E-pul

E-pul – nağd pulu elektron təmsil edən smart-kart. Belə smart-kart nağd pulla aparılan əməliyyatları səlahiyyətli etmək üçün bütün zəruri informasiyanı özündə saxlayır və kiçik məişət hesablaşmalarında (məsələn, şəhər nəqliyyatında gediş haqqının ödənilməsində, qəzet alınmasında və s.) istifadə olunur. Elektron pul bankın kompyüter yaddaşındakı hesabda olur. Bu zaman kağız təmsilçisindən istifadə etmədən elektron siqnallarla xüsusi elektron qurğuların köməyilə bunlar üzərində əməliyyat aparılır.