Veb3

"Web3" (həmçinin Veb 3.0 olaraq tanınır [1][2][3]) Ümumdünya hörümçək torunun yeni bir iterasiyası olub, məzmunu desentralizasiya, blokçeyn texnologiyaları və token əsaslı iqtisadiyyat kimi konseptləri əhatə edən bir ideyadır.[4] Bəzi texnoloqlar və jurnalistlər onu Veb 2.0 ilə müqayisə ediblər. Burada məlumat və məzmunun əsasən "Böyük Texnologiya" adlandırılan sayca kiçik şirkətlər qrupunda mərkəzləşdiyini söyləyiblər.[5] "Web3" termini 2014-cü ildə Ethereum həmtəsisçisi Gavin Vud tərəfindən irəli sürülüb və bu ideya 2021-ci ildə kriptovalyuta həvəskarları, böyük texnologiya şirkətləri və vençur kapitalı firmaları tərəfindən maraqla qarşılanıb.[5][6] Web3 anlayışı ilk dəfə 2013-cü ildə təqdim edilmişdir.[7][8]

Tənqidçilər sərvətin kiçik bir qrup investor və fərdə mərkəzləşdirilməsi[9] və ya daha geniş məlumatların toplanması səbəbindən məxfiliyin itirilməsi ilə bağlı narahatlıqlarını ifadə etdilər.[10] İlon MaskCek Dorsi kimi milyarderlər "Web3"-ün dəbə görə deyilən sadə bir söz və ya marketinq termini kimi xidmət etdiyini iddia edirlər.[11][12][13]

Veb 1.0Veb 2.0 müxtəlif texnologiyalar və formatlar vasitəsilə inkişaf etdiyi üçün Ümumdünya İnternet tarixindəki dövrlərə aiddir. Veb 1.0 təxminən 1989-cu ildən 2004-cü ilə qədər olan dövrə aiddir, burada əksər saytlar statik səhifələrdən ibarət idi və istifadəçilərin böyük əksəriyyəti məzmun istehsalçıları deyil, istehlakçılar idi.[14][15] Veb 2.0 "veb platforma kimi"[16] ideyasına əsaslanır və digər xidmətlər arasında forumlara, sosial mediaya və şəbəkə xidmətlərinə, bloqlaravikilərə yüklənmiş istifadəçi tərəfindən yaradılmış məzmuna əsaslanır.[17] Veb 2.0 ümumiyyətlə 2004-cü ildə başlamış sayılır və indiki günə qədər davam edir.[16][18][5]

Web3 Tim Berners-Linin 1999-cu ildə Semantik veb konsepsiyasından fərqlidir.[19] 2006-cı ildə Berners-Li Semantik vebi Veb 3.0-ın bir komponenti kimi təsvir etdi. Bu blokçeyn kontekstlərində "Web3" mənasından fərqlidir.[20]

"Web3" termini Polkadot qurucusu və Ethereum həmtəsisçisi Gavin Vud tərəfindən 2014-cü ildə "blokçeyninə əsaslanan mərkəzləşdirilməmiş onlayn ekosistem"ə istinad edərək yaradılmışdır.[1] 2021-ci ildə "Web3" ideyası populyarlıq qazandı.[21] Kriptovalyuta həvəskarlarının yüksək profilli texnoloqlar və şirkətlərin investisiyaları sayəsində 2021-ci ilin sonuna doğru marağları artdı.[5][6] Vençur kapitalı firması Andreessen Horowitz-in rəhbərləri siyasətçilərin mübarizə apardıqları internetin tənzimlənməsi ilə bağlı sualları müzakirə etmək üçün 2021-ci ilin oktyabr ayında Vaşinqtona səfər etdilər.[22]

  1. 1 2 Edelman, Gilad. "What Is Web3, Anyway?". Wired (ingilis). ISSN 1059-1028. February 10, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 3, 2021.
  2. Alford, Harry. "Crypto's networked collaboration will drive Web 3.0". TechCrunch (ingilis). September 16, 2021. November 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 9, 2021.
  3. Khoshafian, Setrag. "Can the Real Web 3.0 Please Stand Up?". RTInsights (ingilis). March 12, 2021. March 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 9, 2021.
  4. Fenwick, Mark and Jurcys, Paulius, The Contested Meaning of Web3 and Why it Matters for (IP) Lawyers (January 27, 2022). Available at SSRN: Şablon:SSRN or http://dx.doi.org/10.2139/ssrn.4017790
  5. 1 2 3 4 Mak, Aaron. "What Is Web3 and Why Are All the Crypto People Suddenly Talking About It?". Slate (ingilis). November 9, 2021. November 9, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 9, 2021.
  6. 1 2 Read, Max. "Why Your Group Chat Could Be Worth Millions". Intelligencer (ingilis). October 24, 2021. October 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 9, 2021.
  7. Bodrenko, Andrei I. "METHOD OF ORGANIZING E-MAIL" (ingilis). December 6, 2013. 2023-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-10.
  8. Bodrenko, Andrei I. "Video Calling System and Browser for I2P network" (ingilis). October 24, 2013. 2023-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-10.
  9. Kastrenakes, Jacob. "Jack Dorsey says VCs really own Web3 (and Web3 boosters are pretty mad about it)". The Verge. December 21, 2021. December 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 22, 2021.
  10. "People are talking about Web3. Is it the Internet of the future or just a buzzword?". NPR.org (ingilis). November 21, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-21.
  11. Locke, Taylor. "To Elon Musk, Web3 seems more like a 'marketing buzzword' than a reality". CNBC (ingilis). December 20, 2021. December 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 24, 2021.
  12. "Jack Dorsey Stirs Uproar by Dismissing Web3 as a Venture Capitalists' Plaything". Bloomberg.com (ingilis). 2021-12-21. 2022-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-05.
  13. Macaulay, Thomas. "Elon Musk and Jack Dorsey are right to raise concerns about Web3". TNW | Hardfork (ingilis). 2021-12-21. April 18, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-18.
  14. Cormode, Graham; Krishnamurthy, Balachander. "Key differences between Web 1.0 and Web 2.0". First Monday. 13 (6). June 2, 2008. October 25, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 9, 2021.
  15. Carter, Jamie. "Back to basics: is Web 1.0 making a comeback?". TechRadar (ingilis). April 18, 2015. December 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 12, 2021.
  16. 1 2 Hosch, William L. Web 2.0 // Encyclopedia Britannica. September 7, 2017. January 20, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 9, 2021.
  17. Hosch, William L. "Web 2.0". Encyclopedia Britannica (ingilis). September 7, 2017. January 20, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 12, 2021.
  18. O'Reilly, Tim. "What Is Web 2.0". O'Reilly. November 30, 2005. April 24, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 9, 2021.
  19. Shannon, Victoria. "A 'more revolutionary' Web". International Herald Tribune. May 23, 2006. November 26, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 9, 2021.
  20. Shannon, Victoria. "A 'more revolutionary' Web". International Herald Tribune. 23 May 2006. November 26, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 June 2006.
  21. Nield, David. "What Is Web3 and Why Should You Care?". Gizmodo (ingilis). December 14, 2021. February 9, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 19, 2021.
  22. Feiner, Lauren. "Prominent Silicon Valley VC firm Andreessen Horowitz embarks on major crypto policy push in Washington". CNBC (ingilis). October 13, 2021. October 13, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 9, 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]