Billi öldürmək: 1-ci hissə (ing. Kill Bill: Volume 1) — 2003-cü ildə rejissor Kventin Tarantino tərəfindən ekranlaşdırılmış Amerika döyüş sənətləri janrında filmdir. Filmin ssenarisi də Tarantinoya məxsusdur. Film toy günü ona xəyanət edən və onu öldürməyə cəhd edən keçmiş həmkarlarından qisas alan sui-qəsdçi Gəlinin (Uma Turman) hekayəsindən bəhs edir.
Billi öldürmək: 1-ci hissə | |
---|---|
Janr | döyüş-triller[d], döyüş sənətləri filmi[d], spletter[d] |
Əsas mövzu | qisas[d] |
Rejissor | |
Prodüser |
|
Ssenari müəllifi | |
Baş rollarda | |
Bəstəkar | |
Quruluşçu rəssam | Devid Uosko[d] |
Montajçı | Salli Menke[d] |
İstehsalçılar | Miramax, A Band Apart[d] |
Distribütor | Miramax, iTunes[d] |
İlk baxış tarixi | 16 oktyabr 2003[5], 2003, 29 sentyabr 2003[6], 2 oktyabr 2003[6], 7 oktyabr 2003[6], 10 oktyabr 2003[6] |
Müddət | 111 dəq. |
Büdcə | 30.000.000 $ |
Gəlir | 180.906.076 $[7], 70.099.045 $[7] |
Ölkə | |
Dillər | ingilis dili, yapon dili |
Sonrakı film | Billi öldürmək: 2-ci hissə |
Rəng | rəngli |
Çəkiliş yeri | Los-Anceles, Meksika, Honkonq, Yaponiya, Pekin |
IMDb | ID0266697 |
"Billi öldürmək" filminin kinoteatrlarda nümayişi əvvəlcə bir seriya olaraq nəzərdə tutulmuşdu. Lakin filmin müddəti dörd saatdan çox olduğundan film iki hissəyə ayrıldı. 1-ci hissə kinoteatrlarda 180 milyon dollar gəlir əldə edərək, Tarantinonun həmin vaxtadək ən yüksək qazanc gətirən filmi oldu. "Billi öldürmək: 2-ci hissə" bir il sonra 16 aprel 2004-cü ildə kinoteatrlarda nümayiş olundu.
Gəlinlik libasında olan qadın Texasın El Paso şəhərində Ölümcül İlanlar Dəstəsinin hücumundan sonra kilsədə yaralı halda uzanıb. Dəstənin başçısı Bill onu güllə ilə başından vurmazdan əvvəl Gəlin ona hamilə olduğunu və körpənin atasının Bİll olduğunu söyləyir.
Dörd il sonra, həmin hücumdan sağ çıxan olan Gəlin Vernita Qrinın evinə gedrək onu öldürməyi planlaşdırır. Hər iki qadın bir zamanlar mövcud olan, indi isə artıq dağılmış Ölümcül İlanlar Dəstəsinin üzvləri olub; Vernita indi şəhərətrafı sakit ailə həyatı yaşayır. Onlar əvvəlcə bıçaqla dalaşırlar, lakin Vernitanın kiçik qızı Nikkinin gəlişi ilə dava-dalaşa son qoyurlar. Gəlin aralarındakı məsələni həll etmək üçün gecə Vernita ilə görüşməyə razılıq verir, ancaq Vernita Gəlini yulaf qutusunda gizlətdiyi tapança ilə qətlə yetirməyə çalışarkən, Gəlin güllədən yayınır və əlindəki bıçağı sərrast atışla Vernitanın sinəsinə saplayaraq onu öldürür.
Dörd il əvvəl, polis kilsədə baş tutan toy məclisindəki həmin qətl hadisəsini araşdırır. Şərif Gəlinin həyatda, lakin şüursuz vəziyyətdə olduğunu aşkar edir. Xəstəxanaya gələn Ölümcüllər dəstə üzvü Sürücü Elle Gəlini xüsusi öldürücü iynə ilə qətlə yetirməyə hazırlaşır, lakin son anda Bill ona zəng edərək müdafiəsiz halda olan keçmiş dəstə üzvü Gəlini öldürməyin şərəfsizlik olduğunu düşünərək missiyanı dayandırır.
Dörd illik komadan ayılan Gəlin artıq hamilə olmadığını biləndə dəhşətə gəlir. O, ona təcavüz etməyə çalışan bir kişini və komada ikən onun bədənini satan xəstəxana işçisini öldürür. Xəstəxana işçisinin maşınını ələ keçirərək, hərəkətsizlikdən qıc olan ayaqlarını yenidən hərəkət etdirməyə vadar edir.
