Birinci Siciliya üsyanı

Birinci Kölə müharibəsi (lat. Primum Bellum servile) və ya Birinci Siciliya üsyanı (lat. Primo Rebellionem Siculis Confunditur) — e.ə. 135–132-ci illərdə Roma Respublikasına qarşı qaldırılan müvəffəqiyyətsiz kölə üsyanı. Müharibə Siciliya adasındakı Enna şəhərində baş verən kölə qiyamlarından təhriklənmişdi. Üsyana peyğambər olduğunu iddia edən, əvvəllər kölə olan Yevnkilikiyalı (indiki Türkiyə) Kleon rəhbərlik edirdi. Kölələrin bir neçə kiçik qələbə çalmasından sonra, Siciliyaya böyük bir Roma legionu gəlmiş və üsyançıları məğlub etmişdir.

Birinci Kölə müharibəsi
Kölə müharibələri
Tarix e.ə. 135–132
Yeri Siciliya, Axeya
Səbəbi Kölələrin çox pis həyat tərzi
Nəticəsi Romanın qələbəsi
Münaqişə tərəfləri

Roma Respublikası

Siciliya kölələri

Komandan(lar)

Lyusi Kalpurni Pizon
Pubri Rupili
Afrikalı Ssipion

Yevn
Kleon

Tərəflərin qüvvəsi

Naməlum

təx. 70,000–200,000

İtkilər

Ağır

Ölü:
Əksəriyyəti
Əsir:
Sağ qalanların hamısı

İkinci Pun müharibəsi zamanı Karfegenin Hispaniyadan qovulmasından sonra, Siciliyada torpaq sahibliyinə böyük dəyişikliklər baş vermişdi. İtaliya möhtəkirləri adaya axın etmiş, böyük torpaq sahələrini ucuz qiymətə almış və Karfagen siciliyalılar ına aid olan əmlak və mülkləri məcburi şəkildə almışdılar. Bu torpaq sahələri və mülklər sahibkarların edamından və sürgünündən sonra Roma hökumətinə verilmişdi.

Roma siciliyalıları öz həmvətənlərinin, soydaşlarının dərdlərindən zənginləşmişdilər. E.ə. II əsrin ortalarında Axeyadakı kölə sayı ölçüyəgəlməz idi. Siciliyalı Diodora görə, siyasi olaraq nüfuzlu quldarlar, əsasən Roma ekvitləri[1] öz kölələrini kifayət qədər qida və geyimlə təmin etmirdi, halbuki kölələr ən çətin işlərdə fəaliyyət göstərirdilər. Kölələr yaşamaq üçün quldurluğa üz çevirmişdi. Burada əziyyət çəkənlər kasıb siciliyalılar idi. Nüfuzlu quldarlarla münaqişəyə girmək istəməyən Roma hökuməti, vəziyyəti yaxşılaşdırmağa cəhd göstərmirdi. İllərlə artan gərginlik müharibə, kölə üsyanı ilə nəticələnmişdir.[1]

Kölələrin qaldırdığı üsyanın rəhbəri əslən suriyalı olan Yevn idi. O, kölələr arasında bir peyğambər və sehrbaz hesab edilirdi.

Yevn hələ kölə ikən, onun sahibi onu bir simposidə konferansye təyin etmişdi. O, alov udmaq daxil olmaqla çoxlu sehr şoularını gerçəkləşdirə bilirdi. Çıxışları zamanı o, özünü döyəcləyərək “Siciliya cəmiyyəti rol dəyişikliyi yaşayacaq. Bu rol dəyişikliyində zadəgan auditoriyası ya öldürüləcək, ya da kölə ediləcək və mən kral olacam” deyirdi. Aqibətindən xəbərdar olmayan zadəgan tamaşaçılar Yevnin sözlərini məzhəkəli görürdü. Buna əlavə olaraq, o, ona dilənçipayı verənlərə öz krallığında mərhəmət edəcəyinə söz verirdi. O, üsyan vaxtı söz verdiyi zadəganların bəzilərinə mərhəmət göstərmişdir.

Üsyan e.ə. 136-cı ildə Enna şəhərində başladı. 400 köləyə rəhbərlik edən Yevn şəhər zadəganlarına qarşı qırğın törətdi. Şəhərdə baş verən qələbədən təhrikləşən daha 6,000 kölə üsyana qatıldı. Bu kölələr Yevni öz kralları seçmişdilər və ona "Antiox" adını vermişdilər. Kiçik ordunun böyük əməlləri Kleonun qulağına gəldi və o, 14,000 kölə ilə Yevnə kömək etməyə Siciliyaya getdi. Kleon burada general təyin edilmişdi. Siciliyadakı Roma qoşunları üsyana qarşı çıxmaq istəsələr də, bütün döyüşlərdə məğlub oldular.

E.ə. 135-ci ildə üsyançılar KataniyaTaormina şəhərlərini işğal etdilər. E.ə. 134-cü ildə üsyançılar yerli pretorları – Manliyo, Lentulo və İpseyo məğlub etdilər. Bu hadisədən sonra, Roma Hökuməti üsyanı daha ciddiyə almış və axırda bir konsul göndərmək qərarına gəlmişdir. Bu konsul Qay Fulvi Flakk idi.[2]

Flakk qüvvə sayı artıq 200,000-ə çatmış üsyançıları məğlub edə bilməmiş və nəticədə Messena (indika Messina) şəhəri e.ə. 133-cü ildə işğal edilmişdir. Üsyançıları məğlub etmək vəzifəsi artıq Lyusi Kalpurni Pizon Fruqiyə düşmüşdür. Pizon və yeni, daha güclü ordusu üsyançıları Messenada məğlub etdi.

E.ə 132-ci ildə üsyançıların idarəsi altında olan Taormina şəhəri Publi Rupili tərəfindən mühasirəyə alındı. Üsyançılar özlərini uzun müddət qoruya bildilər. Aclığa tapdıqları tək çarə kannibalizm (adamyeyənlik) idi. Onlar ilk olaraq uşaqları, daha sonra qadınları, axırda isə bir-birlərini yeməyə başladılar. Sonda, üsyançı rəhbərlərindən biri olan Serapion öz yoldaşlarına xəyanət etmiş, nəticədə üsyan yatırılmışdı. Əsir alınan bütün kölələrə Roma Respublikası konstitusiyasına əsasən ilk öncə işgəncə verildi, daha sonra isə Taormina kliflərindən körfəzə atılaraq öldürüldülər. Bundan çox keçməmiş, YevnKleonun sığınacaqları – Enna şəhəri Roma ordusu tərəfindən azad edildi. Qalan üsyançılar çox keçməmiş məğlub edildilər. Beləliklə, üsyan sona çatdı.[3]

Yevnin döyüşlərdə birbaşa iştirakı barədə çox məlumat yoxdur. Onun və generalı kilikiyalı Kleon haqda sadəcə Roma sərkərdələri məlumat vermişdir. Lakin, Yevn müharibə boyunca öz rütbəsini qoruya bilməsi və öz rəislərinin səlahiyyətlərini icra etməsi Yevnin bacarıqlı bir şəxs olduğunun bir sübutu idi. Kleon döyüşlərdə həlak olmuş, Yevn isə Morqatina şəhərinə aparılmışdır, ancaq cəzalandırılmazdan əvvəl vəfat etmişdir.

Siciliyalı Diodora əsasən, üsyana 200,000 nəfər qatılmışdır, Onun yazdıqlarına görə, üsyanda kişilər, qadınlar və uşaqlar iştirak edirdi.[4] Tit Livi və daha sonra Pavel Orozi üsyana 70,000 nəfərin qatıldığını yazıblar.[5]

Əsir alınan üsyançıların bəzilərinə işgəncə verildi, onlar zəncirləndilər və həbsxanalara atıldılar, bəziləri isə yorucu işlərə tabe edildi. Həmin kölələrə yenə çox az qida və geyim verdilər və onlar yenə quldurluğa üz tutdular. İlk vaxtlarda bu problem aradan qaldırıldı, ancaq artan kölə sayı vəziyyəti daha da pisləşdirdi. Kölələr öz aralarında bandalar qurmağa başladılar. İlk vaxtlarda ucqar kəndlərə hücum edən və yağmalayan kölə bandaları, daha sonra şəhərətrafı kəndləri və qəsəbələrə vahimələndirdilər.

Bu, Qədim Romada baş verən üç kölə müharibəsindən biri idi. Sonuncu müharibədə kölələrə məşhur qladiator Spartak rəhbərlik edirdi.

  1. 1 2 Foti və Konstantin Baqryanorodun Diodorun məruzələri, Brent D. Şau tərəfindən sitata gətirilmişdir. Spartacus and the Slave Wars: a brief history with documents. 80-81 və 88-89.
  2. Livi, Tit. Ab Urbe condĭta [Şəhərin qoyulmasından tarix] (lat). Roma. səh. 56.9.
  3. Livi, Tit. Ab Urbe condĭta [Şəhərin qoyulmasından tarix] (lat). Roma. səh. 56.2.
  4. Fotinin Diodorun məruzələri, Brent D. Şau tərəfindən sitata gətirilmişdir. Spartacus and the Slave Wars: a brief history with documents. 85.
  5. Periox və Orozi, Brent D. Şau tərəfindən sitata gətirilmişdir. Spartacus and the Slave Wars: a brief history with documents. 95 və 97.
  • Livi, Tit. Ab Urbe condĭta [Şəhərin qoyulmasından tarix] (lat). Roma.
  • Arnold. History of Rome. III (London buraxılışı). 317–318.
  • D. Şau, Brent. Spartacus and the Slave Wars: a brief history with documents. 2001. 79–106.
  • Engels, Deyvid. Ein syrisches Sizilien? Seleukidische Aspekte des Ersten Sizilischen Sklavenkriegs und der Herrschaft des Eunus-Antiochos. Polifemo. 2011. 233–251.