Bitməyən ömür (film, 2013)

Bitməyən ömür — texniki elmlər namizədi, pedaqoq, xeyriyyəçi, "H. Z. Tağıyev" mükafatı laureatı Lətif Əsədovun həyat və fəaliyyətinə həsr olunmuş sənədli-bioqrafik film.[1]

Bitməyən ömür
Filmin DVD diskinin görünüşü
Filmin DVD diskinin görünüşü
Janr bioqrafik
Rejissorlar Aydın Ənvəroğlu
Ssenari müəllifi Avdı Qoşqar
Operator Urfan Əliyev
İstehsalçı AzTV
İlk baxış tarixi 2013, Bakı
Filmin növü tammetrajlı sənədli film
Müddət 42 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2013
Rəng rəngli

Film haqqında[redaktə | mənbəni redaktə et]

Film 2013-cü ildə Lətif Əsədovun vəfatının ildönümü ilə əlaqədar çəkilmişdir. Filmdə Lətif Əsədovun elmi rəhbəri, Respublikanın əməkdar ixtiraçısı, əməkdar kənd təsərrüfatı işçisi, texniki elmlər doktoru, professor Ziyad Abbasov Lətif müəllimin alim kimi nüfuzundan söz açmışdır. Əməkdar həkim, tibb elmləri doktoru, professor Qələndər Canbaxışov onun hər hansı bir məsələyə tez-tələsik cavab verməməsindən – daha dərin düşünərək fəlsəfi cavab verməsindən, xalq artisti Teymur Mustafayev, dosent Yusif Aslanov və Səyyad Quliyev isə Lətif Əsədovun bir dost kimi qayğıkeşliyindən, diqqətcil olmasından danışmışlar.

"Bitməyən ömür" adlanan filmdə söz sərrafı şair Sərraf Şiruyə və tədqiqatçı Araz Yaquboğlu Lətif Əsədovun xeyirxahlıqlarından, səxavətindən, şəxsi hesabına çap etdirdiyi kitablardan, onun mənsub olduğu "Hacı Hüseynlilər"in nəsil şəcərəsindən, doğulduğu Daşkənd kəndinin tarixindən dolğun məlumatlar vermişlər.

Filmdə çəkilənlərdən Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin ƏliyevAzərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov isə onun idmana və idmançılara qayğısından, yarışlara etdiyi sponsurluğundan danışmışlar.

Filmdə həmçinin Lətif Əsədovun doğmaları — həyat yoldaşı Rəfiqə Əsədova, oğlu Vüqar Əsədli və gəlini Arzu Əsədli də unudulmaz xatirələrini televiziya tamaşaçıları ilə bölüşürlər.

"Bitməyən ömür" adlı filmin nümayişi zamanı Lətif Əsədovun ailə albomundakı foto şəkillərdən də istifadə olunmuşdur. Kadrlarda Lətif Əsədovun qızı Aytən, nəvələri Lətif və Aylin də göstərilir.

2013-cü il avqustun 20-də filmin "NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzində DVD diskləri 500 nüsxə istehsal edilmişdir.

Film "Capsella" pərdə-tül mərkəzinin sifarişi və sponsurluğu ilə istehsal olunmuşdur.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Quruluşçu rejissor: Aydın Ənvəroğlu
Rejissor: Aydın Ənvəroğlu
Operator: Urfan Əliyev
Mətni oxuyan: İlham Əsgərov

Filmdə iştirak edənlər[redaktə | mənbəni redaktə et]

Ziyad Abbasov — texniki elmlər doktoru, professor, "Əməkdar ixtiraçı", "Əməkdar kənd təsərrüfatı işçisi"
Qələndər Canbaxışov — tibb elmləri doktoru (1999), professor (2010), "Əməkdar həkim" (2000)
Teymur Mustafayev — Xalq artisti
Yusif Aslanov — pedaqoji elmlər namizədi (1987), dosent
Sərraf Şiruyə — Azərbaycan şairi, Azərbaycan Yazıçılar BirliyininAzərbaycan Jurnalistlər Birliyinin üzvü.
Araz Yaquboğlu — tədqiqatçı, "Qızıl qələm" (2011) mükafatı laureatı
Ələddin ƏliyevAzərbaycan Pauerliftinq Federasiyasının prezidenti
Cəsarət ƏhmədovAzərbaycan Qol Güləşi Federasiyasının prezidenti
Səyyad Quliyev — mühəndis
Rəfiqə Əsədova — müəllim
Vüqar Əsədli — həkim
Arzu Əsədli — həkim

[redaktə | mənbəni redaktə et]

"Capsella" pərdə-tül mərkəzi

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Mütəllim Həsənov, "Bitməyən ömür", "Laçın yurdu" jurnalı, № 4(11), Bakı: 2013. səh.81–82

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]