Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
[1]Biodizel və ya biodizel yanacağı- yağ turşularının monoalkil efirlərinin qarışığı olan maye motor bioyanacağıdır. Biodizel biratomlu spirtlərin (metanol, etanol, və s.) triqliseridlərlə (nadir halda sərbəst yağ turşuları ilə) transefirləşmə reaksiyası əsasında alınır. Triqliseridlərin mənbəyi müxtəlif bitki və ya heyvani yağlar ola bilər.
Biodizel yanacağı transefirləşmə reaksiyası vasitəsilə alınır. Bu reaksiya zamanı bitki yağı və ya triqliseridlərin hər hansı digər mənbəyi biratomlu spirtlərlə reaksiyaya girərək yağ turşularının monoalkil efirləri (biodizel) və qliserin əmələ gətirir.Yağ turşularının monoalkil mürəkkəb efirlərinin emalından yağ turşularının metil efirləri (YTME) və qliserin alnır.Neftdən alınmış biodizeli təyin etmək üçün yağ turşularının mürəkkəb metil efirlərinin (YTME) miqdarını müəyyənləşdirmək lazımdır, belə ki yağ turşularının monoalkil mürəkkəb efirlərinin analizi dizel yanacağında olan biodizelin dəqiq miqdarını göstərə bilmir. Triqliseridlər 60°С temperaturda və normal təzyiqdə metanol, etanol və ya izopropil spirti ilə (təxminən 1 t yağa 200 kq metanol + kalium və ya natrium hidroksid) efirləşmə reaksiyasına girir. Keyfiyyətli məhsul almaq üçün bir sıra şərtlərə əməl emək lazımdır:
Avtomobil nəqliyyatında təmiz və dizel yanacağı ilə müxtəlif qarışıqlar formasında istifadə olunur. ABŞ-da dizel yanacağının biodizellə qarışığı B hərfi ilə işarə olunur; hərfdən sonra gələn rəqəm biodizelin faizlə miqdarını göstərir . В2 — 2 % biodizel, 98 % dizel yanacağı deməkdir. Qarışıqlardan istifadə mühərriyə dəyişikliyin edilməsini tələb etmir.
Məlumdur ki, bu və ya digər bioyanacağın istehsalı üçün istifadə olunan xammal növündən asılı olaraq, onlar nəsillərə (bioyanacaq 1-ci nəsil, 2-ci nəsil, və s.) bölünür Bu təsnifat biodizel üçün də etibarlıdır. Beləliklə, istifadə olunan xammaldan asılı olaraq 1-ci nəsil biodizel (kənd təsərrüfatı bitkilərindən), 2-ci nəsil biodizel (yağ tərkibli tullantılardan) və 3-cü nəsil biodizeli (mikroyosunların lipidlərindən) fərqləndirmək olar. Biodizel istehsalı üçün müxtəlif ölkələrdə geniş yayılmış bitkilər aşağıda verilir:
Həmçinin işlənmiş bitki yağı, heyvani yağlar, balıq yağı və s.istifadə olunur.
İldə 1 ha sahədən yığılan müxtəlif xammaldan yağın istehsalı
Данные The Global Petroleum Club
2004-cü ildə Avrasiya biodizelinin 80 %-i raps yağından istehsal olunmuşdu. Avropa ölkələrində biodizel 1992-ci ildən istehsal olunur. 2008-ci ilin birinci yarısının sonuna Aİ ölkələrində biodizelin istehsalı üzrə 214 zavod tikilmişdii. 2010-cu ilin iyulunda Aİ ölkələrində artıq gücü 22 mln.ton olan 245 zavod işləyirdi.
2008-ci ilin ortasına ABŞ-da gücü 7,669 mlrd.l olan 149 zavod işləyirdi.
2010-cu ildə biodizelin istehsalı 2009-cu illə müqayisədə 12% artdl vı 19 mlrd.i-ə çatdı.
Avropa Standartlar Təşkilatı biodizel üçün EN14214 standartı işləyib hazırlamışdır. Bundan əlavə EN590 (və ya EN590:2000) və DIN 51606 standartları var. Birinci standart Aİ, İslandiya, Norveç və İsveçrədə istifadə olunan bütün dizel yanacağı növlərinin fiziki xassələrini təsvir edir Bu standarta görə dizel yanacağında 5% bioyanacaq ola bilər. DIN 51606 çox ciddi alman standartı olub, demək olar ki, bütün aparıcı istehsalçıların mühərrikləri ilə uyğunluğu nəzərə alır.
Biodiezel, təcrübələrin göstərdiyi kimi, suya düşdükdə bitkilər və heyvanlara ziyan vurmur. Bundan əlavə, demək olar ki, torpaq və ya suda tam bioloji parçalanmaya uğrayır. Belə ki mikroorqanizmlər 28 günə biodizelin 99%-ni təkrar emal edir, bu da çaylar və göllərin çirklənməsini minimuma endirməyə imkan verir. Biodizeldən yanma zamanı onun istehsalı üçün lazım olan xammal bitkinin həyatı boyu atmosferdən udduğu qədər karbon qazı ayrılır. Biodizelin tərkibində dizel yanacağı ilə müqayisədə, demək olar ki, kükürd yoxdur. Bu ekoloji baxımndan yaxşıdır. Biodizelin alışma temperaturu 100°C-dən çoxdur.Bu da onu nisbətən təhlükəsiz maddə adlandırmağa imkan verir.
Biodizel istehsalında efirləşmə reaksiyası nəticəsində alınan qarışığı sakit vəziyyətdə saxlayırlar. Ayrılan yuxarı fazada olan yüngül fraksiyalar raps yağından alınmış metil efiri və ya biodizel yanacağıdır. Aşağıda olan qliserin fazasını tez-tez səhvən qliserin adlandırırlar Əslində onu təmiz qliserin halına çatdırmaq lazımdır.Çünki bunsuz biodizelin saxlanması və utilizə olunması yüksək qələviliyə və olan metanola görə ciddi problemdir. Efirləşmə üçün etanoldan istifadə etdikdə həmin problem yaranır. Həmçinin yüksək sıxlığına görə etanoldan biodizel almaq sərfəli deyil .
Şaxta qazı (metan), bioqaz və hətta hidrogenin metanol üçün xammal mənbəyi olmasına baxmayaraq metanol təbii qazdan hasil olunduğuna görə bioyanacağın istehsalı üçün komponentlərdən birinin qiyməti qazın qiyməti ilə sıx bağlı olur. Üstünlükləri
Nöqsanlar .
Dünyanın bir çox ölkələri neft yanacaqlarını qismən müxtəlif bioyanacaq növləri ilə əvəz etmək üçün proqramlar işləıyib hazırlamışlar: Ölkə Tələb