Boris Andreyeviç Baboçkin (18.1. 1904, Saratov – 17.7.1975, Moskva) – rus aktyoru və rejissoru.
Boris Baboçkin | |
---|---|
rus. Борис Андреевич Бабочкин | |
Doğum tarixi | 5 (18) yanvar 1904 |
Doğum yeri |
|
Vəfat tarixi | 17 iyul 1975 (71 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, kinorejissor, teatr rejissoru, teatr pedaqoqu[d], publisist, rejissor |
Fəaliyyət illəri | 1921–1975 |
Mükafatları |
|
IMDb | ID0045030 |
Vikianbarda əlaqəli mediafayllar |
SSRİ xalq artisti (1963), professor (1966), Sosialist Əməyi Qəhrəmanı (1974), SSRİ Dövlət mükafatı laureatı (1941, 1951; 1977, ölümündən sonra). Səhnə fəaliyyətinə 1921-ci ildən başlamışdır. 1952–1953 illərdə A. S. Puşkin adına Moskva Dram Teatrının baş rejissoru, 1949–1951, 1955–1968 illərdə və 1970-ci ildən Moskva Malı Teatrının aktyoru və rejissoru olmuşdur.
Çatski ("Ağıldan bəla", A.S. Qriboyedov), Yalançı Dmitri ("Boris Qodunov", A. S. Puşkin), Klaverov ("Kölgələr", M. Y. Saltıkov-Şedrin), Oqnev ("Cəbhə", A. Y. Korneyçuk) və s. E. Rannetin "Brakonyerlər" pyesində Baboçkinin oynadığı Aadamın rolu rus teatrı tarixində mərhələ olmuşdur. "Yaylaq qonşuları" (1939, 1964, M. Qorki), "Pul" (1956, A. V. Sofronov), "İvanov" (1960, A. P. Çexov), "Həqiqət yaxşıdır, xoşbəxtlik daha yaxşıdır", "Tufan" (1965, 1974, A. N. Ostrovski) və s. pyesləri tamaşaya qoymuşdur. Baboçkin 1927 ildən kinoya ("Rəfiqələr", "Aktrisa", "Mister Mak Kinlinin qaçması" və s.) çəkilmişdir. "Çapayev" (1934) filmin də yaratdığı Çapayev obrazı ona dünya şöhrəti qazandırmışdır. "Doğma çöllər" (1945), "Coşqun adam haqqında povest" (1947) filmlərinin rejissoru olmuşdur.
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 8. ISBN 978-9952-441-07-9.