Corc Reymond Riçard Martin (20 sentyabr 1948[1][2][…]) — amerikalı yazıçı, ssenarist və prodüserdir. Yazdığı əsərlər, əsasən, fantaziya, elmi-fantastik və qorxu janrlarındadır. Fantastik qurğu janrında yazılan "Buz və Alovun Nəğməsi" adlı romanlar seriyası onun ən məşhur əsəridir. Bu əsərin əsasında "Taxtların Oyunu" adlı teleserial hazırlanmışdır.
Corc Martin | |
---|---|
ing. George Raymond Richard Martin | |
| |
Doğum adı | George Raymond Martin |
Doğum tarixi | |
Doğum yeri | Bayonne, New Jersey |
Vətəndaşlığı | Amerikalı |
Həyat yoldaşları |
ing. Gale Burnick (evlənib 1975; boşanıb 1979) ing. Parris McBride (evlənib 2011) |
Atası | ing. Raymond Collins Martin |
Anası | ing. Margaret Brady Martin |
Təhsili | Şimal-Qərb Universiteti 1970 |
İxtisası | Jurnalistika |
Fəaliyyəti | ssenarist, yazıçı, televiziya prodüseri[d], romançı, dramaturq, bloger[d], fantastika yazıçısı[d], nasir, redaktor, film prodüseri |
Fəaliyyət illəri | 1971-ci ildən |
Əsərlərinin dili | İngiliscə |
Janrlar | |
Tanınmış əsərləri | |
georgerrmartin.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Corc Reymond Riçard Martin 20 sentyabr 1948-ci ildə Bayonne, Nyu-Cersi'də anadan olmuşdur. Atası italyan, anası isə yarı irland əsillidir.
İlk təhsilini Mary Jane Donohoe məktəbində almış, sonra isə Marist kollecində davam etdirmişdir. Məktəb illərində o əsərlər yazıb satmağa başlamışdı.
Ali təhsilini Şimal-Qərb Universitetində jurnalistika ixtisası üzrə almışdır.