova Kremlin xüsusi razılığı ilə Qərbi Avropaya səfər edib, Londonda yaşayıb.

Yaraşıqlı xarici görünüşü ilə Qalina Serebryakova çoxlarının diqqətini cəlb edib. Rəsmi tədbirlərdə dövlət məmurları ona öz maraqlarını gizlədə bilməyiblər. 1923–1924-cü illərdə o, böyük bolşevik xadimi Leonid Serebryakovla ailə qurub. 1925-ci ildən isə Siyasi Büronun üzvü və SSRİ-nin ilk maliyyə komissarı (maliyyə naziri) Qriqori Sokolnikovun həyat yoldaşı olub. Ailə qurduqdan sonra Qalina Serebryakovanın yaradıcılıq imkanları daha da genişlənib. Xarici ölkələrə səfərlərinə heç bir məhdudiyyət qoyulmayıb. Bu ərəfədə onun bir neçə kitabı nəşr olunub. Amma bu rahat, güzəştli və imtiyazlı həyat uzun sürməyib.

Həbs və sürgün

[redaktə | mənbəni redaktə et]

1936-cı ilin iyul ayında Qriqori Sokolnikov trotskiçi fəaliyyətdə ittiham olunaraq həbs edilib. Həbsdən sonra o, İosif Stalinə bir neçə məktub ünvanlayıb, fəaliyyətində heç bir antisovet əməlinin olmadığnı anlatmağa çalışıb və xahiş edib ki, həyat yoldaşını bu məsələlərə qatmasınlar. Stalin Sokolnikovu əfv etməyib, amma həyat yoldaşının azadlıqda qalacağına söz verib. Qriqori Sokolnikov 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qalina Serebryakova həyat yoldaşının azadlığa çıxması üçün bütün mümkün variantlara əl atıb. Ancaq heç bir ay ötməmiş onu da həbs edərək sürgünə göndəriblər. 1939-cu ildə Qriqori Sokolnikov türmədə öldürülüb. Ölüm haqqında rəydə səbəb "qəfil ürəktutma" qeyd olunub. Sonralar məlum olub ki, sabiq maliyyə nazirinin ölümünü Lavrenti Beriya sifariş edib.

1937-ci ilin iyununda anası (qızı Geliana Sokolnikovanın dediyinə görə, o, könüllü olaraq qızı ilə sürgünə yollanıb) və iki yaşlı qızı ilə birlikdə Semipalatinskə sürgün edilib. Sürgünün müddəti əvvəlcə 3 il olub, lakin dekabrda yenidən həbs olunaraq 1939-cu ildə 8 həbs cəzasına məhkum edilib. O, "xalq düşməninin arvadı" kimi həbs edilib. 8 ildən sonra isə yazıçıya daha 10 il sürgün həyatı hökmü oxunaraq Qazaxstana göndərilib. 1945-ci ildə Cambulda məskunlaşıb, burada feldşer kimi çalışıb. 1949-cu il mayın 28-də yenidən həbs edilib və 1949-cu il noyabrın 12-də SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin Xüsusi Müşavirəsi onu "əksinqilabi təşviqat və əksinqilabi fəaliyyətdə iştirak etmək" ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edib. 1955-ci ilin avqustunda həbsdən azad edilərək yenidən Cambulda sürgünə göndərilib, lakin tezliklə sürgündən azad olunub. 1956-cı ildə o, tamamilə reabilitasiya olunub və partiya sıralarına bərpa olunub. Qalina Serebryakova 18 il ərzində mənəvi və fiziki işgəncələrlə yaşayıb. Azad olunduqdan sonra yazmağa davam edib.

Azad edilməsi və ölümü

[redaktə | mənbəni redaktə et]

Qalina Serebryakova Moskvaya qayıdan kimi Nikita Xruşşova müraciət edib. Baş katib yazıçının müraciətini müsbət cavablandırıb, Qalina Serebryakova partiyaya və SSRİ Yazıçılar İttifaqına bərpa olunub. 1956-cı ildə onun Karl Marksa həsr olunmuş triologiyası işıq üzü görüb.

Yazıçı azadlığa çıxdıqdan sonra keşmişini unutmayıb. Kommunist ideyalarına sədaqətlini əsirgəməsə də, repressiya illərini sərt tənqid edib. Nikita Xruşov 1959-cu ildə Kremldə ideoloji məsələlərə həsr olunmuş müşavirə keçirəndə, müşavirəyə dövlət məmurları ilə yanaşı ölkənin tanınmış simaları, yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar da dəvət olunublar. Qalina Serebryakovaya çıxış üçün söz veriləndə, o, müzakirə olunan mövzudan kənara çıxıb, cəzaçəkmə müəssisələrində vəziyyətin ürəkaçan olmadığından, məhbuslara qarşı qeyri-insani münasibətdən söhbət açıb. Xruşov onun çıxışını yarımçıq kəsib, yazıçının yanlış fikirdə olduğunu söyləyib və onu qeyri-səmimilikdə ittiham edib. Sonralar həmin müşavirədə iştirak edən tanınmış bəstəkar Dmitri Şostakoviç hadisəni belə xatırlayıb: "Qalina qocalmışdı, həmin ağ baldırlardan əsər-əlamət qalmamışdı. Gərək o, ətəyini qaldırmayaydı, yaddaşımızda gənclik illərindəki gözəl Qalina kimi qalaydı…"

