Rhinolophidae

Nalburunlar (lat. Rhinolophidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinə aid heyvan fəsiləsi.

Nalburunlar
Elmi təsnifat
Beynəlxalq elmi adı

Fəsilənin ümumi xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Bizim faunanın başqa yarasalarından sifətlərində çılpaq dəri çıxıntıların ("nal" , "neştər", "yəhər"), traqussuz iri qulaqları, enli qanadları ilə fərqlənir. Dişilərdə 2 döş əmziyindən başqa, qasıq nahiyəsində də 2 əmzik vardır ki, bunlar balanın ana bədəninə yapışmasına xidmət edir. Cinsi yetkinliyə 2 və daha artıq yaşında çatır. Fəsiləyə 10 cinsə aid olan 130 növ daxildir. Yeganə eyniadlı nalburun cinsdən olan 80-ə yaxın nalburun Şərq Yarımkürəsinin tropik və subtropiklərində yaşayır. Onlardan ikisi (kiçik və böyük nalburunlar) şimalda İngiltərəyə və Baltik dənizinə qədər çatır.

  • Rhinolophinae yarımfəsiləsi
    • Cins Rhinolophus
  • Hipposiderinae yarımfəsiləsi
    • Cins Anthops
    • Cins Asellia
    • Cins Aselliscus
    • Cins Cloeotis
    • Cins Coelops
    • Cins Hipposideros
    • Cins Paracoelops
    • Cins Rhinonicteris
    • Cins Triaenops

Qafqaz və Azərbaycan ərazisində nalburun cinsinə (lat. Rhinolophus) aid olan beş növ yayılmışdır: