Bitcoin Cash — 2017-ci ildə Bitcoin-in bir hard fork-u kimi yaradılmış kriptovalyutadır. Onun yaradılmasının əsas məqsədi Bitcoin şəbəkəsində əməliyyat sürətini və miqyasını artırmaq idi.[2] Bu, blok ölçüsünün 1 MB-dən 8 MB və sonradan 32 MB-a qədər artırılması ilə mümkün olmuşdur.[3]
Bitcoin Cash | |
---|---|
İnkişafı | |
İlkin buraxılış | 1 avqust 2017[1] |
Proqramlaşdırma dili | C++ |
Vebsayt | bitcoincash.org |
Vikianbarda əlaqəli mediafayllar |
Bitcoin Cash 1 avqust 2017-ci ildə Bitcoin blockchain-inin ayrılması nəticəsində yaradılmışdır. Bu ayrılmanın səbəbi Bitcoin icması daxilində blok ölçüsünün artırılması mövzusunda yaranan fikir ayrılıqları idi. BCH-nin əsasını qoyanlar, daha böyük blokların daha çox əməliyyatı dəstəkləyəcəyini və beləliklə, yüksək tıxac problemini həll edəcəyini düşünürdülər.[4]
Bitcoin Cash, kriptovalyuta icmasında həm dəstək, həm də tənqid alır. Onun tərəfdarları daha sürətli əməliyyatları və aşağı komissiyaları vurğulasa da, tənqidçilər blok ölçüsünün artımının mərkəzləşmə riskini artıracağını iddia edirlər.[6]
2017-ci ildə satışa çıxarılandan bəri kriptovalyutanın dəyəri orijinalla müqayisədə kəskin şəkildə aşağı düşüb.[7]