Bill və Ölümcül İlanlar Dəstəsinin dörd üzvünün hamısını öldürməyə qərar verən Gəlin ilk hədəfini seçir: O-Ren İşii, o, indi Tokio Yakuzasının lideridir. O-Ren'in valideynləri o, hələ uşaq ikən Yakuza tərəfindən öldürülür; O-Ren böyüdükdən sonra Yakuza başçısından intiqamını alır və elit bir qatil kimi ixtisaslaşaraq özü Yakuza rəhbəri olur. Gəlin, bir daha heç vaxt yenidən qılınc hazırmayacağına and içən əfsanəvi qılınc ustası Hattori Hanzodan qılınc almaq üçün Yaponiyanın Okinava şəhərinə gedir. Hədəfinin keçmiş tələbəsi Bill olduğunu öyrəndikdən sonra, Hattori Hanzo yumşalır Gəlin üçün ən yaxşı qılıncını hazırlayır.
Tokioda, restoranların birində — Mavi yarpaqlar evində Gəlin O-Renin elit döyüşçülərdən ibarət heyəti Crazy 88 və cangüdəni, məktəbli Qoqo Yubarini məğlub edir. Gəlin və O-Ren restoranın Yapon bağında duelə çıxaraq döyüşürlər; Gəlin üstünlük qazanır və O-Renin başının yuxarı hissəsini qılınc zərbəsi ilə kəsir. O, O-Ren'in köməkçisi Sofiyə işgəncə verərək Bill haqqında məlumat əldə edir və Billə təhdid olaraq onu öldürmür. Bill Sofidən Gəlinin öz qızının həyatda olub-olmadığı barədə məlumatı olduğunu soruşur.
Uma Turman, Gəlin rolunda (məxfi adı Qara Mamba), "dünyanın ən ölümcül qadınları" olaraq tanınan Ölümcül İlanlar Dəstəsinin keçmiş üzvü. Dəstə üzvləri onu və bətnindəki uşağını kilsədə nikah mərasimində öldürməyə cəhd etdikləri üçün, onlardan intiqam almaq istəyir. Əsl adı Billi öldürmək: 2-ci hissədə açıqlanır:
Lyusi Lyu, O-Ren Işii rolunda (məxfi adı Gürzə), bir vaxtlar Ölümcül İlanlar Dəstəsinin keçmiş üzvü, indi isə Yapon Yakuzanın rəhbəri. Bir vaxtlar Gəlinlə yaxın dost olub. İndi isə, o, Gəlinin ilk hədəfidir.
Devid Karradin Bill rolunda (məxfi adı İlan ovsunlayan), Ölümcül İlanlar Dəstəsinin keçmiş lideri, Gəlinin keçmiş sevgilisi və qızının atası. Gəlinin ən əsas hədəfi, ən sonda ondan intiqam alacaq. Onu ekranda yalnız Billi öldürmək: 2-ci hissədə görəcəyik.
Vivita A. Foks, Vernita Qrin rolunda (məxfi adı Qalxansifət), Ölümcül İlanlar Dəstəsinin keçmiş üzvü və indi Cinni Bell adı altında yaşayan evdar qadın və ana. Gəlinin ikinci hədəfidir.
Maykl Madsen Bad rolunda (məxfi adı Zınqırovlu ilan), Ölümcül İlanlar Dəstəsinin keçmiş üzvü , indi gecə klubundan gözətçi kimi çalışır və treylerdə yaşayır. Gəlinin üçüncü hədəfidir.
Deril Hanna Sürücü Elle rolunda (məxfi adı Kaliforniya dağ ilanı), Ölümcül İlanlar Dəstəsinin keçmiş üzvü iper və Gəlinin dördüncü hədəfi.
Culi Dreyfus Ölümcül Sofi rolunda, O-Renin vəkili, ən etibar etdiyi və özündən sonrakı ikinci şəxs. O, eyni zamanda əvvəllər Bill'in himayəsi altıbnda olub və kilsədəki nikah mərasimində baş tutan qırğında iştirak etmişdir.
