Blazius nalburunu

Blazius nalburunu (lat. Rhinolophus blasii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü.

Blazius nalburunu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ölçüləri ortadır: bədəninin uzunluğu 46-54 mm, bazusu 43,5-49,0 mm, kütləsi 10,5-13,3 qramdır. Yəhərin forması armudşəkilli, nəştərin köndələn qırışının ortasında büküm vardır.

Arealı Cənubi Avropanı, Şimalı və Şərqi Afrikanı, Ön, Kiçik və Orta Asiyanı, İranıƏfqanıstanı əhatə edir. Azərbaycan hüdudlarında Böyük Qafqazın cənub yamaclarında (Şamaxı ətrafı) və Kiçik Qafqazda (Şuşa, Ordubad ətrafı, Şahbuz rayonunun, Marallı kəndi) 750-1400 m hündürlüklərdə aşkar edilmişdir.

Bu fərdlər dağ meşələri qurşagına və dağüstü kserofitlərə uyğunlaşmışdır. Yalnız yeraltı sığınacaqlarda aşkar edilmişdir ki, bu da həmin növ üçün səciyyəvidir. İstər Azərbaycanda (yığınlarda 10-dan artıq heyvan olmamışdır), istərsə də arealın Avropa hissəsində azsaylıdır. Bu nalburunların ən böyük miqdarı (500-ə qədər) 1962-ci ilin noyabırında Azərbaycanın İranla həmsərhəd rayonlarında tapılmışdır. Nadir və azsaylı növdür.

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0