Qızı Geliana Sokolnikova anasını belə xatırlayır: "Onun haqqında çox dedi-qodu eşidirdim. Maşın tutub gedəndə belə anam haqqında danışaraq deyirdilər: "Bəli, o, KQB agenti idi". Deməli, Aleksandr Soljenitsın bu barədə "Qulaq" əsərində yazıb. Lakin bu doğru deyil. Anam Sovet xüsusi xidməti tərəfindən istifadə olunurdu, lakin o, KQB agenti ola bilməzdi. Mən Zalıqin vasitəsilə Vermontda olan Soljenitsına məktub yazdım: "Aleksandr İsaeviç, anam getdi. Uşaqlar qaldı, nəvələr qaldı, indi artıq nəvələr var. Sən inanansan, bunu yazma! Siz sənədləri görməmisiniz. Zorya dindirmə protokollarını, qalan sənədləri görüb. Orada bu barədə heç nə yoxdur!" O, anam haqqında yazdıqlarını romandan çıxaracağına söz verdi, lakin heç nə çıxarmadı".

Qalina Serebryakova 1980-ci ildə, 74 yaşında vəfat edib. Yazıçı Moskvada, əsasən ədəbiyyat xadimlərinin dəfn olunduğu Peredelkino qəbirstanlığında dəfn edilib.

  • İlk əri — Leonid Petroviç Serebryakov
    • Qızı — tarixçi Zorya Leonidovna Serebryakova (d.1923, Moskva), əri — Henrix Sveyq, Stefan Sveyqin qohumu
      • Nəvəsi — Viktor
  • İkinci əri — Qriqori Yakovleviç Sokolnikov
    • Qızı — Geliana (Lana) Sokolnikova (1934-cü il təvəllüdlü; evləndikdən sonra — Tartıkova)
      • Nəvəsi — Əlfiyyə Niyazovna
  • Qızı — Tereza İvanovna Kadıkova (1943–2021, atası naməlum)
    • Nəvəsi Natalya
  • Çinin eskizləri, (rus. Зарисовки Китая) 1927
  • Fransa İnqilabı Dövrü Qadınları, (rus. Женщины эпохи французской революции) 1929
  • Rikşa, (rus. Рикша) 1931
  • Ruh üçün qida, (rus. Пища для души) 1933
  • Krua-Russ şəhərətrafı sakinləri, (rus. Люди предместья Круа-Русс) 1933
  • Qarşıdurma: İngilis həyatın şəkilləri, (rus. Очная ставка: картины английской жизни) 1933
  • Marksın gəncliyi, (rus. Юность Маркса) 1934–1935
  • Sizlərdən biri, (rus. Одна из Вас) 1959
  • Alovun oğurlanması, (rus. Похищение огня) 1961
  • Həyatın zirvələri, (rus. Вершины жизни) 1962
  • Karl Marks, (rus. Карл Маркс) 1962 (ZhZL seriyası)
  • Prometey. Trilogiya (Marksın gəncliyi. Alovun oğurlanması. Həyatın zirvələri), (rus. Прометей. Трилогия (Юность Маркса. Похищение огня. Вершины жизни)) 1963
  • Ötən illərə səyahət, (rus. Странствия по минувшим годам) 1963
  • Üstünlük, (rus. Предшествие) 1966
  • Marks və Engels, (rus. Маркс и Энгельс, (серия ЖЗЛ)) 1966
  • Smiercz // "Kultura", Paris, 1967, № 7–8
  • Başqaları və özüm haqqında, (rus. О других и о себе) 1968; 2-ci nəşr, əlavə — M., Sovet yazıçısı, 1971
  • Nəsildən-nəslə, (rus. Из поколения в поколение) 1973
  • Tornado // "İş №….". Alma-Ata, (rus. Смерч // «Дело №…») 1989
  1. "От Ивана Цветаева до Ирины Антоновой: Все директора ГМИИ имени А. С. Пушкина" (HTML). ru:ГМИИ им. А. С. Пушкина — www.arts-museum.ru. 2014-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-20.
  2. Тартыкова-Сокольникова Г. Г. Об отце, о жизни в ссылке, о себе: уроки истории. Историческая Экспертиза Arxivləşdirilib 2021-06-27 at the Wayback Machine
  3. ""Мы все были врагами народа"". 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-03.
  4. "Гелиана Сокольникова: Воспоминания — Дом Чуковского". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
foto