Ssenari müəllifi və rejissor Kventin Tarantino və aktrisa Uma Turmanın Gəlin obrazı və onun qisas planı ideyası Tarantinonun 1994-cü ildə çəkilmiş "Kriminal qiraət" filminin istehsalı zamanı yarandı. Filmdə bu ideyaya "Q&U" olaraq istinad edilir.[9]
Tarantino 2000–2001-ci illərdə Nyu-Yorkda yaşayarkən Turman və yeni doğulmuş qızı Maya ilə birlikdə vaxt keçirərək ssenarini yazmağa bir il yarım müddətində yazdı.[9][10] Artıq daha təcrübəli bir aktrisa və ana olan Turmanla yenidən birlikdə əməkdaşlıq etmək onun Gəlin obrazını yazma üslubuna da təsirini göstərdi. Sssenari yazılarkən son 4–5 aya qədər Tarantino Gəlinin bətnindəki körpənin də sağ qala biləcəyi ideyasını düşünməmişdi.[9] O, Bill rolunu əvvəlcə Uorren Bitti üçün yazmışdı, lakin obrazı inkişaf etdirdikcə və bu rol daha çox döyüş sənətləri təlimi tələb etdiyindən, Tarantino rolu David Karradin üçün yenidən yazdı.[11]
Filmin çəkilişi tam başlayacaq ikən Turman hamilə qaldığı üçün, Tarantino filmin istehsalını təxirə saldı. Filmdəki hadisələr xronoloji qaydada baş verməsə də, filmin səhnələri ardıcıllıqla çəkilib.[9] Daha əvvəllər Matriks filmində çalışan xoreoqraf Vuu-Pinq Yuen , Billi öldürmək filminə döyüş sənətləri üzrə məsləhətçi qismində dəvət edildi.[12] O-Ren İşiinin keçmişindən bəhs edən animasiya səhnələri rejissor Kazuto Nakazava tərəfindən çəkilib və Ghost in the Shell and Blood: The Last Vampire filmlərinin istehsalçısı olan Production I. G tərəfindən hazırlanıb.[13] Bütünlükdə filmin istehsalı 155 gün davam etdi və büdcəsi 55 milyon dollara başa gəldi.[14]
Billi öldürmək filmi bir seriyalı olaraq nəzərdə tutulmuşdu və tək seriyalı film olaraq istehsal edildi. Çəkilişlər başa çatdıqdan və montaj prosesi başladıqdan sonra hər zaman rejissorlara filmləri qısaltmaq üçün təzyiq göstərməsi ilə məşhur olan Harvey Weinstein, Tarantinonun filmi iki hissəyə bölməsini təklif etdi.[14] Filmin iki hissəyə bölünməsi ilə bağlı qərar 2003-cü ilin iyulunda elan edildi.[14]
Billi öldürmək: 1-ci hissə 10 oktyabr 2003-cü ildə kinoteatrlarda işıq üzü gördü. Bu 1997-ci ildə Ceki Braun filminin nümayişindən altı il sonra Tarantinonun kinoteatrda nümayiş etdirilən ilk filmi idi.[15] ABŞ və Kanadada filmin 1-ci hissəsi 3110 teatrda nümayiş olundu və ilk həftəcədə 22 milyon dollar gəlir gətirdi. Film Rok məktəbi və Dözülməz qəddarlıq filmlərini geridə qoyaraq kinoteatrlarda ilk sırada yer aldı.[16]
Filmin 1-ci hissəsi nümayiş olunduğu ilk həftədən bu günə qədər Tarantinonun ən çox gəlir gətirən filmi oldu; Ceki Braun və Kriminal Qiraət (1994) hər biri kinoteatrlarda nümayiş etdirildikləri ilk həftə 9.3 milyon dollar gəlir gətirmişdi.[15] Kinostudiyadan verilən məlumata görə, exit-pollar göstərdi ki, tamaşaçıların 90% -i Billi öldürmək filminin birinci hissəsini seyr etdikdən sonra filmin ikinci hissəsini görmək istədiklərini qeyd etmişdilər.[17]
ABŞ və Kanada xaricində Billi öldürmək: 1-ci hissə 20 ölkədə də nümayiş olundu. Film, İtaliyada ikinci yeri tutsa da, Norveç, Danimarka və Finlandiyada əsas rəqibi olan Dözülməz qədaarlıq filmini geridə qoydu. Filmin 1-ci hissəsi Yaponiyada da rekord sayda baxıldı, bununla filmin bəzi hissələri Yaponiyada çəkildiyindən və filmdə Yapon döyüş sənətlərinə geniş yer verildiyindən gözləntilər daha yüksək idi. 2 noyabr 2003-cü tarixinə qədər film artıq 20 ölkədə nümayişdən 31 milyon dollar gəlir əldə etmişdi. ABŞ və Kanadada film 70 milyon dollar, digər ölkələrdə isə 110.9 milyon dollar əldə edərək, dünya miqyasında ümumilikdə 180.9 milyon dollar gəlir gətirdi.[18]